Təbii-
iqtisadi
rayonlar
Ümu
mi
sahə,
min
ha
Yuyulma dərəcəsi
Digə
r
torp
aq-
lar
Yuy
ul-
muş
torp
aq-
ların
sahə
si
Yuyu
l-
mamı
ş
I
kate-
qo-
riya
Zəif
yuyu-
lmuş
II
kate-
qo-
riya
Orta
yuyul
muş
III
kate-
qo-
riya
Şiddət
li
yuyul
muş
IV
kate-
qo-
riya
1 2
3
4
5
6
7
8
Gəncə-
Qazax
116,6 13,6 34,2 21,6 45,3 1,9
101,
1
Şirvan
71,6
11,0
12,4
17,6
20,6
10,0 50,6
Mil-
Qarabağ
248,8 81,3 58,0 43,5 46,2 19,9
147,
6
Quba-
Xaçmaz
124,8 43,9 14,5 21,2 38,6 6,5 74,4
Şəki-
Zaqatala
9,4 11,5
41,2 20,3 34,1 2,3
95,6
Lənkəran 66,8
9,0
11,0
15,2
22,9
8,7
49,1
Abşeron 16,5 3,7 3,5 5,0 3,5 0,8 12,0
Dağlıq
Qarabağ
40,6 9,8 8,0 8,4 9,9 4,4 26,4
Naxçıvan
MR
96,6 12,2 21,6 23,2 29,2 10,4
74,0
Cəmi
891,7 196,0 204,4 380,4
250,3
64,9
630,
8
Respublikamızın qış otlaqları əsasən Kür-Araz ovalığında (Mil, Muğan, Şirvan, Qarabağ, Salyan düzləri və
cənubi-Şirvan), Qobustan, Ceyrançöl, Ağyazı, Acınohur, Bozdağ, Xocaşen, Daşüz silsilələrində, Cənubi
Qarabağda (Gəyən, Çaxmaq bozqırları), Naxçıvan MR-da isə Böyükdüzdə, dağ ətəklərində, Qarğabazarı və
Arazətrafı çökəkliklərdə yerləşir.
Qış otlaqlarında nisbətən geniş yayılmış ən faydalı bitkilər birillik taxıl otlarıdır. Taxıllar fəsiləsinə mənsub
olan bitkilər həmişə erkən yazda yaxşı inkişaf edib yaşıl yem kütləsi əmələ gətirir. Dağətəyi zonalarda yerləşən
qış otlaqlarında yazda əmələ gələn yaşıl ot örtüyünün tərkibində birillik taxıl otları nisbətən az olur. Onların
əvəzində taxıllara aid olmayan bəzi birillik ot bitkiləri çoxluq təşkil edir və qiymətli yem hesab olunur. Birillik
taxıl otlarından bərk quramit, cənub quramiti, İran quramiti, şərq bozağı, düzəkli bozaq, üçdüyməli buğdayıot,
yapon tonqalotu, süpürgəvari tonqalotu, irisünbüllü tonqalotu, tüklü vələmir, boş vələmir, iriçiçək vələmir və s.
qış otlaqlarında daha geniş yayılmışdır. Birilliklərdən başqa gövdələrinin əsas hissəsi soğanaqlı olan çoxillik
taxıl otlarının da qış otlaqlarının ot örtüyünün yaranmasında böyük əhəmiyyəti vardır. Məsələn, sıx qırtıc, sinay
qırtıcı, soğanaqlı qırtıc və s. bu cür ot bitkilərindəndir.
Yovşanlı otlaqlar üçün xarakterik olan müxtəlif yovşan formaları da qış otlaqlarının ot örtüyünün əmələ
gəlməsində böyük əhəmiyyət kəsb edir. Paxlalılar fəsiləsindən olan yonca və xaşanın bir neçə növ və
növmüxtəliflikləri də bəzi otlaq sahələrində çox geniş yayılmış faydalı bitki hesab olunur.
Səhra bitki qrupu,əsasən Azərbaycanın düzən aran zonalarında yerləşən Kür-Araz ovalığının otlaqlarında
inkişaf etmişdir. Səhra tipli zonalarda qış otlaqlarının bitki örtüyü olduqca kasıbdır. Burada inkişaf etmiş səhra
bitki qruplarının botaniki tərkibi, əsasən, kolluq, yarımkolluq və vegetasiya dövrü qısa olan birillik ot
bitkilərindən ibarətdir.
Şoran səhralarda qarışıq örtük əmələ gətirən qara şoran, şahsevdi, sarıbaş kolları, çərən, öldürgən və s.
kolluqlar və efemer bitkiləri inkişaf edir. Bitki örtüyünün əsasını qarağan kolları, gəngiz, gəvrik, şahsevdi təşkil
edən qış otları da geniş yayılmışdır.
Respublikamızın qış otlaqlarında səhra tipli bitki örtüyünə nisbətən yarımsəhra tipli bitki örtüyü daha geniş
yer tutur. Yarımsəhra tipinə aid olan bitkilər öz inkişaf tərzinə, həyat şəraitinə, botaniki quruluşuna, kimyəvi
tərkibinə, bioloji və təsərrüfat xüsusiyyətlərinə görə səhra tipli bitki qruplarından fərqləndikləri üçün onların
yemlik keyfiyyəti də müxtəlfi olur. Bir qayda olaraq yarımsəhra tipli otlaqların əsas yem fondu efemerlər olur.
282
Bəzən efemerlər yaxşı inkişaf edib otlaqlarda sıx bitki örtüyü əmələ gətirir. Torpağın səthinin 80-90%-ə qədəri
bitki ilə örtülür. Bu cür sahələrdən təkcə otlaq, örüş kimi deyil, həmçinin təbii biçənək kimi də istifadə edilir.
Yovşanlı, göyüllü-yovşanlı, qaratikanlı-yovşanlı yarımsəhralar qış otlaqlarında daha geniş yer tutur. Bunların
arasında ən böyük sahə yovşanlı yarımsəhralardır.
Respublikamızın qış otlaqlarında çox böyük əhəmiyyət kəsb edən ot örtüyündən biri də quru bozqır
sahələrin bitki örtüyüdür.
Quru bozqır bitki örtüyü olan otlaqlar yarımsəhra ot örtüyünə malik olan sahələrdən çoxillik taxıl otlarının
nisbətən yaxşı inkişaf etməsi ilə fərqlənir. Məsələn, ağot, ayrıq, şiyav, topalotu və s. bitkilərin əmələ gətirdikləri
çimliklər bəzən o qədər sıx və çox olur ki, sahələr başdan-başa ağımtıl, quru bozqır şəklini alır. Bu cür görünüşə
malik olan quru bozqır sahələr qış otlaqlarının yem balansında mühüm rol oynayır.
Naxçıvanda, Qobustan, Bozqır yaylasında, Dağlıq Qarabağın dağətəyi hissəsində və digər yerlərdə yerləşən
quru bozqır otlaq sahələrində inkişaf etmiş bitkilərin ən mühüm nümayəndələri daşdayan, dovşantopalı,
tonqalotu, daraqotu, nazikbaldır, tüklüayrıq, qırtıc, buğdayıot, quramit və s. ot növləridir. Onlar böyük yemlik
əhəmiyyətinə malik olduqları üçün bozqır otlaq sahələrindəki ot örtüyünün əsasını təşkil edirlər. Yazda və yayın
əvvəllərində sürətlə böyüyüb inkişaf edən bu bitkilər otlaqların yemlik keyfiyyətinə və ümumi məhsuldarlığına
müsbət təsir göstərir.
Quru bozqır bitki örtüyünə malik olan otlaqlar yovşanlı-ağot, yovşanlı-ayrıq, yovşanlı-şiyav, yovşanlı-
topalotu tiplərinə ayrılır.
Azərbaycanın qış otlaqlarındakı səhra, yarımsəhra və bozqır bitki qruplarından başqa bəzi yerlərdə ayrı-ayrı
talalar şəklində inkişaf etmiş bataqlıq, çökəklik, çala və çəmən bitki qruplarına da rast gəlmək olur.
Araşdırmalar göstərir ki, respublikamızın qış otlaqlarında (Qobustan, Ceyrançöl, Bozdağ, Acınohur) və
biçənək sahələrində eroziya prosesləri ilə yanaşı, şorlaşma, bataqlaşma, subasmalar kimi hallar onların
deqradasiyasını sürətləndirmişdir. Təqribən 201 min hektar və ya 15% yem sahəsi şorlaşma, bataqlaşma və
subasmaya məruz qalmış, minlərlə hektar sahə qanunsuz olaraq şumlanmış və yaşayış yerlərinə çevrilmişdir.
Bütövlükdə yem sahələrinin 978 min hektarının əsaslı yaxşılaşdırma, meliorasiya və digər tədbirlərə ehtiyacı
vardır. Bununlu belə, yem sahələrinin, yay və qış otlaqlarının, biçənəklərin ekoloji problemlərinə daha geniş
aspektdə baxılması tələb olunur. Bunlar aşağıdakılardan ibarətdir:
1. Yem sahələri təyinatı üzrə istifadə edilməli, quzuları və boğaz heyvanları yaşıl yemlə təmin etmək
məqsədilə qış otlağının ümumi sahəsinin 3 faizdən çox olmayan hissəsində yaşıl yem üçün olan əkini çıxmaqla
qalan ərazilərdə hər hansı əkinçilik fəaliyyətinə yol verilməməlidir;
2. Köç yolları və mal-qara düşərgələri təyinatı üzrə istifadə edilməli, yataqlar və otlaqlararası xüsusi
yollardan istifadəyə, lazımsız yol və cığırların salınmasına və otlaqlarda iribuynuzlu mal-qaranın sürü halında
otarılmasına yol verilməməlidir. Otarılma norması hər hektara 5-6 baş heyvanla məhdudlaşmalıdır;
3. Yay və qış otlaqlarında ərazinin relyef, iqlim, bitki örtüyünün vəziyyətini, ilin əlverişli (yağıntılı) və ya
əlverişsiz (quraq) olmasını nəzərə almaqla otarma normalarına ciddi əməl olunmalı, eroziya proseslərinin çox
qabarıq şəkildə təzahür etdiyi yerlərdə, yarğanəmələgəlmə təhlükəsinin mövcud olduğu sahələrdə otarma kəskin
şəkildə məhdudlaşdırılmalı və ya qadağan olunmalıdır;
4. Yay və qış otlaq sahələrində ot örtüyünü zənginləşdirmək, keyfiyyətini yüksəltmək və botaniki tərkibini
qiymətli yem bitkiləri hesabına artırmaqla 1 hektarın məhsuldarlığını 5-6 sentnerə çatdırmaq
məqsədilə eroziyaya məruz qalmış (663 min ha) və meliorasiya tədbirlərinin həyata keçiriləcəyi şorlaşmış,
bataqlaşmış və su altında qalan (201 min ha) ərazinin 744 min hektarında səthi və 234 min hektarında isə əsaslı
yaxşılaşdırma tədbirləri aparılmalıdır;
5. Bioməhsuldarlığını artırmaq məqsədilə otlaq və biçənəklər gübrələnməlidir, bu zaman ot örtüyünün
botaniki tərkibi, torpağın fiziki-kimyəvi xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Üzvi gübrələrin 5 ildən bir
(hər hektara orta hesabla 20 ton qurumuş peyin), mineral gübrələrin isə 2-3 ildən bir (hər hektara fiziki çəkidə
orta hesabla 1-2 sentner ammonium şorası, 2-2,5 sentner superfosfat, 1-15 sentner kalium-xlorid) verilməsi
məsləhətdir;
6. Otlaqlarda səthi və kökündən yaxşılaşdırma tədbirləri görülməli, səthi yaxşılaşdırma zamanı otlaqların
hər hektarına 40-60 kq xaşa toxumu, 8-10 kq yonca toxumu, 18-30 kq isə taxıl fəsiləsinə mənsub olan ot növləri
toxumlarının səpilməsi həyata keçirilməlidir;
5. Respublikanın regionlarında əkmə (mədəni) otlaqların yaradılması və mövcud olanların
intensivləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görülməli bu zaman müasir texnologiyalara
üstünlük verilməlidir;
8. Son illər otlaq və biçənək sahələrində baş vermiş dəyişiklikləri nəzərə alaraq yem sahələrinin torpaq
örtüyü, geobotaniki tərkibi, yem vahidi və otarma (optimal) norması göstərilməklə onların iri miqyaslı
xəritələşdirilməsi həyata keçirilməlidir, ilk növbədə otlağın məhsuldarlığı, keyfiyyəti, yem vahidi və baş hesabı
ilə yükü nəzərə alınmaqla yem vahidi xəritələri tərtib edilməlidir.
|