MəMMƏdov qəRİb xəLİlov mahmud


 Meşəsizləşdirmə qlobal  ekoloji  problemdir



Yüklə 4,78 Mb.
səhifə446/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   442   443   444   445   446   447   448   449   ...   751
 

13.4. Meşəsizləşdirmə qlobal  ekoloji  problemdir 

 «Meşəsizləşdirmə» termini dünya ədəbiyyatına son onilliklərdə daxil olmuş və hazırda geniş işlənir. BMT-

nin ekoloji proqramı «Jynep» – in işlərində meşəsizləşdirmə insan fəaliyyəti və ya təbii səbəblərdən müəyyən 

ərazidə meşənin sıradan çıxması və ya başqa təsərrüfat tipi istifadəsinə keçməsi kimi ifadə olunur. 

İnsan həyata qədəm qoyduqdan sonra ilk dəfə istifadə etdiyi təbii resurslardan biri meşə olmuşdur. Qədim 

tayfa və icmalar vəhşi heyvanları ovlarkən dövri olaraq meşə yanğınları törətmişlər. Neolit dövründə aqrar tə-

sərrüfata keçərkən tarla və otlaq sahəsi əldə etmək məqsədilə də meşələri yandırmışlar. Balta icad olunduqdan 




 

274


sonra meşə və kolluqlar kəsilib, yandırılaraq  şumlanmışdır. Sonralar yanacaq və xammal kimi istifadə edən sə-

naye və mexanikləşdirilmiş nəqliyyat vasitələri, həmçinin oduncaq hazırlanması və daşınması, yolların salınma-

sı insanın meşə landşaftlarına əsas təsir formaları olmuşdur. 

Rütubətli tropik meşələrin antropogen dəyişilməsi tədricən olmuşdur. Rütubətli tropik meşələr zonasında ilk 

dəfə insanlar cənubi – şərqi Asiya və Okeaniyada 25 – 40 min il əvvəl, Amazoniyada 10 min il əvvəl, Afrikada 

3 min il əvvəl, sonralar isə Yeni Zenlandiya və Madaqaskarda  məskunlaşmışlar . Bütün hallarda ovçuluq və ər-

zaq toplamaq ilə məşğul olan tayfalar meşələrin vəziyyətinə cüzi təsir göstərmiş və meşələr antpropogen dəyişil-

məyə az məruz qalmışdır. 

Qeyd edək ki, tropik meşələr Yerin fitokütləsinin üzvi maddələrinin 40 % - ni, onların məhsuldarlığı planetin 

biotasının 22 % - ni , bütün meşələrin isə 58 % - ni təşkil edir. Son 200 ildə tropik zonada plantasiyalı kənd tə-

sərrüfatı inkişaf edərək şəkər qamışı, tütün, kofe, kakao, çay, kauçuk, kokos və yağlı palmalar yetişdirilir . İkinci 

Vətən müharibəsindən sonra uzun, düz və bərk oduncaq çeşidlərinə tələbat artaraq müasir texnoloji metodlarla 

istismar olunmağa başlandı. 1950 – ci ildən başlayaraq tropik meşələrin ixracı 16 dəfə artdı. Bununla yanaşı bu 

zonada əhalinin məskunlaşması və artımı meşələrin deqradasiyasına və meşəsizləşməyə zəmin yaratdı . İldə 11 

– 20 mln ha tropik meşə yoxa çıxır, bəzi mənbələrdə bu rəqəm 13.7 – 15.5 miliyon ha göstərilir.  

BMT-nin  ərzaq, kənd təsərrüfatı  və  sənayenin inkişaf etdirilməsi məsələləri ilə  məşğul olan xüsusi təsisat 

FAO – nun məlumatlarına əsasən tropik ölkələrdə ildə 114 min km

3

 meşə qırılır və ya yandırılır.( cədvəl 13.1).  




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   442   443   444   445   446   447   448   449   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin