zolaq şəklində saralmasının şahidi olduq. Belə hadisə Balakəndən başlayaraq Şamaxı rayonuna qədər müşahidə
olunurdu. Lakin saralan meşə qurşağı dəniz səviyyəsindən 700-800 metrdən yuxarıya qalxmırdı. Palıd
ağaclarının yarpaqlarının saralmasını Qanıx-Həftəran vadisində də müşahidə etdik. Maraqlıdır, saralan
yarpaqları işığa tutub baxdıqda onun içinin boş olduğu nəzərə çarpır. Güvələr yarpaqların içinə girib onu
daxildən tamamilə yeyir. Diqqətlə baxdıqda yarpağın içində diametri 2-3 mm olan güvələr aydın görünür.
Tədqiqat zamanı güvələrin təsirindən yarpaqların saralmasını şabalıd ağaclarında da müşahidə etdik.
273
Qeyd etmək lazımdır ki, əvvəllər enliminalayıcı palıd güvəsi respublikamızın ərazisində təsadüf
edilməmişdir. Lakin bir vegetasiya dövrü ərzində bu ziyanvericilər geniş ərazini tutaraq Balakəndən İsmayıllıya
qədər 250 km-lik məsafədə yayıla bilmişdir.
2004-cü ilin yazında ziyanverici həşəratların daha böyük «partlayışı» müşahidə olundu. Həşəratların
sürfələri əsasən palıd yarpaqlarına daraşaraq ağacları çılpaqlaşdırırdı. Biz iyul ayında Xızı rayonunun Altıağac
qəsəbəsinə gedərkən bunu müşahidə etdik. Xızı-Altıağac yolu boyu və qəsəbənin ətrafındakı meşələrdə dəyişik
Dostları ilə paylaş: