MəMMƏdov qəRİb xəLİlov mahmud


 Torpağın radionuklidlərlə çirklənməsi



Yüklə 4,78 Mb.
səhifə369/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   365   366   367   368   369   370   371   372   ...   751
12.6. Torpağın radionuklidlərlə çirklənməsi 

 

M.A.Abdullayev və C.Ə.Əliyev (1998) qeyd edir ki, Azərbaycanın torpaqlarında Çernobıl AES-dəki qəzaya 

qədər stronsium – 90 və sezium 137-in konsentrasiyası Ukrayna və Belorusiyanın torpaqlarına nisbətən iki-üç 

dəfə yüksəkdir. Lakin onların bitkilərə daxil olması isə iki-üç dəfə azdır. Bu, respublikamızın torpaqlarında 

stronsium –90 və sezium –137-in qeyri mübadilə (mütəhərrik) formasında olması ilə bağlııdır, torpaqda mütə-

hərrik kalsium və kaliumun miqdarının yüksək olması da bu radionuklidlərin bitkiyə az daxil olmasına şərait ya-

radır. 

Çernobıl AEC-dəki qəzadan sonra respublikamızın torpaqlarında stronsium 90-ın konsentrasiyası təxminən üç 

dəfə artdı, bu hal Lənkəran zonası torpaqlarında daha çox müşahidə olundu. Bu, burada atmosfer yağıntılarının 

miqdarının çox olmasilə aydınlaşdırılır. 

M.A. Abdullayev və C.Ə. Əliyevin (1998) tədqiqatları göstərir ki, respublika torpaqlarının ümumi radioak-

tivliyini təbii radionuklidlər yaradır. Süni radionuklidlər torpağın ümumi radioaktivliyinin 2-dən 10% -ə qədəri-

ni təşkil edir. 

Torpağa (səpin altına) optimal miqdarda və ya yüksək dozalarda mineral gübrələrin verilməsi süni və təbii 

radionuklidlərin bitkinin tərkibinə daxil olmasını zəiflədir. 

Torpağa (səpin altına) optimal və ya yüksək dozalarda mineral gübrələrin verilməsi məhsuldarlığın artması 

ilə bərabər, həm də süni və təbii radionuklidlərin taxıl və dənli-paxlalı bitkilərin dəninə və kövşəninə keçməsini 

azaldır. Bu əsasən fitokütlənin çoxalması hesabına olur. (Abdullayev, Əliyev, 1998) 

Torpağın təbii radiasiya fonu (TRF) Ra, Ac, Th, K40 elementləri ilə təyin olunur. Bu elementlər öz-özünə ar-

dıcıl çevrilmələrə məruz qalaraq radioaktiv elementlərin olduqca müxtəlif dövrlərdə yarımparçalanan fəsilələrini 

yaradır. Mədən qazıntılarında yüksək göstəricilərlə təsbit olunur, yer səthinin hər yerində və bütün dağ süxurla-

rında, torpaqda və sularda, təbii  radioaktiv elementlər (TRE) aşağı göstərici ilə təsbit olunur. 

Torpaqda TRE-in konsentrasiyası ana (dağ) süxurun tərkibindən və torpaqəmələgəlmə prosesi nəticəsində 

aşınma dərəcəsindən asılıdır. Turş dağ süxurlarının parçalanması məhsulları üzərində formalaşan torpaqlarda ra-

dioaktiv elementlər və izotoplar, əsaslar və ultraəsaslı süxurlar üzərində  əmələ  gələn torpaqlara nisbətən çox 

olur. Ağır mexaniki tərkibli torpaqlarda, yüngül mexaniki tərkibli torpaqlara nisbətən TRE-in miqdarı çox olur. 

TRE-in miqrasiyası landşaftdan da çox asılıdır: 

Süni radioaktiv fon əsasən atom və istilik – nüvə parlayışı zamanı yaranır. Bu zaman torpaqda radioaktiv ele-

mentlər və izotoplar toplanır. Torpaqda yığılan uzunömürlü radioaktiv elementlərə Sr-90, Cs-137, Ru 106, Cl-

144, Mn-54 və s. aiddir. Onlardan daha ciddi təhlükəli Cr-90 və Cs-137 hesab olunur, onlar torpağa mübadilə 

vəziyyətində intensiv hoparaq, bitkilərin kök sistemi tərəfindən udulur və kənd təsərrüfatı zəncirinə qoşulur. Mi-

neral qida elementlərinin miqrasiyasına daxil olur. (B. Şakuri, Ş. Şakuri, 2000). 

TRE-lə çirklənmiş torpaqlarda kənd təsərrüfat bitkiləri yetişdirdikdə, onlar bitki kökləri vasitəsilə sorulur və 

bitki qida məhsullarında toplanır.  Tədqiqatlar göstərir ki, Sr-90 Cs-137-yə nisbətən bitkiyə intensiv daxil olur. 

Kalsiumsevər bitkilər Sr-90-nı nisbətən çox udur. Paxlalı bitkilər Sr-90-ı daha çox, kökümeyvəlilər nisbətən az, 

dənli (taxıl) bitkiləri daha az toplayır. Tərkibində kalium çox olan bitkilər Cs-137-i də çox udur. 

Yüngül mexaniki tərkibli və humusla kasat olan torpaqlarda radioaktiv elementlər, ağır mexaniki tərkibli və 

humusla zəngin torpaqlara nisbətən bitkilərə çox daxil olur. Becərilən torpaqlara əhəng və gübrə verildikdə Sr-

90-ın bitkiyə daxil olması azalır, qələvi metal fosfatlar verdikdə isə onun bitkiyə daxil olması ləngidilir. (B. Şa-

kuri, Ş. Şakuri, 2000). 

Tərkibində sronsium-90 və sezium-137 radionuklidləri olan radioaktiv tullantıların əsas mənbəyi nüvə reak-

torları və şüalandırılmış yanacaq materiallarını yenidən istifadə edən müəssisələrdir. (Abdullayev, Əliyev, 1998) 

Atmosferdən tökülən süni radioaktiv bölünmə  məhsulları yerin üst qatında qeyri-bərabər surətdə  səpələnirlər. 

Radioaktiv çöküntülərin maksimum miqdarı 40-45 dərəcə şimal və cənub en dairələrində təsadüf edilir. Bu hava 

kütləsinin atmosferdə hərəkət xüsusiyyəti ilə əlaqədardır. 

Tədqiqatçılar aşkar etmişlər ki, şimal en dairəsi torpaqlarında stronsium –90 radionuklidinin miqdarı cənub 

en dairəsi torpaqlarına nisbətən orta hesabla 5 dəfə artıqdır. Onun səbəbini eksperimental nüvə partlayışlarının 

əksərinin şimal yarımkürəsinin ərazisində keçirilməsi ilə izah edirlər. 

Radionuklidlər yer səthinə əsasən atmosfer yağıntıları vasitəsilə daxil olur və onların maksimum çöküntüləri 

yaz-yay fəsillərinə təsadüf edir. Bu qanunauyğunluq atmosferdə gedən meteoroloji proseslərlə əlaqədardır. 

Su mühitində atmosferin radionuklidləri suspenziya şəklində həll olur, bu vəziyyətdə də onlar torpağa hopur

qrunt sularına daxil olur. 




 

225


Qeyd etmək lazımdır ki, radionuklidlər əsas biotoplarda və su obyektləri biotasının komponentlərində miqra-

siya edir, toplanır və transformasiya olunaraq maddənin biotik dövranına cəlb olunur. 

Təmiz su hövzələrində və su axarlarında radionuklidlərin böyük hissəsi dib çöküntüləri və ali su bitkiləri tə-

rəfindən sorbsiya olunur. Az miqdarda radionuklidlər az-çox bərabər miqdarda həll olunmuş halda suda qalır. 

Radioaktiv çirklənmiş su obyektlərində ən çox miqdarda stronsium –90 və sezium –137 radionuklidləri olur. 

Onlar uzun yarımparçalanma dövründə və yüksək toksikliyə malik olduğu üçün təhlükəlidir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   365   366   367   368   369   370   371   372   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin