13.3. Azərbaycanın bitki örtüyü
Dağ relyefinin mürəkkəbliyi və güclü parçalanması, şaquli zonallıq, bununla əlaqədar torpaq və iqlim şəraiti-
nin müxtəlifliyi Azərbaycanda zəngin bitki örtüyünün yaranmasına səbəb olmuşdur. Bitki örtüyünün müxtəlifli-
yi və zənginliyi onun inkişafının mürəkkəb tarixə malik olması ilə də bağlıdır. Respublikamızın ayrı-ayrı hissə-
lərində bitki örtüyü müxtəlif dərəcədə üçüncü dövrün relikt növləri ilə daha da zənginləşmişdir. Bitki örtüyünün
xarakteri və ayrı-ayrı bitki tiplərinin yayılması qanunauyğunluqlarının müəyyənləşdirilməsi insan fəaliyyətinin
təsiri nəticəsində çətinləşmişdir. Respublikamızın ayrı-ayrı bölgələrində insan fəaliyyətinin bitki örtüyünə təsiri
ən qədim dövrlərdən başlanmışdır.Bu təsir əsasən geniş düzən ərazilərdə və yamaclarda meşələrin yox edilməsi
və yerində torpağın şumlanması, suvarılması, mal-qara otarılmasından ibarət olmuşdur. Meşələrin qırılması növ-
dəyişgənliyinə, meşə örtüyünün digər törəmə bitki tiplərilə əvəz olunmasına səbəb olmuşdur. Meşələrin yerində
geniş ərazilərdə qədim dövrlərdən bozqır və çəmən ot bitkilərinin formalaşması bəzi tədqiqatçıları çaşdıraraq
onları ilkin bitki örtüyü kimi qəbul edirlər. Lakin həmin ərazilərin müasir bitki örtüyü şaquli zonallığın
ümumi sxeminə uyğun gəlmir. Bu uzun əsrlərdən bəri insan fəaliyyətinin intensiv təsiri altında ilkin bitki
örtüyünün son dərəcə dəyişməsi və bakirə bitki tiplərinin izlərinin belə, qalmaması ilə izah olunur. Buna
Bozqır yaylada iberiya palıdı meşələrinin yerində formalaşan bozqırlar, bəzən yarımsəhralar, subalp şərq
palıdı və tozağac meşələrinin çəmən və bozqırlarla əvəz olunmasını və s-ni misal göstərmək olar.
Azərbaycanın bitki örtüyünün xarakterinə şumlama və mal-qara otarılması da çox böyük təsir göstərmişdir.
Yamacların şumlanması bitki örtüyü ilə yanaşı torpaq örtüyünün də dağılmasına səbəb olmuşdur. Torpaq səthi
266
yuyularaq ana süxur səthə çıxan sahələr bitki örtüyündən məhrum olmuş və ya orada qaya çəmənliyi , seyrək
kserofit kollar əmələ gəlmişdir.
Otarma insan fəaliyyətinin ən qədim növü olub bitki senozlarının bioloji müxtəlifliyinin tədricən çox yerdə tama-
milə dəyişməsinə gətirib çıxarmışdır.
Respublikada əsas şaquli zonal bitki örtüyü tipləri aşağıdakılardır: yarımsəhra və səhra, bozqır, meşə-bozqır, su-
balp, alp və subnival.
Dostları ilə paylaş: |