ç) beynəlxalq turizmin müasir vəziyyəti və inkişafı.
Turizm, texnika, texnologiya və ictimai elmlərin sürətli inkişaf əsri olan XIX əsrin sonunda yaranmış, təşək-
kül tapmış, sonradan «XX əsrin fenomeni» titulunu qazanmışdır.
Dünya üzrə ümumi daxili məhsulun dəyərcə 10 faizə qədərini təşkil edən turizm böyük əmək ehtiyatlarının
çalışdığı, əsas vəsait və kapitalın cəlb edildiyi inkişaf etmiş dünya sənayesidir. Başqa sözlə desək, bu nəhəng biznes,
böyük həcmdə vəsait və qlobal səviyyəli ciddi siyasət deməkdir. 1997-1998-ci illərdə Asiyada baş vermiş maliyyə böh-
ranı ilə əlaqədar fəallığın nisbi azalmasına baxmayaraq 1985-1999-cu illərdə ümumiyyətlə səyahət edənlərin daimi sabit
artımı (ildə orta hesabla 3,5 faiz) müşahidə edilmişdir. Dünya regionları üzrə beynəlxalq turizmin inkişaf dinamikası
19.3 saylı cədvəldə göstərilir.
ÜTT-nin hesabatına görə, 1999-cu ildə turist səyahətlərində iştirak edənlərin sayı 657 mln. nəfər olmuşdur.
Beynəlxalq turizmdən əldə olunan gəlir 455, beynəlxalq nəqliyyat daşınmasından əldə olunan gəlir 93 mlrd.
ABŞ dollarına bərabər olmuşdur.
Bütün planet üzrə hərəkət edən bu qədər insana xidmət göstərmək, turizm sənayesi və infrastrukturunu təşkil
edən əlaqədar sahələrdə çalışmaq üçün milyonlarla işçi qüvvəsinin cəlb olunması tələb olunur. Qeyd etmək la-
zımdır ki, turizm böyük miqdarda iş yerlərinin yaradılmasını təmin edir. XX əsrin sonları üçün Yer kürəsində
yaşayan hər 16 nəfərdən biri turizm və onunla əlaqədar sahələrdə çalışır.
Hər hansı sosial-iqtisadi proses kimi beynəlxalq turizm də cəmiyyət qanunlarına uyğun olaraq inkişaf edir.
Beynəlxalq turizm axınının formalaşmasına və istiqamətlərinin müasir mənzərəsi, bir sıra amillərin fəaliyyətinin
nəticəsi kimi yaranmışdır. Tədqiqatçıların əksəriyyəti dörd amilə istinad edirlər:
- sosial-iqtisadi amillər (ilk öncə ərazinin sosial-iqtisadi səviyyəsi, siyasi stabillik və s.);
- ehtiyat – rekreasiya potensialına aid edilən amillər (həm təbiət, həm də antropogen mənşəli);
- infrastruktur xaraktekrli amillər;
- coğrafi mövqe amili (xüsusilə, əsas turist bazalarına münasibətdə).
Tarixi baxımdan dünya miqyasında formalaşmış turist regionlarını nəzərdən keçirək. Ən çox inkişaf etmiş
regionlara: Avropa, Şimali və Cənubi Amerika, Şərqi Asiya-Sakit okean bölgələri aid edilir. Xatırladaq ki, bu
regionlar ÜTT-nin göstəricilərinə əsasən ayrılır. Əlbəttə, gələcəkdə buraya yeni regionlar da daxil edilə bilər.
1998-ci ildə bütün turist səfərlərinin 92,9 (və ya 591,1 mln. turist), dünya turizm gəlirinin 94,7 faizi yuxarıda
adı çəkilən üç regionun payına düşür. Bu üçlüyün arasında əsas rol Avropaya məxsusdur (səfərlərin 60 %-i, 122
mln. turist, pul mədaxilinin 27,2%-i). Üçüncü yer Asiya və Sakit okean regionuna məxsusdur. 87,2 mln. turist
(13,7%) qəbul etmiş və dünya turizm biznesi gəlirinin 16,6%-ni yarada bilmişdir.
Planetimizin əhalisinin 1/3 yaşadığı digər üç regionda – Afrika, Yaxın Şərq və Cənubi Asiyada cəmi 45,5
mln. turist (7,1%) qəbul olunmuş və dünya üzrə turizm gəlirinin 5,7%-i bu regionların payına düşür. Turizm sa-
həsinin inkişafındakı bu qeyri-bərabərlik, əsasən sosial-iqtisadi amillərin nəticəsidir.
Beynəlxalq turizmin inkişaf səviyyəsinə görə Avropa başlıca regiondur, çünki burada daha əlverişli sosial-iq-
tisadi, siyasi, mədəni-tarixi və nəqliyyat – rabitə şəraiti mövcuddur. Bütün əsas göstəricilər üzrə üstünlüyə malik
olan Avropa regionu gərgin turist axını ilə də digər regionlardan seçilir. Avropanın müxtəlif subregionlarında
(əsasən ölkələrində) turizm-rekreasiya sahəsinin inikşaf səviyyəsi qeyri-bərabərdir. Bu sahədə kommersiya ef-
fektliyi baxımından aparıcı subregionlar – Qərbi, Cənubi və Şimali Avropadır. Avropanın ondan artıq dövlətinin
ərazisinə daxil olmaq üçün Şengen sazişinə əsasən, ümumi viza rejiminin tətbiq edilməsi ilə bu qeyri-bərabərliyi
daha da dərinləşdirmişdir. Avropaya turist göndərən əsas bazar, Şimali Amerikadır (270-280 mln. nəfər), Avro-
pa hüdudlarından kənardan gələn turistlərin 34,9%-i ABŞ, Kanada və Meksikanın payına düşür. Qitə çərçivəsin-
də turist axınının əsas mənbələri, «isti dənizlərə» çıxışı olmayan, inkişaf etmiş dövlətlərdir.
Beynəlxalq turizm üzrə ən yüksək xərclər bu ölkələrin payına düşür. Məsələn, Skandinaviya ölkələrində
adam başına bu xərclər 500-1100, Almaniyada 460, Benilüks ölkələrində 600 dollardan artıq təşkil edir. Yuxarı-
da göstərilənlərdən bəlli olur ki, turist axını şimaldan cənuba doğru hərəkət edərək, turist qəbulu üzrə böyük
dövlətlər sayılan Fransa (73 mln.), İspaniya (52 mln.) və İtaliyada (36,1 mln.) başa çatır.
Dostları ilə paylaş: |