12.5. Pestisidlərdən istifadənin ekoloji problemləri
Məhsulun çox hissəsi tarlada və ya sonra anbarlarda zərərvericilər tərəfindən və xəstəliklər nəticəsində məhv
olur. Kənd təsərrüfatı zərərvericilərilə, həşərat, gəmiricilər, göbələk, alaq otları ilə əsas mübarizə istiqamətlərin-
dən biri pestisidlər adlanan kimyəvi maddələrdən istifadə etməkdir. Pestisidlər aşağıdakı əsas siniflərə bölünür:
akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri onların qidalandığı şeydən
qorxub çəkindirən maddələr; insektisidlər – zərərli cücüləri məhv edən maddələr; herbisidlər – alaq bitkilərinə
qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli onurğalı heyvanları məhv edən zəhərlər; bakteri-
sidlər, virusosidlər, funqisidlər – bitkilərlə viruslu və göbələk xəstəliklərilə mübarizə aparmaq üçün istifadə edi-
lən maddələr; nematosidlər – bitkilərdə nematod xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparat-
lar; molyuskosidlər – zərərli ilbizləri məhv edən maddələr.
ABŞ-da 160 növdə patogen göbələk və bakteriyalarla, 250 virus növləri, 8000 həşərat və gənə növləri, 2000
alaq otları ilə mübarizə aparılması lazım gəlir.
Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir.
Pestisidlərdən istifadənin bir çox problemləri onların ksenobiotik, yəni təbiət üçün yad kimyəvi birləşmələr
olmalarından irəli gəlir.
223
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər
il 20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifa-
də çoxalarsa ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar.
Dostları ilə paylaş: |