MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə292/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   288   289   290   291   292   293   294   295   ...   751
Suyun minerallaşması  dedikdə onun tərkibində olan həll olmuş maddələr başa düşülür.  İnsan fəaliyyəti 

gücləndikdə  təbiətdə rast gəlinən ionların miqdarı iqlim şəraitindən asılı olaraq suda artır (xloridlər, sulfatlar, 

hidrokarbonatlar, kalsium, natrium, kalium). Xüsusən arid regionlarında çay hövzələrində suvarmanın inkişafı 

nəticəsində minerallaşmış sular və torpaq horizotlarından yuyulmuş bir çox maddələr yenidən çaya qayıdır, mə-

sələn, Sırdərya, Amurdərya və Kolorada çaylarının minerallaşma dərəcəsi 2-3 dəfə artıb, 2-3 q/l-ə çatmışdır. 

Dünyanın bir çox su obyektlərində ağır metallar və arsen suyun keyfiyyətində ciddi problem yaradır. Yer qabı-

ğında müəyyn edilmiş 100 kimyəvi elementdən nəzərə çarpacaq dərəcədə canlı maddələrin tərkibinə 22 daha 

yüngül element daxil olur. Sənayedə suyun tərkibinə, həmçinin orqanizmə yad olan çox vaxt zəhərli ağır metal-

lar (kadmium, qurğuşun, civə, sink, xrom, mis və s.) daxil olur. Bir çox kommunal təmizləyici qurğular da tərki-

binə ağır metallar olan sənaye çirkabları qəbul edir. 

Dağ – mədən sənayesi və əlvan metallurgiya bu tipdə çirklənmənin digər mənbəyi sayılır (xüsusən inkişaf 

etməkdə olan ölkələrdə).  

Hazırda istehsalatda və istifadə olunan 100000-ə qədər kimyəvi, əksəriyyət halda üzvi maddələr mövcud-

dur. Bu maddələrin kiçik qatılıqda ətraf mühitə düşməməsi praktiki olaraq mümkün deyil. Üzvi mikroçirkləndi-

ricilərlə suyun keyfiyyətinin pisləşməsi sintetik maddələr (əşya) və pestisidlər istehsalı, qara metallurgiya, nefta-

yırma, sellüloz-kağız və toxuculuq sənayesi sektorları, daş kömür çıxarma və b. sahələrlə əlaqədardır. 

Təbii sularda üzvi maddələrin qatılığı adətən 1 litrdə 1000 nanoqramm-dan az,  yəni milliyardın bir hissəsi qədər 

olur. Bu maddələrin suda olduqca kiçik qatılığının ölçülməsi yüksək, çox vaxt mümkün olmayan dəqiqlik tələb edir. 

Bununla belə kəskin zəhərli olan bu polyutantların ölçülməsi vacibdir. 1 qram polixlorlu bifenillər (PXB) (dioksin və 

b.), 1mln. küb m. suyu həyat üçün yararsız hala salır. Hamıya məlum olan DDT (dust) də bu qəbil çirkləndiricilərdən-

dir. PXB və DDT xlorüzvi birləşmələrə aiddir. Onlar ətraf mühitdə uzun müddət qalaraq, qida zəncirləri ilə ötürülür

onların bəzi həlqələrində toplanır, xüsusilə orqanizmin immunitet sistemini qırmaq (zəiflətmək) qabiliyyətinə malik-

dir. 

9.11. saylı cədvəldə müxtəlif kimyəvi qarışıqların insanın sağlamlığına təsiri verilir. Bu məlumatlar suya müxtəlif çirk-



ləndiricilərin məhdudluğunun mümkünlüyünü təyin etmək üçün xüsusi tədbirlərin hazırlanmasına əsas verir. Bura su mən-

bələrinin sanitar mühafizəsi də daxildir. 

Suyun keyfiyyət standartı onun istifadə məqsədindən asılı olaraq (içməli su, ev təsərrüfatı üçün işlədilən su, 

balıq təsərrüfatı, rekreasiya, suvarma, sənaye və s.) dəyişir. Təbiidir ki, içməli suya olan tələbat yüksəkdir. Bu 

baxımdan, balıq təsərrüfatına tələbat daha yüksəkdir, belə ki, içməli su mənbədən götürüldükdən sonra da emal 

etmək (təmizləmək) olar. 

İçməli suyun ilk keyfiyyət standartları ABŞ və Rusiyada təsdiq olunmuşdur. Bu standartlarda içməli suların 

keyfiyyət normaları verilir. QOST. 2874-82 «İçməli su» standartında suyun mikrobioloji tərkibinə, fiziki və 

kimyəvi xarakteristikasına olan tələbat müəyyən edilmişdir. Bu QOST-da kimyəvi maddələrin miqdarının müm-

kün həddinin  səviyyələri verilir. Məsələn, hidrogen göstəricisi (PH) – 6-9,0; dəmir (mq/l) – 0,3-ə qədər; ümumi 

codluq (mq. ekv/l) – 7,0-ə kimi; marqans (mq/l) – 0,7-ə qədər; mis (mq/l)-1-ə qədər; xloridlər (mq/l) –350-yə 

qədər; sink (mq/l)- 5,0-ə  qədər; alüminium (mq/l) –0,5-ə  qədər; berillium (mq/l) –0,0002; qurğuşun (mq/l) – 

003. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   288   289   290   291   292   293   294   295   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin