İçməli suyun təmizlənməsi. Su kəməri stansiyalarında içməli su almaq üçün bir sıra proseslərdən istifadə
olunur. Onlar aşağıdakılardan ibarətdir:
1. Mikroələklərdən istifadə edərək yosunları və digər orqanizmləri kənarlaşdırmaq; 2. Durulducu hovuzlar-
da suyu kobud asılı maddələrdən təmizləmək və durultmaq; 3. Koaqulyasiya – suyun kimyəvi işlənməsi (emalı),
adətən kükürd oksidi alüminiumla aparılır, onun təsiri nəticəsində asılı hissəciklər bərkiyərək bir-birinə yapışır
və iri lopa (yumaq) şəklində çökür; 4. Sücgəcdən keçirmək – adətən kvars qumu layından keçirilir, bunun nəti-
cəsində asılı hissəciklər və mikrobların 70-80%- tutulur; 5. Zərərsizləşdirmə (dezinfikasiya etmək): a) suyun
xlorlanması – bəzən dixlorlanma da aparılaraq qalıq xloru və onun xoşagəlməz iyi kənarlaşdırıllır; b) ozanlaşdır-
maq; v) Suyun ultrabənövşəyi şualarla işlənməsi, 254-257 mmk uzunluqda dalğalı işıq spektri bakteriyaları
məhv edir.
Rio-de-Janeyroda (iyun,1992) BMT-nın konfransında əhalinin keyfiyyətli içməli su ilə təmin olunması problemi
bəşəriyyətin dayanaqlı inkişaf strategiyasında hakim mövqe təyin olundu. Təbiətin mühafizəsi strategiyasında qeyd edi-
lir ki, planetar miqyasda bəşəriyyətin sağlamlığı istifadə olunan şirin suyun keyfiyyətindən asılıdır.
171
Cədvəl 9.11
Dostları ilə paylaş: |