əlamətlər – mövsümilik, hadisələrlə bağlılıq və müştərinin səyahətə ayırdığı vaxtdır. Turist regionlara müntəzəm
Bir sıra regionlar turistləri əsasən ilin müəyyən mövsümündə özünə cəlb edir. Bu, mövsümi turizmdir. Tu-
a) qızğın (turistlərin ən çox olduğu); b) sakit (turistlərin sayının orta səviyyədə olduğu); v) ölü (turistlərin ən
az olduğu və ya olmadığı) mövsümə ayırmaq olar: qısa müddətli və uzun müddətli. Qısa müddətli turizmdə sə-
yahət 3 gündən artıq davam etmir. Uzun müddətli (davamiyyətli) turizmdə isə səyahət müddəti 3 gündən artıq
olur. Səyahətin müddətindən asılı olaraq, turizmin tələbatı da əsaslı surətdə dəyişir.
«Müştərilərin fərdi sorğusu» əlamətinə görə turagent, müştərinin arzusu kimi aşağıdakı sorğulara hazır olma-
Qrup halında, işlənmiş marşrutlar üzrə – digər bərabər şərtlər daxilində səyahətin daha ucuz forması.
Fərdi, işlənmiş marşrutlar üzrə qrup halında – qrupun optimal sayı toplandığı təqdirdə (məsələn turist avto-
busundakı yerlər tam satıldıqda) və ənənəvi istirahət yerləri fərdi marşrutlara daxil edildikdə güzəştlər verilə bi-
lər.
371
Fərdi
marşrutlar üzrə, fərdi qaydada – səyahətin ən bahalı formasıdır, yuxarıda qeyd edilən endirim güzəştlə-
rinin heç biri bu səyahətlərə şamil edilmir.
Üçüncü minilliyin əvvəllərində turizmin yeni sahəsi – Kosmik turizm meydana gəlmişdir. İnsanlar öz maraq
dairələrini daha da genişləndirmək, əvvəllər məlum olmayan yeni hiss və duyğular keçirmək məqsədilə çox ba-
ha qiymətə başa gələn kosmik səfərdə iştirak etməyə can atırlar. 2001-ci ilin aprelində kosmosa uçmuş ilk turist,
ABŞ vətəndaşı Denis Titoya bu səyahət 20 mln. dollara başa gəlmişdir.
Kosmik turizm inkişaf yolundadır. Rusiyanın kosmonavtlar hazırlayan mərkəzi «Kosmik məcaralar» adlı te-
leşou keçirmək barədə Avstraliya və ABŞ-la müqavilə imzalayıb. Bu uçuşa 13 ölkədən 26 nəfər hazırlaşır.
q) Beynəlxalq turist marşrutları.
İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) öncədən seçilmiş marşrutu, gecələmək proqramı,
müəyyən davamiyyət və məqsədi olur.
Marşrut – siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səya-
hət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və so-
nu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı – müqavilədə nəzərdə tutulduğu kimi,
turistə ilk, sonu isə axırıncı turist kimi xidmət göstərən məntəqədir.
Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqa-
mətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır.
Xətti marşrut – başlanğıcı və sonu müxtəlif coğrafi məntəqələrdə olan marşrut, məsələn, Bakı-Şəki-
Sumqayıt-Tiflis
(Sxem1).
Dostları ilə paylaş: