Atmosferə RM (radioaktiv maddələr) təbii radioaktiv proseslər vasitəsilə, uran filizləri çıxardıqda, reaktorla-
118
Təbii radioaktivlik atmosferə xasdır o, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən asılı deyil. Canlı
orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur.
RM - lə atmosferin çirklənməsi atom və hidrogen bombalarının partladılması nəticəsində baş verir. Hər bir
belə partlayış zamanı radioaktiv tozlardan dəhşətli böyük buludların yaranması müşahidə olunur. Çox güclü
partlayış dalğası zamanı bu tozların hissəcikləri bütün istiqamətlərə yayılaraq 30 km yüksəkliyə qədər qalxır.
Partlayışın ilk saatları ən iri hissəciklər, bir qədər kiçik hissəciklər isə 5 sutka ərzində yerə düşür, nəhayət daha
xırda dispers tozlar hava axınları vasitəsilə min km məsafələrə yayılaraq bir çox illər ərzində yer kürəsinin səthi-
nə düşür.
Atom partlayışı zamanı əmələ gələn ayrı-ayrı izotopların yarımparçalanması müxtəlif dövrlərdə davam edir.
Bu baxımdan 2 izotop – stronsim – 90-25 il ərzində parçalanma gedir, o, yer səthinə düşərək bitki tərəfindən
(yem) inəyin südünə keçir; və sezium – 137 – in yarımparçalanması 33 il davam edir.
Biosferin radioaktiv çirklənməsində nüvə silahlarının sınaqdan keçirilməsi mühüm faktor sayılır. Dünyada
2000 – dən artıq nüvə silahı sınaqdan keçirilmişdir. (onlardan 500-ü atmosferdə.)
Bu parptlayışlar zamanı ətraf mühitə milyon kürilərlə radioaktiv seziyum 137 və stronsium – 90 və digər
elementlər daxil olmuşdur.
Ətraf mühitin radioaktiv çirklənməsi baxımından nüvə müharibəsi ən dəhşətli, ən qorxulu ola bilər, tədqiqat-
lar göstərir ki, əgər nüvə müharibəsi başlayarsa, iri şəhərlərə atom bombası atılacaq. Bu zaman Yerin geniş əra-
zisini aylarla qaranlıq bürüyəcək, Günəş şüası yanğınlar nəticəsində əmələ gələn hissəciklərindən ibarət böyük
buludlardan keçə bilməyəcək. Bir sıra regionlarda orta temperatur bir neçə 10 dərəcə aşağı düşəcəkdir. ( hətta
suyun donma dərəcəsindən də aşağı) Strotosferin ozon təbəqəsi naziləcək, atmosfer havası zəhərlənəcəkdir.
AES- də baş verən qəzalar nəticəsində də atmosfer havasının radioaktiv çirklənməsi baş verir. 1986-cı ildə
Çernobıl AES-də baş verən qəza nəticəsində Belorusya respublikasının
5
4
hissəsi radioaktiv çirklənməyə (xüsu-
sən sezium – 137 və stronsium - 90). məruz qalmışdır. Çernobıl qəzası nəticəsində Belorusiya respublikasına
10 milyon dollarlarla ziyan dəymişdir. Burada 16,4 min km
2
ərazi çirklənməyə məruz qalmışdır. Bundan başqa
qonşu Ukrayna respublikasının geniş ərazisi də radioaktiv çirklənməyə məruz qalmışdır. Çirklənməyə məruz qa-
lan rayonlarda bitki və heyvanlarda anomal mutasiya müşahidə olunmuş, bəzi sahələrdə meşələr qurumuşdur.
Hazırda dağ – mədən sənayesində istifadə edilən istehsal texnologiyaları fiziki və mənəvi cəhətdən
köhnəlmiş avadanlığa əsaslanır.Bu isə istehsalın səmərəliliyini aşağı salmaqla,həm də ətraf mühitə mənfi
təsir göstərir.Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin «Ekoloji cəhətdən dayanıqlı sosial –
iqtisadi inkişafa dair» Milli Proqramında dağ – mədən təbii sərvətlərindən səmərəli istifadə edilməsi üzrə
aşağıdakı tədbirlər irəli sürülür.
- Yeni texnologiya ilə təmin edilməklə metalın və metal məhsullarının, həmçinin dəmir ərintilərinin
qapalı istehsal tsikllərinin yaradılması;
- Vahid məhsulun istehsalında az enerji tutumlu texnologiyaların tətbiqi;
- Təbii ehtiyatlardan səmərəli istifadə olunmasını təmin etmək üçün xammal mənbəlrinin istismarı za-
manı itkilərin maksimum qarşısını almaq məqsədilə müasir metodların tətbiqi.
- İstismarı başa çatmış yataqların ərazilərində rekultivasiya işlərinin aparılması.
Dostları ilə paylaş: