Palıd meşələrinin ziyanvericilərdən mühafizəsi
Qeyd edildiyi kimi Azərbaycanda palıd meşələrinin sahəsi ümumi meşə örtüyünün 30%-ni təşkil edir.
Təəssüflə qeyd etmək lazımdır ki, respublikamızda palıd meşələrinin sahəsi get-gedə azalır. Belə ki, düzən
meşələrini tədricən əkin sahələri əvəz edir. Aşağı dağ-meşə qurşağı yaşayış məntəqələrinə yaxın yerləşdiyindən
burada palıd ağaclarının qanunsuz kəsilməsi hallarına tez-tez rast gəlinir, yuxarı dağ meşə qurşağında isə şərq
palıdı ağaclıqları yay otlaqları kimi istifadə olunur.
Bütün bunlarla yanaşı, hazırda palıd meşələrində ziyanvericilər və patoloji xəstəliklər də geniş yayılmışdır.
Samur-Dəvəçi düzənliyində yerələşn məşhur Yalama palıd kurort meşələri kütləvi şəkildə qurumağa
başlamışdır. Bu hadisə keçici göbələk xəstəliyinin yayılması və inkişafı prosesi ilə də bağlıdır. Bu ərazidə
demək olar ki, hər ilin yazında may böcəkləri palıd ağaclarına böyük ziyan vurur. May böcəyinin sürfələri və
kəpənəkləri geniş ərazidə palıd ağaclarına daraşıb onun yarpaqlarını yeyir və məhv edir. Bu dövrdə Dəvəçi meşə
təsərrüfatlarının işçiləri əvvəllər təcili tədbir görürdülər. Vertalyotlarla meşə sahələrinə xlorofos və digər
dərmanlar səpərək palıd meşələri ziyanvericilərdən xilas edilirdi.
Bəzi illərin iyun ayında Şəki-Zaqatala zonasının aşağı meşə qurşağında palıd ağaclarının yarpaqlarının
saralması müşahidə edilir. Bəzi meşə təsərrüfatı işçiləri bu hadisəni havanın quraq keçməsi ilə izah edirdi.
Çünki ilk baxışda yarpaqlarda heç bir xəstəlik halı hiss olunmurdu, onlar nə bükülür, nə də tökülmürdü, yalnız
rəngləri saralırdı. Həmin ərazidə tədqiqat aparan Azərbaycan Elmi-tədqiqat Meşə təsərrüfatı və
Aqromeşəmeliorasiya institutunun əməkdaşları yarpaqların saralmasının səbəbi – enliminalayıcı palıd
Dostları ilə paylaş: |