Kəndli-fermer turizmi – fəaliyyətdə olan fermaları (ranço, plantasiya) turizm fəaliyyətininin ayrı-ayrı növlə-
rindən (yerləşdirmə, qidalanma, fermada işə cəlb edilmə) əlavə gəlir götürmək məqsədi ilə, özlərində turizm
bölmələri yaratmasıdır.
Ekoturizm – təbiət turizmin xüsisi forması kimi, ətraf mühitə qayğı ilə bağlı turizmdir.
Xüsusi məqsədli turizm – ictimai tədbirlərdə iştirak etmək üçün həyata keçirilən səyahətdir.
Məqsədli turizm – müxtəlif kütləvi tədbirlər təşkil olunan səyahət.
Dini turizm – hər hansı bir dini mərasimlərin, missiyaların, ibadətlərin yerinə yetirilməsi məqsədi ilə həyata
keçirilən səyahətdir.
Ritual turizm- qohumların, həlak olan döyüşçülərin məzarını ziyarət edilməsi məqsədi ilə həyata keçirilən
səyahətdir.
Dostları ilə paylaş: |