MəMMƏdov qəRİb xəLİlov mahmud


Meşə-bozqır (arid seyrək meşələr) və



Yüklə 4,78 Mb.
səhifə429/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   425   426   427   428   429   430   431   432   ...   751
13.3.2. Meşə-bozqır (arid seyrək meşələr) və  

bozqır bitki örtüyü 

Azərbaycanda arid-seyrək meşələrin qalıqlarına Bozqır yaylada (Açınohur öndağı), Həkəri, və Araz çayları-

nın aşağı axını yamaclarında (Laçın, Qubadlı, Zəngilan rayonlarında), Naxçıvan MR-də, Ellər  Oyuğu dağında, 

qismən Böyük Qafqazın şimali-şərq yamacında (Gilgilçay, Ataçay, Tıxçay hövzələrində), Şəmkir   çayın  aşağı 

axın dik yamaclarında və Qobustanda rast gəlinir. Məlum olduğu kimi, respublikamızın arid meşələr yaılan da-

ğətəyi zonasında qədim dövrlərdən bəri əhali əkinçilik və maldarlıqla rintensiv məşğul olmuşdur. Bununla əla-

qədar ilkin (bakirə) arid tipli meşə örtüyü burada kökündən antropogen dəyişikliyə uğramış, mövcud bitki for-

masiyaları əsasən törəmə, bozqır, kserofil  tiplidir. 

Arid meşələrinin əsas komponentləri  çoxmeyvəli ardıc (yuniperus polycarpos), kəsginiyli ardıc (y.foetidissi-

ma), saqqızağac (pistasia mutica), iberiya ağcaqayını, badam (amygdalus nairika, A.Fenzliana), iydəyarpaq ar-

mud, qafqaz dağdağanı,   Zəngilan rayonunda araz palıdı , Ellər Oyuğunda eldar şamı (Pinus eldarica) sayılır. 

Kserofit  kollardan qaratikan, acılıq, doqquzdon, topulqa, dovşanalması, pallas murdarçası, sarağan bitir.  

Arid meşələrinin deqradasiya prosesi yerin relyefindən, süxurlardan və antropogen təsirin intensivliyindən 

asılı olaraq müxtəlif istiqamətlərdə gedir. İnsan fəaliyyətinin güclü təsir göstərdiyi arid meşə sahələrinin yox 

edilməsi qaratikan,topulqa və s. kserofit kollardan ibarət müxtəlif  şiblək tiplərinin və yovşan yarımsəhrasının 

yaranmasına səbəb olur. 

Bozdağ ərazisində süxurlar çox kövrək duzlu gillərdən ibarət olan sahələrdə arid meşələrinin yerində səhranı 

xatırladan özünəməxsus friqana qrupları yaranır. Belə sahələrdə adətən qaratikana, saqqıza, dağdağana və iydə-

yarpaq armuda  rast gəlinmir. Ot örtüyü seyrək olub sahənin 5-10 faizini təşkil edir, əsasən yovşan, məryəm no-

xudu, süpürgəgülü, dəvətikanından  ibarət olur. Kol bitkiləri tək-tək və qrupla yayılır, tərkibinə  kəvər, acılıq, 

çox nadir hallarda tək-tək ardıc və sarağan daxil olur. Friqana qrupları çox dik güney yamaclarda və davamsız 

«axar» substratda yaranır.  

Belə  şəraitdə uzun davam edən eroziya prosesi nəticəsində sahə get-gedə hamarlanır və müəyyən dövrdən 

sonra friqana tək-tək gəvən və qaratikan bitən yovşan yarımsəhrasına çevrilir. Bu proses ən çox Kür-Araz ova-

lığına keçid hissəsində müşahidə olunur. 

Kiçik Qafqazın cənub-şərq yamacında dağətəyi zonasında (Həkəriçay hövzəsində) dəniz səthindən 300-

600m yüksəklikdə meşəsi yox edilmiş sahələrdə əsasən friqana, 600-800(1000)m yüksəklikdə isə kserofil tipli 

şiblək qrupları formalaşmışdır. Yamacın baxarından, dikliyindən və insanın təsir intensivliyindən asılı olaraq bu 

iki şiblək  tipi bir-birilə qarışa bilər. 

Araz, Bəsit və Oxçuçayları hövzələrində  şibləklərin fonunda tək-tək saqqızağac, dağdağan, iydəyarpaq ar-

mud və küləkdən qorunmuş dərələrdə çinar da bitir. Cəbrayıl rayonunda İncəçay və Cələbilər çayı hövzəsində 

yovşan yarımsəhrası fonunda tək-tək saqqızağaca təsadüf edilir. Belə yarımsəhra 15-20 km enində qurşaq yara-

daraq dəniz səthindən 600m-dən yuxarı olan ərazidə kserofil şibləklərlə  əvəz olunur. Belə  şiblək tipi 600-

800(1000)m hündürlükdə xüsusi qurşaq əmələ gətirir. Kserofil şibləklərin fonunda saqqızağac, iydəyarpaq ar-

mud, ardıc və dağdağanın mövcudluğu şibləklərin arid meşələrinin yox edildikdən sonra əmələ gəlməsini və tö-

rəmə tipli bitki qrupu olmasını təsdiq edir. Apardığımız elmi-tədqiqat işlərinin nəticəsi göstərir ki, vaxtilə, insan 



 

267


əməyinin təsirinə məruz qalmamışdan Bozqır yaylanın ərazisi onun bəzi yerində  seyrək arid meşələrlə, bəzi ye-

rində isə sıx meşələrlə örtülü olmuşdur. Bunu yayla ərazisinin müxtəlif yerlərində ağac və meşə qalıqları sübut 

edir. Burada meşə qalıqlarının bu və ya digər dərəcədə qalmasına təsir göstərən əsas amil relyef sayılmalıdır. 

