13.6. Otlaqlardan istifadənin ekoloji problemləri
Respublikanın təbii yem bitkiləri yayılan əraziləri mövsümi istifadə edilən yay-qış otlaqlarından,
biçənəklərdən və ilboyu istifadə edilən kəndətrafı örüşlərdən ibarətdir. Bu təbii biosenozların respublikamızın
təbii sətrvətləri içində xüsusi yeri olmuş, böyük maraq doğurmuş və uzun illər öyrənilmişdir (F.D. Ayvazov,
1989; A.Ə.Behbudov, 1986; B.Ə.Budaqov, İ.M.Hacıyev, 1990; V.D.Hacıyev, 1970; Ş.G.Həsənov, R.Ə.Əliyeva,
Q.Ş. Məmmədov, 1976; Ş.G.Həsənov, Q.Ş.Məmmədov, 1978; Q.Ş. Məmmədov, 1977, 1980, 1981, 1983,
1984, 1985, 1987, 1988, 1989, 1990, 1992, 1994, 2000, 2001; Q.Ş.Yaqubov, 1975). Bu kateqoriyadan olan tor-
paqlar öz hüquqi rejiminə görə bir qədər fərqli cəhətlərə malikdir. Belə ki, yay və qış otlaqları dövlət
mülkiyyətində saxlanılmaqla fiziki və hüquqi şəxslərə qısa və uzunmüddətli istifadəyə verilir. Biçənək və
kəndətrafı örüşlər isə ümumi istifadəyə verilməklə bələdiyyə mülkiyyətində saxlanılmışdır.
Təbii yem sahələrinin ümumi sahəsi 3396,4 min hektar olub, respublika ərazisinin 39,3%-ni təşkil edir.
Bundan 113,4 min hektarı biçənəklər, 1460 min hektarı qış otlaqları, 589,5 hektarı yay otlaqları, 1233,4 min
hektarı isə kəndətrafı örüşlərdən ibarətdir. Bu bölgü təbii-iqtisadi rayonlar üzrə 15.2. saylı cədvəldə verilmişdir.
Bütövlükdə Azərbaycan ərazisində yay və qış otlaqlarının ümumi sahəsi 2049,5 min hektar olub, bu təbii
yem sahəsi bitki formasiyalarının təbii strukturuna ziyan yetirmədən və özünün bərpa olunma imkanını saxla-
maqla optimal ölçülərdə 2 milyon baş heyvanı yem ilə təmin etmək imkanındadır. Nəzərə alsaq ki,
otlaqlarımızın bir qismi erməni işğalçılarının müvəqqəti olaraq nəzarti altındadır və respublikamızda 8 milyona
yaxın iri və kiçik buynuzlu heyvan vardır, bu yay və qış otlaqlarının həddən artıq yüklənməsinə səbəb olmuşdur.
Təbii yem sahələrində izafi otarma ilə əlaqədar yükün artması, ekoloji baxımdan kənar müdaxilələrə daha
həssas olan Azərbaycanın alp və subalp çəmən və çəmən-bozqırlarında daha ağır vəziyyət yaratmışdır.
Cədvəl 13.2.
Dostları ilə paylaş: |