günəş radiasiyası sayılır, bu yerin enerji balansının 29,9%-ni təşkil edir. Yer səthinə düşən günəş enerjisini
100% qəbul etsək, onun təxminən 19%-i atmosferdən keçərkən udulur, 34%-i geriyə kosmik fəzaya əks olunur,
47%-i isə düz və səpilən radiasiya şəklində Yer səthinə daxil olur.
İonlaşmış radiasiyaya kosmik şüalar, həmçinin təbii və süni radioaktivlik daxildir, Yer səthində bu
radiasiyanın orqanizmə təsiri əsasən təbii radiasiya fonu ilə bağlıdır. Bizim dövrümüzdə bu, texnogen mənşəli
radiasiyanın kəskin artması ilə əlaqədardır.
Radiasiyanın bioloji təsiri əsasən subhüceyrə səviyyəsində (nüvə. mitoxondrin, mikrosom) baş verir.
Müəyyən edilmişdir ki, belə təsir şüalanmanın dozasından asılıdır: kəskin dozalarda şüalanma ilə zədələnmə
effekti stimul yaratmaqla əvəz olunur. İonlaşmış radiasiyanın genetik aparata təsiri (mitogen effekt) məlumdur,
spektrin bu hissəsinin ekoloji aspekti praktiki olaraq öyrənilməmişdir.
Ultrabənövşəyi şüaların daha qısadalğalı (200-280 nm) zonası («ultrabənövşəyi C») dəri tərəfindən fəal ad-
sorbsiya olunur; Təhlükəlik baxımından UB-C X şüalara yaxındır, lakin o, praktiki olaraq ozon ekranı (qatı)
tərəifndən tamamilə udulur. UB şüaların sonrakı zonası dalğasının uzunluğu 280-320 nm olan UB-B spektrin
daha təhlükəli hissəsi olub kanserogen təsir göstərir. UB-B zonasının əsas hissəsi də ozon ekranı tərəfindən
udulur; Yer səthinə UB şüaların yalnız təxminən 300 nm-dən yuxarı uzunluqlu dalğaları çatır. Spektrin bu
hissəsi böyük enerjiyə malik olub canlı orqanizmlərə əsasən kimyəvi təsir göstərir. UB şüalar qismən hüceyrə
sintezi proseslərini stimullaşdırır. UB şüalanması kənd təsərrüfatı cavan (körpə) heyvanlarının məhsuldarlığını
artırır. Bu şüaların təsiri altında orqanizmdə Ca və P-un mübadiləsini tənzimləyən və bununla da skeletin mi-
nimal böyümə və inkişafına şərait yaradan D vitamini sintez olunur. D vitamininin böyüməkdə olan cavan hey-
vanlar üçün əhəmiyyəti böyükdür. Odur ki, yuvalarda doğulan məməlilərin çoxu müntəzəm olaraq (çox vaxt
səhər çağları) yuvanın yaxınlığında günəşlə işıqlanan yerə aparılır. Tülkü və porsuqları buna misal göstərmək
olar. Bir çox quşlar da bu məqsədlə «günəş vannası» qəbul edirlər.
36
UB şüaların təsiri onun dozasından asılıdır: artıq şüalanma orqanizmə mənfi təsir göstərir. Qısa dalğalı ra-
diasiyaya qarşı xüsusilə bölünən hüceyrələr davamsız olur. Orqanizmlərin UB şüaların yüksək dozasına qarşı
ekranlaşmasına uyğunlaşması nəticəsində bir çox növlərdə bu şüaları udan tünd piqmentlər formalaşır. İnsanda
günəş altında yanma da (qaralma) bu qəbildəndir.
UB şüalar (radiasiya) hidrosferdə də müəyyən əhəmiyyət kəsb edərək 65 m dərinliyə qədər keçir (çatır).
Məsələn, Antarktikada buzda məskən salan yosunlara yayda buz qatının aşağı hissəsində, fitoplanktona isə bu-
zun altında kölgəli yerdə rast gəlinir. Bu «a» və «c» xlorofilinin UB şülarının təsiri ilə parçalanması ilə bağlıdır.
fotosintezin pozulması CO
2
-dən istifadəni azaldır, bu isə okean və atmosfer arasında karbonun balansına təsir
göstərir.
Ultrabənövşəyi radiasiya yer səthinə çatan ümumi radiasiyanın təxminən 5-10%-ni təşkil edir.
Dostları ilə paylaş: |