Yaylanın cənubunda Türyançay və  Qanıx çayları ətrafında sıx parçalanmış relyef şəraitində az-çox öz təbii ha-

lını saxlamış seyrək saqqız - ardıc meşələrinə rast gəlinir. Vaxtilə ardıc meşələri bu ərazidə geniş areala malik 

olmuş və antropogen amillərin təsiri nəticəsində sıradan çıxmışdır. İndi isə bu meşələrə kiçik massivlər şəklində 

keçilməz relyefli əlçatmaz dərə yamaclarında rast gəlmək olar. 

Tədqiqat işləri göstərdi ki, vaxtilə yayla ərazisində(Oğuz, Qəbələ, İsmayıllı rayonları) dəniz səviyyəsindən 

500-1000m yüksəklikdə quzey yamaclarda yayılan palıd meşələri hazırda əkin və biçənək sahələrində tək-tək 

yaşı ötmüş möhtəşəm palıd ağacları şəklində qalmışdır. Palıd meşələrinin qalıqlarına ayrı-ayrı kiçik sahələrdə 

cavan ağaclar şəklində də rast gəlmək olar. Belə meşəliklər dəfələrlə balta və mal-qara ağzından çımışdır. Belə 

sahələrdə palıd ağacları kollaşır, bəzən isə sürünən şəkil alır. Ona digər az qiymətli ağac və kollardan dəmirqara

qaratikan, sumax və s. qarışmağa başlayır. Beləliklə, uzun müddət davam edən insan fəaliyyəti nəticəsində palıd 

meşələri törəmə tipli kolluqlarla və nəhayət, bozqırlarla əvəz olunur. Palıd meşəsi yox edilən sahələrdə qarati-

kan kolluqları daha geniş yayılmışdır. Belə sahələrdə tək-tək iydəyarpaq armud, saqqızağac və dağdağana rast 

gəlmək olar. Bunlar sonradan əmələ gələn törəmə ağac cinsləridir. 

Ümumiyyətlə, qaratikan kolluqlarını, hemikserofil və kserofil tipli şibləkləri insan fəaliyyətinin  təsiri nəticə-

sində meşənin son deqradasiya mərhələsi hesab etmək olar. Bu kollar daşdayan və dovşantopalı bozqır otları ilə 

kompleks bitki örtüyü yaradır, lakin aralarında daim mübarizə gedir. Bozqır ot bitkiləri sıx və möhkəm kök sis-

temi yaradaraq ağac və kol cinslərinin əmələ gəlməsinə və inkişafına əngəl törədir. qaratikan isə özünün kölgəli 

çətri ilə ot bitkilərini sıxışdıraraq  altında meşə mühiti yaradır və eyni zamanda torpağın bərpa olunmasına kö-

mək edir. Mal-qara ağzı çatmayan yerlərdə (qaratikanın çətri altında) müxtəlif ağac və kol bitkilərinin cücərməsi 

üçün şərait yaradır. 

Sübut edilmişdir ki, ilkin qaratikanlıq ola bilməz. O, yalnız meşə yox edilən yerlərdə yaranır. Ona görə də 

qaratikan kollarını keçmişdə həmin ərazidə meşə olmasını təsdiq edən dəlil saymaq mümkündür.  

Böyük Qafqazın cənub yamacında hemikserofil tipli şibləklərin xarakterik massivləri onun şərq qurtaraca-

ğında – Pirsaatçay hövzəsində yayılmışdır. Burada dəniz səthindən 1000-1200m yüksəklikdə iberiya palıdı me-

şəsi yox edilmiş dik yamaclarda  hemikserofil şibləklər qaratikan, ardıc, doqquzdon, iydəyarpaq armud, dovşa-

nalmasından təşkil olunmuşdur. Bu kol növləri çox vaxt qarışıq halda bitir. Onlardan biri, əksər halda  qaratikan 

qruplaşmada hakimlik edir. 

Kiçik Qafqazda qaratikan şibləkləri xüsusi bitki qurşağı yaradır, bu kolluqları iberiya palıdı meşələrinin an-

tropogen deqradasiyasının son mərhələsi hesab etmək olar. 

Böyük Qafqazın cənub-şərq yamacında –İsmayıllı və Şamaxı  rayonlarının aşağı dağ-meşə qurşağında və Ki-

kik Qafqazın orta dağ qurşağında – Gədəbəy və Daşkəsən rayonlarında meşəsizləşdirilmiş ərazilərdə taxılotu – 

müxtəlifotlu, daşdayanlı, dovşantopallı bozqırlar formalaşmışlar. Tədqiqatçıların əksəriyyəti – Şimali Qafqazda 

Y.V.  Şivvers (1953). Cənubi Qafqazda – A.A. Qrossheym (1948), A.A.Troisski (1934), Gürcüstanda – V.Z. 

Qulisaşvili (1964), Azərbaycanda Q.Ş. Məmmədov, M.Y. Xəlilov(2002) mövcud bozqırların yaranmasını meşə 

örtüyünün yox edilməsilə izah edirlər. Cənubi Qafqazda, o cümlədən Azərbaycanda bozqırların meşə zonasında, 

yəni introzonal yayılması bunu bir daha təsdiq edir. 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   425   426   427   428   429   430   431   432   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin