Samur – Dəvəçi ovalığında hələ yaxın dövrlərdə meşə landşaftı üstünlük təşkil etmişdir . Burada duzən
meşələri vaxtilə dəniz səviyyəsindən 500 m – yüksəkliyə qədər yayılmışdır. Lakin düzənliyin əsas ərazi-
sində meşə örtüyünün yerində mədəni ( antropogen ) landşaft tipləri üstünlük təşkil edir . Burada geniş sa-
hələrdə salınan qiymətli meyvə bağları böyük əhəmiyyətə malikdir . Samur – Dəvəçi ovalığında təbii me-
şəlik cəmi 16 min ha sahədə qalan Yalama meşəsi adı ilə məşhurdur . Bu meşələrdə əsas ağac cinsləri
uzunsaplaq palıd , iberiya palıdı, vələs, qarağacdır. Relyefin çökək yerlərində ağyarpaq qovaq meşəsi də
bitir, tərkibinə Sosnovski qovağı və qara qovaq da qarışır .Düzənliyi kəsib keçən çayların qırağında qızı-
lağac və söyüd də bitir.
Yalama meşəsinin sanitar vəziyyəti qeyri qənaətbəxşdir . Orada geniş miqyasda yayılan ziyanverici
cücülər palıd və qarağacların qurumasına səbəb olmuşdur .
Samur – Dəvəçi ovalığında meşə sahələrinin azlığı və onların qeyri – qənaətbəxş vəziyyəti yeni tarla-
qoruyucu meşəliklərin və kanalboyu irriqasiya meşə zolaqlarının salınması tələbini irəli sürür .
Dostları ilə paylaş: |