Hələ yaxın keçmişə qədər Qanıx-Həftaran vadisində əsasən meşə landşaftı üstünlük təşkil etmişdir. Bizim
dövrümüzə bu meşələrdən ayrı-ayrı kiçik sahələr - 52 min ha sahədə gəlib çatmışdır. Hazırda relyefin nisbətən
269
hündür yerlərində uzunsaplaq palıd meşələri qrupları müşahidə olunur.
Vadinin cənub hissəsində,
qrunt suyu-
nun səthə yaxın olan yerlərində qızılağac və üçüncü dövrün relikti yalanqoz qrupları bitir. Qəbələ rayonunda
Çuxur-Qəbələ kəndindən bir km şimal istiqamətində üçüncü dövrün digər relikti- dəmirağac qrupu (14ədəd) ya-
lanqoz, qızılağac və ağyarpaq qovağın çətri altında ikinci yarusu tutur. İsmayıllı qoruğu ərazisində Əyriçayın
sağ qolu olan Axoxçayın qolları hövzəsində 200 ha sahədə şabalıdyarpaq palıd meşəliyi bitir.
Dostları ilə paylaş: