MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə245/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   241   242   243   244   245   246   247   248   ...   751
8.9. Atmosferin ozon təbəqəsi 

 Ozon ilk dəfə 1839 – cu   ildə K.F.Şonbeyn   tərəfindən   elektirik boşalmalarının müşahidəsi zamanı kəşf edil-

mişdir.1850 – ci   ildən sonra   ozonun atmosferin bir hissəsi   olduğu aşkar   edilmişdir. «Ozon» - yunan sözü olub 

«kəsgin iy» deməkdir.   1881-ci ildə troposfer və strotosfer ozonu ayırırlar. Troposfer   ozonu yer səthindən 12-17 

km

 

- ə qədər və strotosfer ozonu -50 km qədər, ozonun ən sıx qatı isə yer səthindən -50 km-ə qədər   hündürlükdə 



yerləşir. 1998 - ci ildə səmanın mavi rəngdə olmasının səbəbi ozon olması təsdiq olundu. Ozonun  çox hissəsi stro-

tosferdə yerləşir. Troposferdə isə ozonun miqdarı azdır və mövsüm üzrə o, həm də havanın  çirklənmə dərəcəsin-

dən asılıdır. 

Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində   yaranır. Alimlər belə hesab edir ki, hər 

il atmosferdə  16 mln ildırım çaxm

a

ası müşahidə olunur. 



Dünyanın müxtəlif regionlarında bu və ya digər yüksəkliklərdə   hər dəqiqə ərzində orta hesabla 100 dəfəyə qə-

dər ildırım çaxır.  İl ərzində ildırım çaxması nəticəsində miliyon kiloqramla ozon   əmələ gəlir.    

Troposfer ozonu həm də günəş radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir (Havada 

olan   azot oksidi və CO

2

 -ni avtomobil yaradır). Bu zaman ozon fotokimyəvi smoqun baş komponenti sayılır 



(los-Anjeles və s). Troposferdə ozonun texnogenez nəticəsində yaranması yüksəkdir (çoxdur). Bu prosesin qar-

şısı alınmazsa gələcəkdə qlobal istiləşməyə səbəb ola bilər. Bu haqda sonra geniş danışacağıq. 

Əgər troposfer ozonunun  konsentrasiyasının  azalması  xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fə-

lakətlərə gətirib  çıxara bilər.   

Biosferdə  baş  verən  ekoloji  təzadlardan  biri  də  yer  kürəsində  canlı  aləmi günəşin  dağıdıcı  ultrabənövşə-

yi  şüalarından  qoruyan  strotosfer  ozonunun  təbəqəsinin  nazilməsi, cənub  və  şimal  qütblərində  tez – tez  de-

şilməsidir.   

Ozon  oksigenin allatrop modifikasiyasıdır. (O

3

) Mavi  rəngə,  xarakterik  iyə  və  partlayıcı  xassəyə  malik  



olan ozon həmçinin ən güclü oksidləşdricidir.Məhz bu keyfiyyətinə görə ozondan güclü dezinfeksiya vasitəsi ki-

mi tibbdə, ərzaq sənayesində, içməli suların saflaşdrılmasında və s sahələrdə geniş istifadə edilir. Təbii şəraitdə 

havadan elektrik qığılcımları keçdikdə , şimşək çaxdıqda ozon O

2

- dən yaranır. Strotosferdə günəşin ultrabənöv-



şəyi şüalarının təsirindən də ozon törənir. 

Ozonun atmosferdə miqdarı xüsusi çəki etibarilə azdır.Belə ki, hər 10 mln. hava molekuluna 1 mln. normal 

oksigen və 3 ozon molekulu düşür. 

Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi ol-

duqca zərif və nazikdir. Məsələn, normal təzyiq və temperatur şəraitində atmosferdəki ozonu bir yerə toplamaq 

mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı cəmi 3 mm- dən artıq olmaz, lakin onun canlı təbiət üçün rolu 

əvəzsizdir. 

Ozonun əsas rolu onun udma spektrinin xaraktri ilə  əlaqədardır. Ultrabənövşəyi (UB) və infraqırmızı (İQ) 

spektr sahələrində intensiv udma zolağına malikdir. 

Ozonun spektri udma xüsusiyyəti ilə bərabər mühüm qoruyucu funksiyası da vardır. Strotosfer ozon qatı 

Yer səthindəki həyat üçün zərərli sayılan «bioloji aktiv» UB – B şüalanmanı (280 – 315nM) tamamilə 

udur.Atmosferdə ozonun miqdarının azalması zamanı Yer səthinə çatan UB – B şüalanmanın miqdarı da hiss 

olunacaq dərəcədə artır. 

Ozon qatının 10% dağılması zamanı Yer səthində UB – B şüalanmanın intensivliyi təxminən 20% artır. Pla-

netin ozon qatının dağılması ekvator zonasında planktonların məhvi nəticəsində okeanın biogenezisinin dağıl-

masına, flora və faunanın məhvinə, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və hey-

vanların immunitet sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.Əldə olu-

nan məlumatlara görə ozon qatının azacıq dağılması dəri xəstəliyinin artmasına, «bədxassəli melanoma» adla-

nan xəstəliyin inkişafına səbəb olmuşdur.Yer üzərində UB – B şüalarının artması «katarakt» göz xəstəliyinə, 

göz billurunun deformasiyasına gətirib çıxarır. 

Ozon parnik effekti yaradan qazlara aiddir.Troposferdə ozonun miqdarının artması istiləşməyə, strotosfer-

də ozonun artması isə soyumağa səbəb olur.Sənayenin yaranma vaxtından etibarən troposferdə ozonun miq-

darının artması parnik effektini 20% artırmışdır.Ozonun ümumi miqdarının azalması qlobal istiləşmə proble-

mi yaradır, Antarktika və Arktika buzlaqlarının əriməsinə səbəb olur. Bu haqda məlumat aşağıda veriləcək.  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin