Yanacağın alternativ növləri
Bütün dünyada alimlər alternativ yanacaq əldə etmək yolları axtarır. Bu xüsusilə qeyri əlverişli ekoloji vəziy-
yəti olan regionlar üçün daha vacibdir. ABŞ – da benzində olan tetraetilqurğuşun tədricən metiltetributilen
efiri ilə əvəz olunur, bu isə qurğuşunun miqdarını 50% -ə qədər azaldır. Braziliyada bütün doldurma məntəqə-
lərində iki kolonka dayanır; biri benzin, digəri istilik spirti.
Yapon alimləri tərəfindən yanacaq kimi məişət tullantılarından alınan «mətbəx» yağından istifadə olunması
məsləhət görülür. Bu əməliyyat texnoloji cəhətdən 2 mərhələdən ibarətdir; I mərhələdə alınmış yağ qida qalıqla-
rından süzülüb təmizlənir, II mərhələdə – metanol və katalizator qarışığının iştirakı ilə kimyəvi reaksiya apa-
rılır. Bu zaman öz xassələrinə görə yüksək keyfiyyətli yanacaq alınır və o, istənilən dizel mühərriyi üçün yararlı
olub standart yanacağa nisbətən işlənmiş qazlarda zərərli qarışıqlar, xüsusən azot oksidi az olur.
1990-cı illərin əvvəlindən Stokholmda ictimai nəqliyyat metanolla işləyir, bunun nəticəsində zərərli qarı-
şıqlar 5 dəfə azalır, həmçinin komponentlərin toksiklik, (zəhərlilik) spektri də aşağı olur.
İstənilən müasir maşınlarda 90% benzin, 10% metil spirtinin qarışığından, yəni qazoxoddan istifadə etmək
olar. Bu zaman etilləşdirilmiş benzindəki kimi effekt alınır, lakin çirkləndirici maddələr az olur.
İsveçdə «RAPS» yağından alınan ekoloji təmiz dizel yanacağına tələbat artır.
Rusiyada toz halında benzinin alınması üsulu aşkar edilmişdir. Öz keyfiyyətinə görə o, Aİ-92, Aİ-76 benzi-
ninə uyğun gəlir, lakin işlənmiş qazında karbon oksidi az olur.
Dostları ilə paylaş: |