MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
səhifə289/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   285   286   287   288   289   290   291   292   ...   751
Patogenlərlə yoluxma – mədə – bağırsaq xəstəliklərindən yüksək dərəcədə xəstəlik və ölümün çox mühüm 

faktoru. Bu əhalinin sıxlığından və onun sosial-iqtisadi inkişafından bilavasitə asılıdır, odur ki, inkişaf etməkdə 

olan ölkələr üçün səciyyəvidir. İnkişaf etmiş ölkələrdə içməli su təchizatı sistemində su emal olunur, lakin inki-

şaf etməkdə olan ölkələrdə içməli su kifayət qədər hazırlanmır və ya çox vaxt heç təmizlənmir. 



 

Cədvəl 9.10 

 

Su obyekti 



Suyun keyfiyyəti problemi 

Su obyekti üçün spesifik olan  Ümumi 

Çaylar Patogenlər  

 

Ağır metallar 



Üzvi maddələr 

Asılı maddələr 

Asidifikasiya 

Göllər və su an-

barları 

Evtrofikasiya 

Asidifikasiya 

Yeraltı sular 

Minerallaşmanın artması Üzvi 

mikroçirk-

ləndiricilər 

Nitratların qatılığının artması 

 

Hindistanda 1980-cı ilin sonunda çirkab sularının tam təmizlənməsi 3119 şəhərdən yalnız 8-də aparılmışdır, 



217  şəhərdə isə təmizlənmə natamam (qismən) yerinə yetirilmişdir. Nyu-Dehli şəhərindən axan Yamuna çayı 

sutka ərzində 0,2 mln. kub.m təmizlənməmiş çirkab su qəbul edir. Bunun nəticəsində şəhər daxilində suyun pa-

togen çirklənmə indeksi 3200 dəfə artaraq 100ml suda koli bakteriyalarının sayı 24 mln.- a çatır. Qanqa çayında 

da patogen və üzvi maddələrlə çirklənmə yüksək səviyyəyə çatır.  

Patogenlə yoluxma ilə üzvi maddələrlə çirklənmə qarşılıqlı əlaqədədir. Üzvi maddələr – çirkləndiricilərin, 

ən böyük qrupu sayılır. Onlar suya kanalizasiya çirkabları və ya nizamlanmamış məişət axıntıları vasitəilə həll 

olunmuş, yaxud asılı şəkildə daxil olur. Bəzi yerlərdə sellüloz –kağız və yeyinti sənayesi də suyu xeyli çirklən-

dirir. Üzvi maddələrlə çirklənmənin coğrafi yayılması patogen yoluxmanın yayılması ilə tam uyğun gəlir. 

Çaylar suda həll olan oksigenin sayəsində xeyli özünü təmizləmə qabiliyyətinə malikdir. Çay axımının tur-

bulent rejimi nəticəsində oksigenin miqdarı havadan daim doldurulur. Çayda üzvi maddələrin miqdarı onun özü-

nü təmizləmə qabiliyyətindən artıq olduqda suyun çirklənməsi güclənir. Suyun üzvi maddələrlə və patogenlərlə 

çirklənməsi problemini həll etmək üçün kompleks tədbirlər yerinə yetirmək lazımdır. Bu baxımdan hövzəyə da-

xil olan çirkləndiricilərin həcmini azaltmaq, digər tərəfdən təmizləyici qurğuların tikilməsi əsas rol oynayır. 

İnkişaf etməkdə olan ölkələrdə məişət axıntılarının həcminin artması, çirkab sularının təmizləyici qurğularının aşağı 

keyfiyyətdə olması və ya olmaması nəticəsində suyun üzvi maddələrlə çirklənməsi və patogenlərə yoluxması artır. İnki-

şaf etməkdə olan ölkələrdə 1,7 milyard şəhər əhalisi üçün kanalizasiyanın mühəndis sistemi tikilməlidir. 




 

169



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   285   286   287   288   289   290   291   292   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin