Hidrogen energetikası plazmatik texnologiya institutunda hidrogen avtomobilinin yeni sxemi hazırlanmış-
dır. Oksidləşmə daxili yanacaq mühərriyində deyil, elektrokiməyvi generatorda gedir və burada da elektrik ener-
jisi alınaraq mühərriyin əsas 7 valını fırladır.
Hidrogen enerjisinin elektrokimyəvi generatorun köməyi ilə elektrik enerjisinə transformasiyası (çevrilməsi)
polimer membranaya əsaslanır, bu isə prosesin suyun qaynama temperaturunda getməsinə imkan yaradır. Bu di-
gər sistemlərdə yüksək temperatur şəraitində baş verəcək havadaki azot oksidinin sintezini kənar edir.
Avtomobil konserni Daymler-Bens (Almaniya) və «Bellard-Pauer - sistem» (Kanada) energetik kompani-
yası istilik elementlərinin texnoloji inkişafı, istehsalı və marketinqi əməliyyatının keçirilməsinə razılığa gəlmiş-
lər və dünyada ilk dəfə olaraq yüngül avtomobillər üçün istilik elementlərinin istehsalını qarşıya vəzifə kimi
qoymuşlar.
İstilik elementləri ekoloji təmiz avtomobil mühərrikləri hazırlamaq yolunda texnologiyada bir yenilik sayı-
lır.Burada əsas yanacaq hidrogendir; onu katalizatorlu polimer membrandan buraxırlar, o, hava oksigeni ilə kim-
yəvi reaksiyaya girir; hidrogen suya, kimyəvi enerji isə elektrik enerjisinə çevrilir.
İstilik element mühərriyinin digər üstünlüyü – KPD-nin yüksək olmasıdır. Benzin və dizel yanacağı ilə işlə-
yən adi mühərriklər üçün o, 25-45% təşkil edir, istilik elementlərdə isə KPD –70% və yüksək olur.
124
Yaxın vaxtlara kimi istilik elementləri yalnız xüsusi məqsədlər üçün, məsələn, kosmik tədqiqatlar üçün
konstruksiya olunurdu. Hazırda ondan stasionar və səyyar elektrik stansiyalarında, sualtı gəmilərdə və sualtı qa-
yıqlarda güc qurğularında istifadə olunur.
Hazırda müxtəlif istilik element növlərinin sənaye istehsalına iri firmalar sayılan «Mitsubisi xevi indatriz»,
«Toyota», «Fudzi», «Sanyo», «Tosiba», «Elenko Eyç - Bi», «Eyç - Pauer», «İnterneşnl yuen - sell», «BMV»,
«Simmens» və «Linde» başlamışlar.
Dostları ilə paylaş: |