109
VIII Fəsil
ATMOSFER HAVASININ QORUNMASI
Planetimizi əhatə edən vahid hava okeanı Yer üzərində həyatı qoruyur və saxlayır.Dünyanın
dövlətləri qurunu öz aralarında bölüşə bilər, lakin daim hərəkətdə olan atmosfer bəşəriyyətin
ümumi mülkü, ümumi var-dövləti sayılır. Təbii mühitin bir komponenti kimi atmosfer Kosmosla ,
dünya okeanı ilə, qurunun suları və təbii ekosistemlərlə qarşılıqlı əlaqədədir.
Müasir dövrdə atmosferin çirklənməsi bəşəriyyətin , cəmiyyətin «bəlasına», «xəstəliyinə» çevrilmiş-
dir.Bu «bəla» əsasən insanın sənaye fəaliyyətinin aktivləşməsi nəticəsində baş verir və insanın özünə ,
bütün canlılara, bitkilərə və bütövlüklə Biosferə mənfi təsir göstərir.Atmosferin çirklənməsi ən çox səna-
yenin inkişafı ilə əlaqədar olub fabrik, zavod, nəqliyyat vasitələri, məişət müəssisələri cəmləşən, həyat
tərzi yüksək səviyyəyə çatan, yüksək milli gəlirə malik olan , enerjidən yüksək dərəcədə istifadə edən
ölkələrdə baş verir.Bu ölkələrdə havaya çoxlu miqdarda karbon qazı, müxtəlif sənaye qazları və tozları
artır.
Atmosferin çirklənməsi həmçinin qlobal problem olub təbii və dövlət sərhədlərini tanımır, onlarala
məhdudlaşmır və havası intensiv çirklənmiş sıx yerləşən yaşayış məntəqələrindən və sənaye cəhətdən
inkişaf etmiş rayonlardan daha uzaqlara - əhalisi az, havası təmiz olan yaşayış məntəqələrinə yayılır.Odur
ki, atmosferin çirklənməsi problemi bütün bəşəriyyəti narahat edir, bütün dövlətlər və xalqlar onun təmiz-
liyinin qayğısına qalmalıdır.
Dostları ilə paylaş: