Amerika regionu beynəlxalq turizmin inkişafına görə yalnız Avropadan geri qalır. Bu regionda turizm
sənayesinin ən yüksək inkişaf etdiyi ölkələr ABŞ, Kanada və Meksikadır. 62 mln. turist qəbulu, turist axınının 51,3
faizi və Qərb yarımkürəsində beynəlxalq turizmdən əldə olunan gəlirin 75 faizi bu üç ölkənin payına düşür. Xarici
turist qəbulu üzrə dünya reytinqində ABŞ üçüncü (48,5 mln. nəfər, 1999-cu il), buradan səyahətə çıxanların sayına
görə (56,1 mln. nəfər, 1999-cu il) isə birinci yeri tutur.
Cənubi Amerika üzrə turist səfərlərində iştirak edən 17,5 mln. nəfər (1999) 12,5 mln.-u, yəni 68,5 faizi re-
gionun sosial-iqtisadi inkişaf səviyyəsinə görə qabaqcıl olan dörd aparıcı ölkəsinə – Argentina, Braziliya, Uruq-
vay və Çiliyə səyahət edənlərdir.
ASR regionu Asiya - Sakit okean regionu, 1990-cı ildə 54,6 mln. nəfər turist qəbul etmişdirsə, 1999-cu ildə
bu rəqəm 88,2 mln.-a qədər artmışdır. Təbii ki, turizm fəaliyyətindən əldə olunan gəlir də müvafiq olaraq 39,2
mlrd.-dan 75,7 mlrd. ABŞ dollarına qədər artmışdır.
ASR-da beynəlxalq turizmin inkişafında canlanma, bir sıra səbəblərlə izah olunur. Əsas səbəb qabaqlayıcı
iqtisadi yüksəlişin uzun müddətli olmasıdır. Regionun dinamik iqtisadi artımı, turizm sənayesinə investisiya
376
qoyuluşuna və ümumilikdə turizmin inkişafına təsiri olmuş, adam başına düşən gəlirin və asudə vaxtın artması
ilə müşahidə edilmişdir. Bundan əlavə, siyasi gərginliyin zəifləməsi və region daxili inteqrasiya prosesinin
genişlənməsi beynəlxalq turizmin inkişafının sürətlənməsinə kömək etmişdir.
377
Cədvəl 19.3.
Dostları ilə paylaş: |