sklerokserofitlər (məs. saqqızağac), xüsusilə yarımkollar (məs. boyalıcı ebelek) aiddir.
Halofitlər – duzlu bitmə şəraitinə, xlorlu, kükürdlü duzlarla doymuş torpaq məhlulundan istifadə etməyə
uyğunlaşan bitkilərdir. Bunlardan bir hissəsi ətli-şirəli zoğları olan sukkulentlər (duzlaq soğanı, qaraşoran, bir
sıra şorangələr) olub səhra və yarımsəhralarda qrunt suyu səthə yaxın yerləşən şoran torpaqlarda bitir. Digər
hissəsi sukkulent olmayan bir qədər kseromorfluq əlaməti olan, qrunt suyu bir qədər dərində yerləşən sahələrdə
bitən bitkilərdir (məs. sirkan bitkisinin bəzi növləri), bunlar hüceyrə şirəsində karbohidratlar toplayır. Bəzi
halofitlər xüsusi uducu vəziciklərin köməyi ilə artıq duzları ayıraraq hüceyrə şirəsinin osmotik qatılığını
tənzimləyir (yulğun, dəvəayağı). Bunun nəticəsində onlar torpaqdan suyu effektiv sorur, izafi duz onlara ziyan
yetirmir.
Bütün halofitlər torpağın duzluluq dərəcəsini göstərən indikatorlar hesab olunur. Bir çox halofitlər (sirkan
növləri, şorangələr, yulğun) yarımsəhra otlaqlarının quraqlığa və duzadavamlı yem bitkiləridir.
Suya olan münasibətinə görə heyvanlar da ekoloji qruplara ayrılır: hiqrofillər (rütubətsevənlər); kserofillər
– quraq mühitə, xüsusilə torpağın quraqlığına (səhralarda) uyğunlaşan heyvanlar. Kserofillərin bədən səthindən,
tənəffüs orqanları qişasından və mübadilə məhsulları ilə su itkisi olduqca azdır. Kserofillər metobolik sudan
(dəvə, ərəb dovşanı, həşəratlar), sidik kisəsində topladığı ehtiyat sudan (Avstraliya qurbağası), yaxud qida ilə
aldığı sudan istifadə etməklə (kərtənkələ, ilan, tısbağa, dovdaq və s.) uzun müddət yaşaya bilir. Metabolik südan
istifadə edən heyvanlar (məs. dəvə, qoyun, it) uyğun olaraq 27, 23 və 17% su itirdikdə dözür. Lakin insan 10%
su itirdikdə ölür. Peykiloterm heyvanlar istisevər heyvanlar kimi sudan bədənini sərinləşdirmək üçün istifadə
etmədiyindən daha dözümlüdürlər. Kserofillərin çoxunda yay yuxusu, mövsümi diapauza, axşam-gecə fəallığı
suyun qənaətlə sərf edilməsinə səbəb olur. Kserofillər susuzluğa dözümlü olsalar da, su içmək üçün uzaq
məsafələr qət edirlər (qulan, büldürük).
Dostları ilə paylaş: |