Havanı daha çox çirkləndirən digər mənbə hazırda nəqliyyat vasitələri, xüsusən avtomobillərdir. Nəqliyyat
ətraf mühitə, yəni insanların həyatına güclü təsir göstərir. Şəhərlər böyüdükcə nəqliyyat problemi kəskin hal
alır. Bəzi şəhərlərdə onların buraxdıgı qazlar hava çirkləndirən qazların 68-80%- ni təşkil edir. Əvvəllər buna
120
əhəmiyyət verilmirdi, çünki avtomobillərin sayı az
olduguna ğörə bu, ətraf mühit üçün o qədər də qorxulu sayıl-
mırdı. Lakin hazırda bu ciddi problemə çevrilmişdir.
Dünyada avtomobil mühərriklərində hər il 2 milyard tondan çox neft yanacağı işlədilir. Bu zaman faydalı iş
əmsalı orta hesabla 23% təşkil edir. Qalan 77% isə ətraf mühiti qızdırmağa gedir.
Orta hesabla ildə 15.000 km yol gedən minik maşını 4350 kq oksigen işlədir. Eyni zamanda o, atmosferə
3250 kq CO
2
, 350 kq CO və 93 kq başqa zərərli qazlar buraxaraq havanı zəhərləyir. Avtomobil 100 km yol
getdikdə insanın bir ildə udduğu qədər oksigen işlədir.
Fransız alimi J.Detrinin məlumatına ğörə benzin və dizellə işləyən mühərriklərin havaya buraxdığı qazların
tərkibi uygyn olaraq aşağıdakı kimi səciyyələnir: CO
2
-9,0 və 9,0%; CO- 4,0 və 0,1%, oksigen – 4,0 və 9,0%;
hidrogen- 2,0 və 0,03%; aldehidlər 0,004 və 0,002; azot oksidi- 0,06 və 0,04%; kükürd qazı-0,006 və 0, 02%. Av-
tomobillərin atmosferə buraxdıgı zərərli qazların konsentrasiyası yalnız mühərriyin tipindən deyil, həm də avto-
mobillərin texniki vəziyyətindən, onlara edilən xidmətdən, qidalanma və yanma sisteminin vaxtlı – vaxtında tə-
mirindən və yolun xarakterindən asılıdır. Benzinlə işləyən mühərriyin yalnız karbyuratorunun lazımı səviyyədə
tənzimlənməməsi nəticəsində havaya buraxılan CO-nun miqdarı 4-5 dəfə artır.
Avtomobillər atmosfer havasını yalnız işlənmə qazların toksik komponentləri ilə deyil, həm də yanacağın
buxarı, təkərlərin tozu ilə cirkləndirir. Hər bir avtomobil atmosferə ildə 10 kq rezin tozu buraxır.
Şəhər şəraitində mühərriklərin buraxdığı qazların tərkibinə həm də avtomobillərin iş rejimi təsir göstərir.
Aşağı sürətli hərəkətdə və sürəti tez-tez dəyişdikdə, tez-tez tormoz verdikdə və ötüş zamanı zərərli qazların ço-
xalması baş verir.
Dostları ilə paylaş: