Su və qeyri-infeksion xəstəliklər
Suyun keyfiyyəti Sağlamlığa təsiri
1.Tərkibində yüksək
miqdarda xlorid və sulfat-
lar olan su
Həzm sisteminin funksiyalarına mən-
fi təsir göstərir. Minerallaşma dərəcəsi 3
q/l-ə qədər olduqda hamiləliyin keçməsi-
nə, doğuma, dölə, yeni doğulan uşağa
mənfi təsir göstərir, qinekoloji xəstəlikləri
artırır.
2.Kalsiumun yüksək
miqdarı
Böyrəklərdə və sidik kisəsində daşın
əmələ gəlməsinə səbəb olur.
3.Zəif minerallaşmış
sular (duzun miqdarı 50
mq/l)
Su-duz mübadiləsini, mədənin funk-
siyasını pisləşdirir.
4.Bəzi mikroele-
mentlərin çatışmaması
(ftor, yod)
Ftorun defisitliyi və həddindən artıq
olması dişlərə mənfi təsir göstərir. Yodun
defisitliyi endemik zob xəstəliyinə səbəb
olur.
5.Suyun codluğu Mübəhisəli məsələ sayılır. Alimlərin çoxuna
görə içməli su nə qədər yumşaq olarsa ürək-damar
xəstəliklərinin ehtimalı artır.
6.Konsentrasiyada
(məhlulda) metalların yol
verilən həddən artıq ol-
ması
Orqanizmdə metalların toplanması
artdıqca zəhərlilik effekti tədricən inkişaf
edir. Qurğuşun orqanizmin əsəb və qan
sisteminin xəstəliklərinə; kadmium, xrom-
böyrək xəstəlikləri; civə-mərkəzi əsəb sis-
temi, ifrazat və qan-damar sistemi; sink-
hərəkət orqanları(əzələ), mədənin fəaliy-
yətinin pozulması; arsen-böyrək, qara-ci-
yər, ağciyər, ürək-damar sistemi xəstəlik-
lərinə səbəb olur.
7.Nitratların qatılığı-
nın artması
Xüsusən uşaqlarda qan xəstəliyi
(uşaq sianozu) əmələ gətirir. Bu qanda
oksigen keçirmə qabiliyyəti olmayan he-
moqlobin formasının (siethemoqlobin)
peyda olması ilə əlaqədardır.
|