Görünən işıq – spektrin bu hissəsi Yer səthinə çatan günəş enerjisinin 40-50%-ni təşkil edir. Heyvanlar
üçün spektrin görünən hissəsi ətraf mühitdə istiqamət götürmək (səmtləşmə) ilə bağlıdır. Görmə səmtləşməsi
əksəriyyət gündüz heyvanları üçün xasdır. Bununla belə bir sıra gecə növləri də görmə orqanları ilə istiqamət
götürür, çünki mütləq qaranlıq şəraitində yaşayan heyvanlara çox az rast gəlinir.
İşığın intensivliyinin zəifləməsi görmə orqanlarının adaptasiya dəyişməsinə səbəb olur (bayquş, keçisağan,
bəzi gecə məməliləri). Tam qaranlıq şəraitində məskunlaşma bir qayda olaraq görmə orqanlarının reduksiyası ilə
əlaqədardır. Bu qismən mağaralarda yaşayan, həmçinin torpaq heyvanlarına xasdır. Torpaq orqanizmlərinin işıq
hissetmə orqanları əksərən reduksiya olunmuş şəkildə olsa da, qalır və işıqlı səthə çıxmaq üçün informasiya al-
maq üçün istifadə olunur.
Okeanda işıqlanma intensivliyi dərinliyə getdikcə azalır. Buna paralel olaraq işığın spektral tərkibi də
dəyişir: dərinliyə onun qısadalğalı hissəsi-göy və mavi şüaları keçir.
Məlum olduğu kimi, 800-950 m dərinlikdə işığın intensivliyi səthin yarımgünlük işıqlanmasının 1%-ə
qədərini təşkil edir. Bu işığı hiss etmək üçün kifayət edir. Dərinliyin sonrakı artması bəzi növlərdə görmə
orqanlarının reduksiyası, digərlərində isə çox zəif işıqda görmək qabiliyyətinə malik olan hipertrof gözlərin
inkişafı ilə bağlıdır. Belə gözlərin inkişafı çox dərinliklərdə işıqverən orqanizmlərin mövcudluğu ilə təyin olu-
nur. Mavi işıqlanma (dalğanın uzunluğu 400-500 nm) dərinliklərdə yaşayan heyvanların görmə orqanları ilə
uyğun gəlir. Bioloji işıqlanmadan balıqlar da istifadə edir. Onlar işıqsaçan mikroorqanizmlərlə simbiotik əlaqə
yaradaraq xüsusi orqanlar əmələ gətirir, bunların işığından qəniməti (ovu) aldatmaq, qarşılıqlı tanımaq, cinsi
seçməkdə və s. istifadə edilir.
Fotosintez prosesində işıq enerji mənbəyi kimi çıxış edərək ondan piqment sistemində (xlorofil) istifadə olu-
nur. Lakin fotositezdə spektrin bir hissəsindən (380 nm-dən 760 nm-ə qədər) istifadə edilir, buna fizioloji aktiv
Dostları ilə paylaş: |