13.5. Azərbaycanda meşəsizləşdirmənin problemləri
Azərbaycanda meşəsizləşdirmənin dəqiq başlanğıc tarixi məlum deyildir, onu arxiv ( xəritə ) materialla-
rından da arayıb tapmaq qeyri mümkündür . Lakin ehtimal etmək olar ki , beş əsr öncə respublikamızın
meşəlik faizi 40 – 50 % - dən aşağı olmamışdır.
N.H.Axundovun (1982) əldə etdiyi tarixi sənədlərə əsasən indiki Gədəbəy rayonu ərazisində olan meşələr
1865-ci ildən 1883-cü ilədək Simens qardaşlarının Gədəbəy və Qalakənd misəridən zavodları üçün geniş miq-
yasda qırılmışdır. Bu zavodların hər biri ildə 40000 pud mis hasil edirdi. Gədəbəy mis zavodu 1871-1882-ci il-
lər ərzində 21,4 min kub sajın (1 sajın 2,34 m-ə bərabər uzunluq ölçüsüdür) odun və 4,4 milyon pud ağac kömü-
rü işlətmişdir. Məlumatlara əsasən Simens qardaşlarının misəridən zavodları üçün ayrılan meşədə ildə 5000 kub
sajın əvəzinə 5 dəfə artıq, yəni 15000 kub sajın ağac qırılmışdır.
Meşəsizləşdirmə ilk öncə yaşayış üçün daha əlverişli olan və çox insan məskunlaşan düzən ərazilərin-
dən başlanılmışdır. Aşağıda ayrı – ayrı düzən regionlarında meşəsizləşdirmənin istiqamətləri haqda məlu-
mat verilir .
Dostları ilə paylaş: |