279
Təbii-iqtisadi
zonalar
Qış
otlaqlar
ı
Yay
otlaqları
Kənd-
ətrafı
örüşlə
r
Biçənək-
lər
Zonal
ar
ücrə
cəmi
1 2
3
4
5
6
Gəncə-Qazax
272,9
86,1
223,2
30,6
612,8
Şirvan
218,8
58,9
209,6
7,9
495,2
Muğan-Salyan 233,8 -
99,4 0,8
334,0
Mil-Qarabağ 336,5 164,5 249,2
16,0 766,2
Quba-Xaçmaz
14,3
76,3
108,1
29,8
228,5
Şəki-Zaqatala
69,0
104,9
103,2
4,1
281,2
Lənkəran
10,6
21,1
72,6
16,1
120,4
Abşeron 230,5
10,0
58,5
1,0 300,0
Dağlıq Qarabağ 2,4
31,1
69,2
4,6
107,3
Naxçıvan
71,2
36,6
40,5
2,5
150,8
Cəmi
1460
589,5
1233,5 113,4
3396,4
Eroziya və bitki formasiyalarının deqradasiyası bəzi regionlarda son onillikdə daha da sürətlənmiş və
otlaqlardan istifadənin ekoloji problemləri yaranmışdır.
Alp və subalp çəmənlərindən ibarət olan yay otlaqları respublikada heyvandarlığın inkişaf etməsində yem
bazası olmaqla bərabər, bu landşaft komplekslərinin böyük su tənzimedici və torpaq bərkidici kimi böyük
ekoloji əhəmiyyəti də vardır. Azərbaycanın yay otlaqları, əsasən dəniz səviyyəsindən 1600-3000 (3200) m
yüksəklikdə olan dağlıq zonalarda yerləşmişdir. Yaylaqlar öz coğrafi mövqeyinə görə coğrafi dağlıq və dağətəyi
qurşaqlardakı meşələrin sərhədləri ilə birləşir. Həmin hissədə isə təbii bölgüyə əsasən, meşələrdən sonra əmələ
gələn subalp çəmənlikləri geniş yayılmışdır.
Ümumiyyətlə, respublikamızdakı yay otlaqlarının bitki örtüyünün 80%-dən çoxu çoxillik otlardan ibarətdir.
Ot örtüyünün botaniki tərkibi, yemlik dəyəri və məhsuldarlığı bir tərəfdən onu təşkil edən bitki qruplaşmalarının
müxtəlifliyi, digər tərəfdən isə ayrı-ayrı otlaq sahələrinin relyefi, iqlim və torpaq şəraiti ilə əlaqədardır.
Subalp çəmənlikləri yay otlaqlarının inkişafında olduqca böyük rol oynayır. Yaylaqlarda yayılmış bu
çəmənliklər təkcə otarılmaq üçün deyil, həmçinin süni biçənək kimi də istifadə olunur. Subalp çəmənliklərində
yayılmış otlaqların bitki örtüyünün botaniki tərkibinin əsasını taxıl fasiləsinə aid olan bitkilər və qarışıq tərkibli
müxtəlif çəmən otları təşkil edir.
Subalp çəmənliklərinin bitki örtüyü alp çəmənliklərinə nisbətən daha zəngindir. Subalp çəmənliklərindəki
bitki qruplaşmalarının tərkibində 100-ə yaxın bitki növü iştirak edir. Burada ala tonqalotu, qoyun topalı,
yerəyatıq topal, bənövşəyi tonqalotu, acar tonqalotu, çəmən tonqalotu, yumşaq süpürgə, qırtıc, müxtəlif növ
paxlalı bitkilər və başqa ot növlərinin qarışığı da yayılmışdır. Dağlıq zonalarda yayılmış paxlalı bitkilərin
əksəriyyəti çoxilliklərdir. Birillik və ikiillik növlərə də rast gəlmək olur. Yay otlaqlarının əsasını təşkil edən
subalp və alp çəmənliklərinin bitki örtüyünün tərkibində təxminən 50-yə qədər paxlalı bitki növü vardır. Onların
95%-ni çoxillik, az hissəsini isə birillik bitkilər təşkil edir.
Paxlalılar fəsiləsindən olan bəzi bitki növlərinin kök sistemi güclü inkişaf etdiyinə görə dağlıq zonadakı
torpağın yuyulmasının və baş verəcək eroziya prosesinin qarşısın alır.
Respublikamızın yüksək dağlıq zonalarındakı otlaqların bitki örtüyünü təşkil edən subalp və alp
çəmənliklərinin, bozqırlarının tərkibində qırmızı çəmən yoncası, ağ çəmən yoncası, şübhəli çəmən yoncası,
çəhrayı çəmən yoncası, aralıq çəmən yoncası, bulaq çəmən yoncası, çöl çəmən yoncası, əvəzotu, iyli paxladən
və s. paxlalı bitki növləri geniş yayılmışdır. Həmin bitki növlərinin bəzilərinin yemlik əhəmiyyəti isə orta
dərəcədədir.
Yay otlaqlarında mal-qaranın vaxtından tez və otlaq dövründə sistemsiz olaraq hədsiz otarılması, eyni yol
ilə aparılması yamaclardan çim və torpaq qatının pozulmasına, eroziya prosesi və sel axınlarının mənbələrinin
əmələ gəlməsinə səbəb olur. Bunun da nəticəsində otlaqlarda onlara məxsus ekoloji problemlər yaranmışdır.
Qeyd etmək lazımdır ki, hazırda alp və subalp zonasının bir sıra yerlərində mal-qaranın sistemsiz otarılması
nəticəsində yay otlaqları başdan-başa eroziya prosesinə məruz qalaraq maldarlığı lazımi yemlə təmin etmir və
tamamilə istifadədən çıxaraq daşlı və ya bitki örtüyü olmayan sahəyə çevrilmişdir. Bu cür yerlərin ümumi sahəsi
257,1 min hektar olub, yay otlaqlarının 43,6%-ni təşkil edir.
Alp və subalp çəmən və çəmən-bozqırlarının eroziya proseslərinə məruz qalmış torpaqlarının təbii-iqtisadi
rayonlar üzrə paylanması 13.3.saylı cədvəldə verilir.
Cədvəldən göründüyü kimi, bütövlükdə, Azərbaycanın alp və subalp zonası torpaqlarının (yay otlaqları
kateqoriyasına aid edilən və onun kənarda qalmış sahələrlə birlikdə) 70,7%-i (630,8 min hektar) eroziya
280
prosesinə məruz qalmışdır. Bundan 22,9%-i (204,4 min ha) zəif, 42,7%-i (380,4 min ha) orta, 28,1%-i (250,3
min ha) şiddətli dərəcədə yuyulmuş torpaqlar hesab olunurlar.
Azərbaycanın qış otlaqları da təbii-coğrafi şəraitinə və bitki örtüyünə görə çox rəngarəngdir. Bu hər şeydən
əvvəl respublikamızın iqlim-torpaq şəraiti ilə əlaqədardır.