MəMMƏdov qəRİb xəLİlov mahmud


Orqanizmlərin həyatında suyun rolu



Yüklə 4,78 Mb.
səhifə49/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   45   46   47   48   49   50   51   52   ...   751
2.3. Orqanizmlərin həyatında suyun rolu 

Suyun miqdarı  kəskin dəyişməyə  məruz qalarsa (qabarma, çəkilmə), çox duzlu sularda osmotik yolla 

orqanizmlər tərəfindən itirilirsə, ekoloji baxımdan, həm yerüstü, həm də su ərazilərində limitləşdirici faktor he-

sab olunur.  

Su canlı orqanizmlərin fəaliyyətində mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi reaksiyalar üçün əsas 

mühit, protoplazmanın vacib tərkib hissəsidir. Qida maddələri orqanizmdə əsasən su məhlulu şəklində dövr edir, 

bu  şəkildə  də orqanizmdən dissimlyasiya məhsulu yüksək dərəcədə xaric edilir. Su bitki və heyvan 

orqanizmlərinin  əsas kütləsini təşkil edir; toxumalarda  onun nisbi miqdarı 50-80%, bəzi növlərdə isə daha 

yüksək olur. Belə ki, meduzaların bədənində 95%-ə, bir çox molyuskların toxumalarında isə 92%-ə  qədər su 

vardır. Hüceyrədaxili və hüceyrələrarası mübadilə, hidrobiontlarda isə xarici mühitlə osmotik qarşılıqlı  əlaqə 

suyun və onun tərkibində  həll olan duzların miqdarından çox asılıdır. Heyvanlarda qaz mübadiləsi yalnız 

rütubətli səthin mövcudluğu  şəraitində mümkündür. Yerüstü orqanizmlərdən buxarlanma mühitlə istilik 

balansının formalaşmasında iştirak edir.  

Orqanizmin mühitlə su mübadiləsi bir-birinə əks olan iki prosesdən ibarətdir: orqanizmə suyun daxil olması 

və onun ətraf mühitə verilməsi. Ali bitkilərdə bu proses kök sistemi vasitəsilə torpaqdan suyun sorulması, onun 

həll olan maddələrlə birlikdə ayrı-ayrı orqanlara və hüceyrələrə aparılması  və transpirasiya prosesi vasitəsilə 



 

38

xaric edilməsindən ibarətdir. Su mübadiləsində suyun yalnız 5%-ə qədəri fotosintezə, qalanı isə buxarlanmanın 



kompensasiyasına və turqorun saxlanmasına sərf olunur.  

Heyvanlar suyu içməklə qəbul edir, bu yolla suyun qəbul edilməsi hətta su heyvanlarına da xasdır. Suyun 

xaric edilməsi sidik, ifrazat (nəcis), həmçinin buxarlanma yolu ilə gedir. Bir çox orqanizmlər, xüsusən suda 

yaşayanlar suyu örtüyü ilə və ya sukeçirən toxumasının xüsusi hissəsi ilə alıb-qaytarmaq qabiliyyətinə malidkir. 

Bu yerüstü mühitin sakinlərinə də aiddir: rütubəti şeh, duman və yağış kimi mənbələrdən almaq bir çox bitkilər, 

onurğasız heyvanlar və amfibiya üçün xarakterikdir.  

Heyvanlar üçün mühüm su mənbəyi qida sayılır. Müxtəlif mühitlərdə, coğrafi regionlarda su ilə  təmin 

olunma  şəraitinin geniş  dəyişməsi nəticəsində orqanizmlərdə geniş xüsusi adaptasiya evolyusiyası baş 

vermişdir. Suyun ekoloji əhəmiyyəti müxtəlif tipli su hövzələrində suyun toplanması ilə  məhdudlaşmır. Yer 

səthində yağıntılar böyük əhəmiyyət daşıyaraq su hövzəsinin su rejimini, torpağın rütubətliliyini və havanın 

rütubətliliyini müəyyənləşdirir. Yağıntılar olduqca qeyri-bərabər paylanmışdır. Tropik meşələrdə yağıntıların 

illik miqdarı 1000 mm-dən artıq (1mm yağıntı=1m

2

-da 1 litr suya uyğundur), tropik qurşağın səhralarında 200 



mm-dən az (Saxara, Cənubi Koliforniya) yağıntı düşür. Respublikamızda da yağıntıların miqdar və rejimi 

müxtəlifdir. Yağıntıların orta illik miqdarı 110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. 

Yağıntılar mövsümə görə də kəskin dəyişir.  


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin