MəMMƏdov qəRİb xəLİlov mahmud


 Suvarmanın ekoloji problemləri



Yüklə 4,78 Mb.
səhifə375/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   371   372   373   374   375   376   377   378   ...   751
 

12.7. Suvarmanın ekoloji problemləri 

 

Yüksək və sabit məhsul əldə etmək məqsədilə suvarmadan çox qədimdən istifadə olunur. Dünyada suvarı-



lan torpaqların sahəsi 250 mln. hektara çatır. Bu əkin sahələrinin yalnız 17%-ni təşkil etməsinə baxmayaraq 

əkinçiliyin bütün məhsulunun 1/3-ni təmin edir.  

Qədim sivilizasiyanın əksəriyyəti suvarılan əkinçiliyə əsaslanmışdır. Lakin irriqasiya işləri XX əsrdə genişlə-

nərək dünyada suvarılan torpaqların sahəsi 5-6 dəfə çoxaldı. XX əsrin əvvəlində dünyada suvarılan torpaqların 

sahəsi 40 mln. ha-dan az idi. Suvarılan torpaqların intensiv artımı 1950-1960-cı illərdə baş verdi, sonralar isə 

azalmağa başladı. 

Suvarmanın inkişaf tempinin azalmasına səbəblər bunlardır.  

-   Yeni layihələrin qiymətinin yüksək, orta hesabla ABŞ dollarılə 1 ha-ra 1000-2000 dollar olması; 

-

 

Su resurslarının qıtlığı; 



-

 

Əlverişli (münasib) torpaqların qıtlığı; 



-

 

Şoranlaşma, şorakətləşmə, bataqlaşma nəticəsində suvarılan ərazilərin itirilməsi; 



-

 

Suvarma sistemlərinin deqradasiyası. 



Söz yox ki, suvarma işləri bəşəriyyət üçün xeyirlidir, lakin, o, hər şeydən öncə ekoloji problemlər yaradır. 

Təbii landşaftların aqroekosistemlərə çevrilməsi ərazinin vəziyyətini və rejimi dərin dəyişikliyə uğradır. 

Aparıcı proseslər kökündən dəyişir: quru vilayətlər üçün xarakterik olan az miqdarda atmosfer yağmurlarının 

suları əvəzinə tarla çox miqdarda su qəbul edir. Bunun nəticəsində torpağın əsas su rejimi, o cümlədən kimyəvi 

birləşmələrin miqrasiya şəraiti, sonra isə torpağın fiziki xassələri dəyişir.  

İrriqasiyanın yüksək inkişafı zamanı ayrı-ayrı tarlaların və ya suvarma sistemlərinin dərin ekoloji dəyişkən-

liyə uğraması ilə yanaşı, bu proses eyni zamanda çay hövzələrini, o cümlədən iri çay hövzələrini (məs. Nil, Ko-

lorada, Amurdarya, Kür) də əhatə edir.  

Təcrübələr göstərir ki, suvarma təsiri altında olan bütün ərazilər – su (göl) hövzəsi, suvarma sistemi və ya 

tarlalar deqradasiyaya məruz qalır, ona görə daim onların davamlığına yönəldilən tədbirlərin aparılması və nəza-

rət tələb olunur. Təbiət heç nəyi havayı vermir: o, nə qədər pozulmağa məruz qalarsa, əvəzinə bir o qədər haqqı-

nı ödəməyi tələb edir. 

İrriqasiyanın əsas vəzifəsi torpaq qatında bitkinin inkişafı üçün labüd olan optimal rütubətliyi saxlamaqdır. 

Suvarma dünyada əsas su istifadəçisi olub, bütün istifadə olunan suyun 80%-ni təşkil edir. 

Əsas problemlərdən biri istifadə edilən su resursunun az effektli olmasıdır. Tarla və ya suvarma sistemi üçün 

faydalı təsir əmsalı (f.t.ə.) bitkinin istifadə etdiyi suyun verilən suya olan nisbətidir. Bu vahid bir çox şəraitdən 

asılı olaraq çox dəyişir, f.t.ə. adətən 0,4-0,6 arasında, bəzən hətta daha aşağı olur.  

Sudan effektsiz istifadənin bir çox səbəbləri var. Onlardan ən  əsası sudan istifadə qiymətinin (əgər varsa) 

onun sosial qiymətindən çox aşağı  olmasıdır. Bir çox ölkələrdə suvarma üçün istifadə olunan su pulsuzdur və 

ya suvarma sistemini saxlamaq üçün sərf olunan dəyərdən dəfələrlə azdır. Bunun nəticəsində su resursu qorun-

mur və dünyanın bir çox suvarma sistemində sudan hədsiz istifadə edilir.  

Bitki üçün sudan tələb olunan qədər deyil, qeyri mütənasib yüksək istifadə olunması əlverişsiz ekoloji prob-

lemlər yaradır. Bunun əsas səbəbi drenajın kifayət qədər effektli olmaması və ya yoxluğu şəraitində həddən artıq 

suyun verilməsi nəticəsində qrunt suyunun səviyyəsinin qalxmasıdır. Bu isə ərazini su basmasına və ya bataq-

laşmaya səbəb olur. Bundan başqa torpaqdan yuyulub aşağı qatlara aparılan duzlar qrunt suyunun tərkibindəki 



 

227


duzlarla birlikdə torpaq profili boyu qalxaraq əkinçilik üçün olduqca əlverişsiz proses sayılan – torpağın  təkrar 

şorlaşması baş verir.  

