Tropik meşələrin məhv edilməsi ekoloji cəhətdən təhlükəli olub cinayət sayılmalıdır. Hazırki vəziyyə-
tində də meşələr ekosferin vəziyyətini sabit saxlamaqda mühüm rol oynayır . Qeyd edək ki, bir sərvəti
digəri ilə əvəz etmək olar, lakin tropik meşələrin ekosistem funksiyası əvəzedilməzdir . Tropik meşələ-
rin strategiyası onların bəşəriyyətin var – dövləti kimi qiymətləndirilməlidir . Avropada meşəsizləşdirmə
XIII əsrdən başlayaraq sürətlə getmişdir . Əkinçilik dövrünə kimi burada meşə ilə örtülü sahə 70 – 80 %
olmuşdur .
Rusiyada hər il 18 mln ha meşə qırılır . Çox vaxt qırma zamanı cavan ağaclar, cücərtilər də məhv
edilir, torpaq örtüyü pozulur . Belə hal ən çox meşəqırma texnikasında çoxəməliyyatlı aqreqatlardan isti-
fadə etdikdə baş verir .
İldə milyon ha – dan artıq meşələr zərərli sənaye tullantılarının təsirilə zədələnir və ya məhv edilir .
Kola yarımadasında ildə 1 km
2
sürətilə meşə məhv edilir. Burada Monçeqor nikel kombinatının atmos-
ferə buraxdığı kükürd 2 oksid və ağır metalların təsiri nəticəsində məhv olan iynəyarpaqlıların hüdudu
Finlandiya sərhədinə yaxınlaşır .
1995 – 1997 – ci illərdə Leninqrad vilayətində meşələr intensiv qırılmışdır. Gün ərzində oduncaqla
yüklənmiş 60 treyler Torfyanovka sərhəd punktundan keçərək Finlandiyaya yola salınır . Meşənin başdan
– başa qırılması Kareliya boynunun səhraya çevrilməsi təhlükəsini yaradır .
Meşə yanğınları nəticəsində də meşəsizləşdirmə gedir. 97 % yanğın hadisəsi insanın təsiri ucundan baş ve-
rir, yalnız 3 %-i təbii hadisələrlə bağlıdır .
Mülayim enliyin bir sıra inkişaf etmiş ölkələrində, məsələn, Qərbi və Mərkəzi Avropada meşələrin sahəsi bir
qədər artsa da xəstəliyə ( zədələnməyə ) tutulmuş ağaclıqlar çoxalmışdır . Belə ki, Almaniyada 1983 – cü
ildən 1989 – cu ilədək zədələnmiş meşələr 24.7 % - dən 37.8 % - ə çatmışdır, onların 14.4 %- i orta və
güclü dərəcədə zədələnməyə məruz qalmışdır. Qərbi və Mərkəzi Avropada zədələnmiş meşələrin sahəsi
38 % -ə çatır .Meşələrin zədələnməsində hakim rolu atmosferin çirklənməsi, turşulu yağışlar oynamışdır .
Çin və Vyetnamda meşəsalma işlərilə əlaqədar meşələrin sahəsi hər il 1 – 2.5 % - artır.
Lakin planetimizdə qlobal meşəsizləşdirmə meylinin artması davam etməkdədir.
Dostları ilə paylaş: |