9.11. Azərbaycan Respublikası
çaylarının ekoloji problemləri
Cənubi Qafqaz ölkələri arasında Azərbaycan Respublikasının su resursları az olub həmin regionun 15%-ni
təşkil edir. Respublikamızın su resursları Gürcüstandan 7,7 – 8,3 dəfə, Ermənistandan isə 3 dəfə azdır. Su ilə tə-
min olunmaq baxımından dünyanın su ilə az təmin olunan regionuna aid olub hər km
2
əraziyə təxminən 100000
m
3
, hər adam başına isə ildə 950-1000 m
3
su düşür. Respublikamızda suyun ümumi ehtiyatı 28,5-30,5 km
3
olub
quraqlıq illərində isə azalaraq 27,0-22,6 km
3
-ə enir (Mahmudov 2003). Su ehtiyatları ərazi üzrə qeyri bərabər
paylanmışdır. Belə ki, Şəki, Zaqatala, Xaçmaz, Kəlbəcər, Dağlıq Qarabağ, Gədəbəydə belə problem olmadığı
halda, Qobustan-Abşeron regionunda və suvarma əkinçiliyi inkişaf etmiş Kür-Araz ovalığı rayonlarında həmişə
su qıtlığı mövcuddur.
Respublikamızın bütün çayları Xəzər dənizi hövzəsinə aiddir, onların sayı 8350-dir. İki çayın uzunluğu
(Kür və Araz) 500 km-dən artıqdır. 22 çayın uzunluğu 100-500 km, 40 çayınki – 51-100 km, 107 çayınki 26-50
km, onlardan 5141-i Kürçayı hövzəsinə, 1177-i Araz çayı hövzəsinə aiddir. Biləvasitə Xəzərə tökülən çaylar
qolları ilə birlikdə 3218-dir (Mahmudov, 2003), Ümumi çay şəbəkəsinin sıxlığı 0,36 km/km
2
təşkil edir.
Ən sıx çay şəbəkəsi Lənkəran təbii vilayəti üçün səciyyəvi olub 0,84 km/km
2
, ən seyrək çay şəbəkəsi isə
Abşeron – Qobustan regionunda- 0,20 km/km
2
təşkil edir. Respublika çaylarının ümumi uzunluğunun cəmi
33665 km-dir, bütün su mənbələrinə məxsus şirin suların orta illik həcmi 30-31 km
3
-dir, ərazimizdə formalaşan
suların cəmi 10-11 km
3
təşkil edir. Göstərilən suların orta hesabla 80-85%-i çaylara məzsusdur (M.Salmanov,
2002).
173
Cədvəl 9.12
Dostları ilə paylaş: |