2. Xüsusi aqrotexniki tədbirlər. Bir çox hallarda atmosferdən torpağa daxil olan radionuklidlər torpağın
səthində (0-2 sm) toplanır. Torpağın şumlanması radionuklidlərin konsentrasiyasının azalmasına gətirib çıxarır.
Şum qatı artdıqca radionuklidlərin paylanma sahəsi də genişlənir. Əkin qatının 30 sm olduğu hallarda
radionuklidlərin bitkilər tərəfindən mənimsənilməsi 20-30% azalır (A.N.Ratnikov, 1991).
3. Kənd təsərrüfatı bitkilərinin seçilməsi. Kənd təsərrüfatı bitkilərinin radionuklidləri müxtəlif konsetra-
siyada özündə toplamaq qabiliyyəti məhsulda radionuklid maddələrin miqdarını idarə etməyə imkan verir. Belə
ki, radionuklidlərin normadan artıq miqdarının müşahidə edildiyi ərazilərdə əkin zamanı konsentrasiya etmə
qabiliyyəti zəif olan bitkilərə daha çox üstünlük verilməlidir.
Kənd təsərrüfatı bitkilərində radionuklidlərin konsentrasiyasının azalma sırası aşağıdakı kimidir.
Dostları ilə paylaş: |