1. Yüksək dağlıq meşə qoruqları və yasaqlıqları
Alaxançallı yasaqlığı. Gəncəçayın sol sahilində Daşkəsən rayonunun Alaxançallı kəndinə yaxın ərazidə
dəniz səthindən 2100-2400 m yüksəklikdə nisbətən az pozulmuş tozağac meşəliyi bitir. Ona şərq palıdı,
quşarmudu və vələs qarışır. Meşəliyi yuxarıdan ardıc kolları zolağı əhatə edir. Bu meşələr böyük torpaqqoruyu-
cu-sutənzimedici əhəmiyyət daşıyır. Lakin ərazinin yay otlağı kimi istifadə olunması meşələrin pozulmasına və
qoruyucu funksiyasının aşağı düşməsinə səbəb olur.
Təsvir etdiyimiz yüksək dağlıq meşə sahəsinin yasaqlıq kimi mühafizə olunması təklif olunur.
Dostları ilə paylaş: |