Əgər tarla və suvarma sistemi səviyyəsində irriqasiyanın əsas ekoloji problemi bataqlaşma və şorlaşmadırsa, 

çay hövzəsi səviyyəsində həll olmuş duzların axınının çoxalmasıdır. N.F. Qlazovskiyə görə dünyada suvarılan 

torpaqlardan drenaj suları vasitəsilə axıdılan duzların cəmi ildə 2 milyard ton təşkil edir. Müqayisə üçün qeyd 

edək ki, dünyanın təbii çay axınları ilə aparılan həll olan maddələrin miqdarı ildə 3 mld. ton təşkil edir.  

Suvarmanın inkişafı xüsusilə tropik ölkələrdə adətən bir sıra sosial problemlərlə də nəticələnir. Onlardan ən 

mühüm problem malyariya, şistomatoz və onkoserkoz xəstəliklərinin daşıyıcılarının artmasıdır. Suvarılan mas-

sivlərin effektsiz idarə olunmasının digər nəticəsi içməli suların keyfiyyətinin pisləşməsi və yaşayış məntəqələ-

rini su basması (bataqlaşma) sayılır.  

Suvarmanın ekoloji problemləri irriqasiyanın tam dəyərinin uçotunun aparılmasını tələb edir. Bura yalnız su-

varma sisteminin tikilməsinə və istismarına çəkilən xərclər deyil, həm də ətraf mühitin vəziyyətinin pisləşməsi-

nə, ekoloji məsələlərin və sosial-iqtisadi problemlərin həllinə çəkilən xərclər daxil edilməlidir. İrriqasiyanın belə 

tam dəyərini hesablamaq çətin olsa da suvarma sistemi layihələrinin həqiqi effektivliyini qiymətləndirməyə kö-

mək edərdi.  

Torpağın vəziyyətini dəyişdirən antropogen faktorların və dünya torpaq sahələrinin istifadəsinin analizi, Ye-

rin canlı maddələrinin əsasını, sürətlə artan dünya əhalisinin ərzaq məhsullarının əsas mənbəyi sayılan pedosfe-

rin təhlükə qarşısında qaldığını göstərir.  

Pedosferin deqradasiyası dünyanın ən ciddi, uzunmüddətli ekoloji problemlərindən biri hesab olunur, çünki 

Yerdə həyatın mövcudluğunu təmin edən bu sistemin dağılması geniş miqyas almışdır. Nəzərə daha tez çarpan 

ümumdünya problemləri də mövcuddur, olduqca kəskin lokal problemlərə də rast gəlinir və onlar diqqəti daha 

çox cəlb edir. Lakin təəssüf ki, pedosferin deqradasiyası hələ layiqincə qiymətləndirilmir. 

Bu baxımdan, əsas narahatlıq doğuran kənd təsərrüfatı sahəsi hesab olunur. Burada vəziyyəti yaxşılaşdırmaq 

və baş verəcək böhranı müvəqqəti aradan qaldırmaq üçün gübrə və pestisidlərdən istifadə olunur, süni suvarma 

tətbiq olunur və ya yeni maşınlardan istifadə olunur.  

Kənd təsərrüfatı resurs bazasının təhlükəli vəziyyəti dünyanın ən varlı və ən kasıb dövlətlərində müşahidə 

olunur. Belə vəziyyəti hətta ən inkişaf etmiş ABŞ –da da görmək olar. Amerika kənd təsərrüfatının müvəffəqiy-

yətləri əsasən torpaq resurslarının itirilməsi hesabına baş verir. Məlumdur ki, Ayova ştatının torpaq qatının yarı-

sı eroziya nəticəsində son 150 il ərzində itirilmişdir.  

Dörd ən böyük dövlət sayılan ABŞ, Çin, Hindistan və keçmiş SSRİ dünyada əkin sahəsinin yarısından azını 

istifadə edir, lakin dünyada eroziya və şorlaşma nəticəsində itirilən torpaqların 50%-dən çoxu bu dövlətlərin pa-

yına düşür. 

Kənd təsərrüfat ehtiyat bazasının deqradasiyasının davam etməsinə baxmayaraq, dünyada əhali artımını ər-

zaqla təmin etmək lazımdır. Ona görə ekoloji cəhətdən dayanaqlı kənd təsərrüfatına keçmək vacibdir.  

Bunun üçün təsərrüfatın təşkili ekoloji əlverişli metodlarla aparılmalıdır. Bu metodlar təbiət üçün yad olan 

pestisid və mineral gübrələrin tətbiqi kimi aqrotexniki üsulların minimuma endirilməsinə əsaslanır. Bu üzvi, bi-

oloji və ya ekoloji əkinçilik də adlanır. Təsərrüfatın bu metodla aparılması nəticəsində orta hesabla az məhsul 

əldə edilsə də yüksək qidalığı ilə fərqlənir. Üzvi əkinçiliyin məhsulu baha olduğu üçün əldə olunan qazanc yük-

sək texnoloji kənd təsərrüfatından da çox olur.  

Lakin üzvi əkinçiliyin tətbiqi ilə istifadə olunan torpaq  sahələri olduqca az olub bir neçə faiz təşkil edir, az 

da olsa onun get-gedə artımı müşahidə olunur. Keçid və ya kompromis strategiya kimi kimyəvi maddələrin 

(gübrə və pestisidlər) miqdarının azaldılması, onların daha effektiv istifadəsi, suvarma sistemlərinin daha effek-

tiv idarə olunması, az vaxt ərzində ağır olmayan maşınlardan istifadə və s. nəzərdə tutula bilər.  

Gübrə və pestisidlərdən istifadənin azadılması həm də ətraf mühitin (torpaq, su) çirklənmə səviyyəsini aşağı 

salır. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin