Meşəsizləşdirmənin ekoloji təzadları
Meşəsizləşdirmə karbon qazının udulma kanallarının itməsinə, enerji, su, qlobal bioloji tsiklin biogen
elementlərinin dövranının dəyişməsinə səbəb olur, atmosferin kimyəvi tərkibinə təsir göstərir.
Meşəsizləşdirmə lokal, regional və qlobal səviyyələrdə iqlim şəraitinin kəsgin dəyişməsinə səbəb olur.
Meşəsizləşdirmə biosferin davamlılığını aşağı salır, daşqınların, sellərin, su eroziyasının, tozlu tufanların,
quraqlıq və quru küləklərin dağıdıcı gücünü artırır, səhralaşma prosesini tezləşdirir.
Landşaftın meşəsizləşdirilməsi ilə əlaqədar canlı maddələr tədiricən məhv edilir, bitki örtüyü və hey-
vanat aləminin bioloji müxtəlifliyi və bütövlüklə biosfer kasatlaşır
Meşənin ekosferin sabitləşməsində ümumdünya rolu onun qorunmasına qlobal yanaşmağı tələb edir.
Meşəni dayanıqlı vəziyyətdə saxlamaq və yaxşılaşdırmaq məqsədilə bu sahədə beynəlxalq əməkdaşlığın əsas
prinsiplərini və mexanizmini təyin edən Beynəlxalq konvensiya hazırlayıb qəbul etmək lazımdır.
Dostları ilə paylaş: |