9.10. Quru sularının çirklənməsi
Çaylar öz təbii halında drenaj sistemi rolunu oynayıb hövzəsindən axımla birlikdə həll olmuş, asılı maddələr
və yuvarlanan materiallar gətirir. Təbii sular həmişə mürəkkəb maye olub adətən tərkibində çoxlu kimyəvi mad-
dələr olur. Çay sularında həll olan maddələrin qatılığı adətən 1 q/l-dən artıq olmur. Təbii çay suları adətən çox
istifadəçilər üçün kifayət qədər yararlı keyfiyyətdə olub təmizlənməsi o qədər də tələb olunmur.
İnsan fəaliyyəti çayları drenaj sistemindən faktiki olaraq yüksək çirklənmə səviyyəsinə (100 PDK) çatdıraraq
çirkab arxına çevirir. Hövzədə təbii proseslər üstünlük təşkil edərkən çay axımı təbii həll olmuş maddələr gəti-
rirdi. İnsan fəaliyyəti (sənaye, kənd təsərrüfatı, tikinti və s.) kimyəvi maddələrin miqrasiyasını gücləndirir, təbii
sularda onların qatılığı artır, yəni suyun keyfiyyəti pisləşir. Bu zaman təbii mühitə, o cümlədən təbii suya antro-
pogen mənşəli maddələr daxil olur. Çox vaxt onlar bu şərait üçün yad olub əlverişsiz xassəli, bəzən zəhərli olur.
Çay suyunda çirkləndirici maddələrin ümumi miqdarı bir neçə minə çatır.
Təbii suların çirklənməsinin əsas mənbələri – qara və əlvan metallurgiya müəssisələri, kimya, neft, qaz, daş
kömür, sellüloz-kağız sənayeləri, kənd təsərrüfatı (əkinçilik və intensiv heyvandarlıq) və kommunal təsərrüfatı
hesab olunur.
Təbii suların əsas çirkləndirici göstəriciləri aşağıdakılardır:
−
Həll olmuş oksigen. Onun miqdarı nə qədər yüksəkdirsə, suyun keyfiyyəti bir o qədər yaxşı olur.
−
Oksigenin biokimyəvi sərfi göstəricisi. Göstərici çox olduqca çirkləndirici maddələr də çox olur və suyun
keyfiyyəti bir o qədər pisləşir.
−
Suda mikroorqanizmlərin olması. Onun göstəricisi bağırsaq bakteriyaların (kalitr) miqdarıdır.
−
Suda amonyakın (NH
4
), nitratların (NO
3
), nitritlərin (NO
2
), neft və neft məhsullarının, fenolun, sintetik
səthi-aktiv maddələrin, ağır metalların miqdarı.
Xəstəliklərin baş verməsi və yayılması suyun çirklənməsi xarakterindən və dərəcəsindən asılıdır. Dünyada
xəstəliklərin 80%-i içməli suyun kifayət qədər keyfiyyətli olmaması ilə bağlıdır. İnkişaf etməkdə olan ölkələrdə
içməli suyun tərkibindəki patogenlərin və çirkləndiricilərin təsiri nəticəsində hər il 25 mln. insan ölür. İshal (dia-
168
reya) xəstəliyindən hər il 5 yaşa qədər olan 3 mln. uşaq ölür. 1990-cı ilə dünyada 1 milyarddan artıq adam təmiz
içməli su ilə və 1,7 milyard adam kinalizasiya ilə təmin olunmayıb.
Su obyeklərinin çirklənmə mənbələrinin 2 əsas qrupu mövcuddur: nöqtə-nöqtə (nöqtədən) çirklənmə mən-
bələri və dağınıq çirklənmə mənbələri. I - qrupa sənaye müəssisələrinin və kommunal çirkablarının təmizləmə
qurğuları, II – qrupa kənd təsərrüfatı ilə əlaqədar, məsələn, gübrə və pestisidlərin parçalanma məhsulları ilə su-
yun çirklənməsi aiddir.
Suyu çirkləndirən maddələr və onların indiqatorlarını da bir neçə qrupa bölmək olar. Hər bir qrup çirkləndiri-
ci müxtəlif tip su obyektlərində suyun keyfiyyəti üzrə spesifik problemlər yaradaraq özünə uyğun nəzarət strate-
giyası tələb edir:
−
Mikrobioloji indiqatorlar insanın sağlamlığı ilə bağlıdır (məsələn, bağırsaq basili-bakteriyası patogen bak-
teriyasını göstərən indiqator sayılır);
−
Asılı maddələr (ümumi miqdarı, suyun bulanlılıq və şəffaflıq dərəcəsi);
−
Üzvi maddələr. Çirklənmənin indiqatorları: həll olan oksigen, oksigenin biokimyəvi və kimyəvi sərfi, fosfatlar,
xlorofill – A;
−
Biogen maddələr (azot və fosfor birləşmələr);
−
Əsas ionlar (həll olan maddələrin ümumi miqdarı, elektrik keçiricilik dərəcəsi, PH, kalsium, maqnezium,
natrium, kalium, xloridlər, sulfatlar, bikarbonatlar, bor, ftor, suyun codluğu);
−
Qeyri-üzvi mikroçirkləndiricilər (alüminium, arsen, berillium, kadmium, xrom, kobalt, mis, sianidlər, hid-
rogen-sulfid, dəmir, qurğuşun, litium, marqans, civə, molibden, nikgel, selen, vanadium, sink);
−
Üzvi mikroçirkləndiricilər, (onlar çoxdur: polixloridli-bifenillər, benzapiren, pestisidlər və b., onlar çox
kiçik qatılıqda da zərərlidir; az qatılıqda olduğu üçün onları təyin etmək olduqca çətindir).
9.10 saylı cədvəldə müxtəlif su obyektlərinin çirklənməsi ilə bağlı yaranan əsas problemlər göstərilir.
Dostları ilə paylaş: |