Dağlıq zonanın meşəsizləşdirilməsi
Respublikamızın ayrı – ayrı dağ sistemlərində meşəsizləşdirmə prosesi müxtəlif səbəblərlə bağlıdır .Bütün
dağ regionlarında meşəsizləşdirmə meşənin yuxarı sərhədi ( MYS ) üçün daha səciyyəvidir . Dağlıq şəraitdə
meşə örtüyü müəyyən yüksəkliyə qədər yayılır . Həmin hündürlükdən yuxarıda ağac bitkisinin inkişafı üçün
şərait pisləşir və meşənin yerini subalp və alp bitkiliyi tutur . Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziy-
yəti ərazinin iqlimi ilə sıxı bağlıdır . Bu istiqamətdə tədqiqat aparan alimlərin çoxu (Berq , 1938 ; Soçava , 1944 ;
Tolmaçev , 1931 ; Radde ,1901, Brokman – Yeroş, 1919 ) meşənin təbii sərhədini əsasən iqlimin kontinentallı-
lıq dərəcəsi ilə izah edir. Bu nəzəriyyəni 1919 – cu ildə ilk dəfə Brokman – Yeroş irəli sürərək göstər-
mişdir ki , okean iqlimi MYS – nin aşağıdan, kontinental iqlim isə əksinə, yuxarıdan keçməsinə şərait ya-
radır. Başqa bir alman alimi V.Koppen də 1926 – cı ildə bu fikrə tərəfdar çıxaraq 10
0
iyul izotermini
ağac bitkisinin inkişafı üçün son hədd hesab edir .V.Z.Qulisaşvili (1954) belə qanunauyğunluğun Cənubi
Qafqaz şəraiti üçün də uyğun gəldiyini göstərir .
Əgər 10
0
iyul izotermini meşənin iqlim (təbii) sərhədi qəbul etsək , qışı rütubətli keçən və soyuq iqli-
mə malik olan Böyük Qafqazda və Kiçik Qafqazın şimal yamacı rayonlarında (Göy – Göl , Gədəbəy ,
Daşkəsən ) bu sərhəd 2600-2650 m – dən , qışı quraq keçən nisbətən kontinental , soyuq iqlimə malik olan
Kəlbəcər və Laçın rayonlarında 2800 m – dən , yayı quraq kontinental iqlimli olan Naxçıvan zonasında
isə 3 000 metrdən keçməlidir .
Apardığımız tədqiqatlar göstərir ki , respublikamızda insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində
MY iqlim sərhədi böyük dəyişikliyə uğramışdır və təbii sərhədində demək olar ki ,meşə bitkisinə təsadüf
edilmir . Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında orta hesabla 1600-2000 m
hündürlükdən keçir .Bu hündürlük isə iyul ayının orta temperaturu 14-17
0
olan yüksəkliyə uyğun gəlir .
Böyük Qafqazın cənub-şərq yamacının (Şəki – Zaqatala zonası) yuxarı dağ qurşağında yamaclar çox
dik və kəsgin parçalanmış olduğundan burada yaşayış məntəqələri əsasən aşağı, bəzən isə orta dağ – me-
şə qurşağında yerləşir .Bu ərazidə qədim zamandan bəri əkinçilik Qanıx – Həftaran vadisində, qismən
aşağı dağ-meşə qurşağında inkişaf etmişdir. Odur ki, meşənin yuxarı iqlim sərhədinin aşağı düşməsinə
əsas səbəb uzunmüddətli köçəri maldarlığın yaylaq zonasında və meşənin yuxarı sərhədində sistemsiz
otarılması olmuşdur,burada meşənin iqlim sərhədi geri çəkilən əraziləri çəmən və bozqır- çəmən bitkiləri
əvəz etmişdir.
Tədqiqatlarımız göstərdi ki , Qax rayonunda Qaşqaçay hövzəsində azmeylli cənubi – şərqi yamacda
MYS 1450 m – ə , ona qonşu Kürmükçay hövzəsində İlisu kəndi ətrafında azmeylli yamacda 1550 –
1650 m – ə endirilmişdir , rayonda Ləkitçay hövzəsində MYS 1750 – 1850m, Qumçay hövzəsində 2000-
2100 m- dən keçir . Şəki rayonu Kişçayının qolları olan Duluzdərə və Qaynar çayları hövzələrində MYS
1750 – 1800 m , Qəbələ rayonunda Dəmiraparançayı hövzəsində «Yüngə» yaylağı sahəsində 1450 m- ə
endirilmiş , ona yaxın çox dik qayalı yamacda isə meşə 2150 m – ə qalxır , Vəndamçay hövzəsində «At-
bulaq» sahəsində MYS 1600 m , çox dik yamacda isə 2100 m- dən keçir .
Böyük Qafqazın cənub yamacının şərq qurtaracağında meşəsizləşdirmə bütün dağ qurşaqlarında mü-
şahidə olunur .Pirsaatçayı hövzəsində yuxarı dağ – meşə qurşağı tamamilə sıradan çıxarılmış , orta dağ –
meşə qurşağında meşə yalnız sağ sahil yamacda qalmışdır . Qozluçay hövzəsinin meşəlik dərəcəsi 5 % -
dən aşağıdır: burada orta dağ – meşə qurşağında kiçik sahələrdə güclü pozulmuş halda fıstıq və palıd
meşəsi qalmışdır. Qozluçaydan şərqə Çikilçay və Çebotarçay hövzələri tamamilə meşəsizləşdirilmiş, yerin-
də bozqırlar və törəmə tipli kolluqlar formalaşmışdır.
Kiçik Qafqaz dağlarının (Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın) subalp zonasında və orta dağ – meşə
qurşağında isə ərazinin relyefinin nisbətən sakit olması , dağarası çökəkliklərin mövcudluğu qədim za-
manlardan bəri insanları özünə cəlb etmiş , yaşayış məntəqələri əsasən burada cəmləşmişdir. Bununla əla-
qədar Böyük Qafqazdan fərqli olaraq meşənin iqlim sərhədinin aşağı enməsində , orta dağ – meşə qurşa-
ğının meşəsizləşdirilməsində maldarlıqla yanaşı , həm də əkinçiliyin inkişafı böyük rol oynamışdır . Uzun-
müddətli əkinçilik və maldarlığın birlikdə təsiri nəticəsində meşə demək olar ki , heç harada öz təbii
sərhədində qalmamış , bir çox yerlərdə subalp tipli meşə tamamilə sıradan çıxarılmış, onu dağ çəmənləri ,
kolluqlar və ya qayalıqlar, daşlıqlar əvəz etmişdir .Bununla əlaqədar bu zonada meşəlik faizi kəskin aşa-
ğı düşmüşdür .
Kiçik Qafqazda meşənin iqlim sərhədinə uyğun seyrək alçaq boylu subalp meşələrinə olduqca kiçik
«ləkələr» şəklində rast gəlmək olar. Gəncəçay və Tərtərçay hövzəsində dəniz səthindən 2200-2350 m
yüksəklikdə kiçik sahələrdə tozağac meşəsi vardır , ona vələs , şərq palıdı qarışır. Gəncəçayın sol sahilin-
də dəniz səthindən 2400 – 2500 m yüksəklikdə sıx ardıc kollarına rast gəlinir .Zəyəmçayın mənbəyində
278
sürünən formalı ardıc kolları qalıqları dağların lap zirvəsinə qədər , 2600-2700 m yüksəkliyə qədər qalxır
.
Kürəkçay hövzəsində dəniz səthindən 2350-2500 m hündrlükdə Kəpəz dağının uçqunlarında alçaq
boylu (2 m) əyri gövdəli tozağaclarına rast gəlinir , bəzən ona quşarmudu və keçisöyüdü də qarışır . Ora-
da bu ağacların mövcudluğunu yerin keçilməzliyi və təsərrüfat cəhətdən yararsızlığı ilə izah etmək olar.
Kontinental iqlimə malik olan Naxçıvan Muxtar Respublikasında dəniz səthindən 3000 m yüksəklikdə
ardıc kolları bitir. Ordubad rayonunun «Tillək» sahəsində dəniz səthindən 2400-2600 m yüksəklikdə kiçik
qruplar şəklində qarışıq palıd, göyrüş, ağcaqayın, titrəkyarpaq qovaq və tozağacı meşə qalıqlarına təsadüf
edilir.
Talış dağlarında əkin sahələri əldə etmək və kəndlər salmaq məqsədilə meşəsizləşdirmə ən çox orta
dağ - meşə qurşağında aparılmışdır. Burada meşənin müasir yuxarı sərhədi 1500 – 1800 m yüksəklikdən
keçir, bəzi yerlərdə (Alar, Lerik və Sori yaşayış məntəqələri ətrafında , MYS 1100 – 1300 m – rə endiril-
mişdir.
Respublikamızın bütün dağ sistemlərində yaşayış məntəqələri aşağı dağ meşə qurşağına yaxın duzən
ərazilərində yerləşdiyindən meşənin aşağı sərhədi süni olaraq yuxarı qaldırılmışdır. Məs., Qax rayonu ərazi-
sində kənd təsərrüfatında istifadə olunan meşəsizləşdirilmiş sahələrə 500 – 1000 , bəzi yerdə 1400 m , İs-
mayıllı rayonunda 600 – 700 , bəzi yerdə isə 1000 – 1300 m hündürlükdə rast gəlmək olar . Yuxarıda de-
yilənlərdən görünür ki, resrublikamızın müxtəlif dağ sistemlərində meşəsizləşdirmə bütün dağ qurşaqla-
rında müşahidə olunur.Güman etmək olar ki, dağ meşələrimizin yarıdan çoxu antropogen təzyiqlər nəti-
cəsində sıradan çıxarılmışdır. Mövcud meşələrimiz isə bu və ya digər dərəcədə deqradasiyaya məruz qal-
mışdır.
Dostları ilə paylaş: |