Lənkəran ovalığı meşələri
Lənkəran ovalığının spesifik rütubətli iqlimi və ərazisinin buzlaşmaya məruz qalmaması burada bir çox isti-
sevər qədim relikt ağac və kol bitki növlərinin qalmasına imkan yaratmışdır. Dendroflorasının zənginliyinə görə
Lənkəran ovalığı (Talış) Qafqazda birinci yeri tutub, özündə 150-dən artıq ağac və kol növü cəmləşdirir, onların
36-sı endem növü olub, təbii halda yalnız bu ərazidə bitir. Talışın üçüncü dövrə aid olan əsas ağac və kol növlə-
rindən ipək, yaxud Lənkəran akasiyası, dəmirağac, azatağac, şabalıdyarpaq palıd, xəzər lələyi, hirkan pırkalı,
ürəkyarpaq qızılağac və s. göstərmək olar.
Hələ yaxın keçmişdə Lənkəran ovalığının əsas landşaft tipi meşə örtüyü olmuşdur. Hazırda isə düzən meşə-
ləri çox kiçik sahə tutub yalnız Hirkan qoruğunda (2min ha) və kənd qəbristanlıqlarında qorunub saxlanılır.
Akademik Həsən Əliyev Talış meşələrinin müasir acınacaqlı vəziyyəti haqqında yazırdı: «Talış
meşələrinin qorunması barədə xoş söz demək olmaz. Talış meşələri əsrlər boyu Xəzərin rütubətini özündə
toplayıb respublikanın subtropik zonasına həyat vermiş və rütubətin artığını yenə də Xəzərə qaytarmış-
dır. Lakin meşələrin getdikcə azalması, seyrəkləşməsi onun əvəlki vəziyyətini itirəcəkdir».
Lənkəran ovalığının əsas müasir landşaftı bir-birinə yaxın yerləşən yaşayış məntəqələrilə vəhdət təşkil edən
mədəni (antropogen) landşaftlardır. Magistral şose və kənd yolları boyu salınan yaşıl zolaqlarda həmişəyaşıl və
əsasən yarpağı tökülən ağac cinslərindən istifadə olunmuşdur. Sitrus və kənd təsərrüfatı bitkiləri sahələrində ay-
rı-ayrı meşə zolaqları da salınmışdır.
Dostları ilə paylaş: |