Azərbaycanda ən geniş yayılanı fıstıq meşələri olub respublikanın ümumi meşə fondunun 32 faizə qədərdir.
Kiçik Qafqazın cənub yamacı rayonlarında (Laçın, Qubadlı, Zəngilan) və Naxçıvan MR-dən başqa fıstıq res-
271
publikanın bütün dağ rayonlarında bitir. Kiçik Qafqazın cənub rayonlarında fıstığın yayılmasına
quru kontinen-
tal iqlim şəraiti maneçilik törədir. Kiçik Qafqaz dağlarında fıstığın şərq sərhədi Dağlıq Qarabağda Hadrud və
Xocavənd rayonları arasında Kirs dağının şimal hissəsində müşahidə olundu.
Böyük Qafqazın şimal-şərq makroyamacında fıstığın şərq sərhədi Ataçay və Tığçay hövzəsindədir.
Böyük Qafqazın cənub yamacında meşə bitkisinin, o cümlədən fıstığın şərq sərhədi şimal makroyamaca nis-
bətən 25 km qərbdən keçir. Fıstığın şərq sərhədinin belə qısalması fikrimizcə cənub makroyamacında iqlimin
xeyli quraq olmasıdır, burada insanın təsərrüfat fəaliyyəti də mühüm rol oynamışdır.
Respublikamızın dağlarında müxtəlifotlu, topallı, ölü örtüklü, çətiryarpaqlı, qaraçöhrəli, subalp, dəfnəgilaslı
fıstıq meşə tipləri yayılmışdır. Lakin insan fəaliyyətinin mənfi təsiri nəticəsində fıstıq ağacları ilkin quruluşunu
və ilkin populyasiyalarını itirmişdir. Bununla əlaqədar təbii meşə mühiti dəyişmiş və müxtəlif törəmə meşə tip-
ləri əmələ gəlmişdir. Talış dağlarının orta və yuxarı dağ-meşə qurşaqları demək olar ki, meşə örtüyündən tama-
milə azad edilmişdir. Nisbətən yaxşı vəziyyətdə meşələr əsasən dəniz səthindən 700-800m hündürlüyə qədər
olan ərazidə saxlanmışdır. Nisbətən geniş sahələrdə fıstıq meşələrinə Lerik və Astara rayonlarında dəniz səthin-
dən 1000-1200 m-ə qədər olan ərazidə rast gəlmək olar. Çox nadir hallarda dəniz səthindən 1600m yüksəklikdə
kiçik sahələrdə seyrəlmiş fıstıq meşələrinin qalığına təsadüf etmək olar.
İnsanın təsərrüfat fəaliyyətinin xarakterindən, müddətindən və intensivliyindən asılı olaraq fıstıq meşələri-
nin deqradasiyası müxtəlif istiqamətdə olmuşdur. Nisbətən az meylliyə malik olan yamaclarda fıstıq meşə-
lərində ağacların özbaşına qanunsuz kəsilməsi nəticəsində aşağı doluluqlu ağaclıq və ya seyrəklik əmələ
gəlir. Belə sahələrə əsasən yaşayış məntəqələrinin yaxınlığında rast gəlinir, onlar az məhsuldarlığa malik
olur, ağacların təpə hissəsi və qol-budağı kəsilmiş halda olur.
Fıstıq qurşağında təsərrüfatın səmərəsiz aparılması ilə əlaqədar olaraq yüksək məhsuldar ilkin fıstıq
meşələri aşağı doluluqlu və az məhsuldar törəmə tipli vələs ağaclıqları ilə əvəz olunmuşdur.
Böyük Qafqazın cənub yamacında fıstığın kolluqlarla dəyişilməsi insan fəaliyyətinin təsirilə yaşayış
məntəqələrinin yaxınlığında baş verir, meşəsizləşdirilmiş sahələrdə çox vaxt böyürtkan, fındıq və ayıdöşəyi
cəngəlliyi əmələ gəlir.
Kiçik Qafqazın orta dağ qurşağında meşəsizləşdirilmiş sahələrə böyük massivlər şəklində rast gəlinir.
Hazırda bu massivlər mütəlif kollarla (yemişan, dovşanalması, əzgil, topulqa. itburnu, alça və s. örtülüdür.
Lakin bu kollar çox nadir halda xüsusi qruplaşmalar yaradır, onlar əsasən sıx çəmən, bozqırlaşmış çəmən və
bozqır bitkiləri fonunda tək-tək və qrup halında yayılmışdır, tərkibində meşəyaradan ağac cinslərinin cavan pöh-
rələrinə də rast gəlinir.
Dostları ilə paylaş: