Şəkil 8.7. İonlaşmış şüalanmanın təbii mənbələri
Yayda ağır ionların bir hissəsi temperaturun təsirindən asılı olaraq atmosferin yuxarı hissəsinə qalxır.
Deməli, yayda ionlaşma hadisələri daha çox olur. Dumanlı havada yüngül ionların sayı 35 – 45 % azalır,
ağır ionlar isə 145 – 155 % artır. Çünki dumanda yüngül ionlar atmosferdə olan su damlalarının üzərinə
yataraq ağır ionlara çevrilir. Buludlu havada buludun alt təbqəsinə yığılmış ionlar reflektor rolunu oyna-
dığı üçün elektromaqnit şüalarının əks olunması daha da artır. Eyni zamanda şüanın istiqaməti dəyişir.
Elektromaqnit sahələri ilə güclü çirklənən mühit şəraitində insanın davranışında pozulmalar, süstlük,
yuxusuzluq, halsızlıq, yaddaşın itməsi, yeni doğulmuş uşaqlarda qəfil ölüm sindromu, cinsi funksiyanın po-
zulması baş verir. Elektromaqnitizmin mənfi təsirinə xüsusilə embrionlar və uşaqlar həsasdırlar. Güclü maq-
nit sahəsində kişilərin və qadınların cinsi funksiyaları əziyyət çəkir, anadangəlmə eybəcərliyin inkişafına eh-
timal artır.
Alçaq tezlik elektromaqnit sahəsinin xroniki təsiri baş ağrısı, mərkəzi əsəb sisteminin funksional po-
zuntuları, ürək – damar və qan dövranının pozulmalarına səbəb olur.Yüksək intensivli elektromaqnit sahə-
sinin təsiri ilə qırmızı qan komponentləri (eritrositlər, retikulositlər, hemoqlobin) artır. Elektromaqnit sahəsi
bioloji orqanizimlərdə istilik və qeyri – istilik effektləri yaradır.
Elektromaqnit şüalarının yaratdığı ekoloji problemlərin həllində aşağıdakı tədbirlərin yerinə yetirilməsi
məsləhət görülür.(Əliyev, Həmidov, Hüseynov, 2003).
- Maksimum şüalanma gucü ilə işləyən şüalandırıcı qurğuların yerləşdirilməsində zonaların hüdudları
hər bir konkret hal üçün hesablanma yolu ilə müəyyən edilməli və cihazların köməyi ilə nəzarət olun-
malıdır.
- Sakinləri elektromaqnit şüalarından qorumaq üçün tikinti konstruksiyalarında qoruyucu ekranlar kimi
metal torlar, metal vərəq və yaxud tikinti materialları tətbiq oluna bilər.
- Təhlükəsizlik qaydalarına görə gücü 2 MVt olan ötürücülər yaşayış məntəqələrindən 60 – 65 m aralıda
tikilməlidir.
Dostları ilə paylaş: |