MəMMƏdov qəRİb xəLİlov mahmud


 Azərbaycanda turizmin vəziyyəti



Yüklə 4,78 Mb.
səhifə651/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   647   648   649   650   651   652   653   654   ...   751
19.1. Azərbaycanda turizmin vəziyyəti 

Azərbaycan Respublikası beynəlxalq turizmin inikşafı üçün böyük potensiala malikdir. Ölkəmizin zəngin 

təbii coğrafi, iqlim şəraiti, nadir tarixi memarlıq abidələri, bol günəşli günləri, mavi Xəzərin narın qumlu 

çimərlikləri, uca dağlar, qədim arxeoloji abidələr, müxtəlif muzeylər, gözəl meşələr, çeşmələr və s. turizmin 

inkişaf etdirilməsinə şərait yaradır. 

Təəssüf ki, bu nadir zənginliklərin böyük hissəsindən istifadə olunmur. Son zamanlar Yalama-Xudat 

dənizkənarı ərazidən tədricən, hissə-hissə istifadə edilir, yeni-yeni xüsusi otellər, pansionatlar tikilir. 

Son 2-3 il ərzində respublikamızda xarici turizm canlanmağa başlayır. Bakı şəhərində keçirilən beynəlxalq 

sərgilər, konfranslar, konqreslər, simpoziumlar beynəlxalq turizmə müsbət təsir göstərir. Xarici turistlərin yaxşı 

istirahəti üçün Şıxov kompleksində, Mərdəkan pansionatında bütün şəraitlər yaradılmışdır. Zaqulbada «Gənclik 

mərkəzi» 2000 turistin eyni vaxtda istirahətini təşkil edə bilər. Hazırda Qubada (Afurcada), Şamaxıda (Pirqulu), 

Şəkidə (Marxal), Zaqatalada, Qaxda, İsmayıllının Lahıc kəndində xarici qonaqların qəbulu üçün mərkəzlər, pan-

sionatlar yaradılır. Azərbaycanın ayrı-ayrı bölgələri turizm baxımından özünəməxsus təbii  şəraiti, gözəllikləri 

ilə seçilir. A.İ.  Əhmədov, E.M. Hacıyev, Z.Ə.Zamanov (2000) və C.A.Məmmədov, H.B. Soltanova, 

S.H.Rəhimov (2002) respublikamızın  ərazisində 8 bölgə (subregion) ayırırlar. Onlar aşağıdakılardır. 1) Bakı-

Abşeron turizm bölgəsi; 2) Şirvan turizm bölgəsi; 3)Gəncə-Qazax turizm bölgəsi; 4) Şəki-Zaqatala turizm 

bölgəsi; 5) Quba-Xaçmaz turizm bölgəsi; 6) Lənkəran-Astara turizm bölgəsi;  

7) Qarabağ turizm bölgəsi; 8) Naxçıvan turizm bölgəsi. Müəlliflərin  əsərlərində bu bölgələrin təbii-tarixi 

zənginlikləri ətraflı şərh olunur. 

Azərbaycan Respublikası öz gözəllikləri ilə tanınmış ölkə olsa da, turizmin tarixi 1920-ci illərdən başlayır. 

Respublikada turizmin şöhrəti 1980-ci ildən başlayaraq genişlənir. 1985-1986-cı illərdə Naxçıvan, Gəncə, 

Xankəndi, Sumqayıt, Mingəçevir şəhərlərində yaradılmış idman klublarının işi xeyli fəallaşır. 1987-ci ildə res-

publikada 1800-dən atıq turist bölməsi yaradılır. Həmin bölmələrdə 124 mindən artıq adam məşğul olurdu. 

Yalnız 1987-ci ildə istirahət günü marşrutları ilə Respublika daxilində özfəaliyyət turizmi xətti ilə səfərlərdə 375 

min adam iştirak etmişdir. (Məmmədov, Soltanova, Rəhimov, 2002). 

1988-ci ildən sonra məlum hadisələrə görə respublikamızda turizmin fəaliyyəti xeyli zəifləyir. 

Azərbaycan qədim mədəniyyət mərkəzidir.  Ş.S.Fətullayev (1986) respublikamızın müxtəlif regionlarında 

915 arxitektura əsərləri tədqiq etmiş  və onların dövlət tərəfindən uçota alınaraq mühafizə olunmasını  təklif 

etmişdir. Bura özünün qiymətliliyi  və gözəlliyi ilə seçilən turizm baxımından maraqlı XVIII-XIX-XX əsrin 

əvvəllərində inşa olunmuş məscidlər, hamamlar, yaşayış binaları, karvansaralar, mehmanxanalar və s. daxildir. 

Bundan başqa respublikamızda saysız-hesabsız təbiət arxeologiya abidələri aşkar edilmiş  və dövlət tərəfindən 

qorunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı  qərarı ilə  təsdiq 

edilmiş, ölkəmizin ərazisində olan və dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix, mədəniyyət, memarlıq 

abidələri  əhəmiyyətinə görə dünya, ölkə  və yerli dərəcələrə bölünür. Bunlardan 21-i dünya əhəmiyyətli 

memarlıq, 44-ü isə arxeoloji abidələrdir. (Bax. Cədvəl 19.4) 

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanda turizmin inkişafında müsbət irəliləyişlər baş verir. Avra-

siya nəqliyyat dəhlizində Bakının əlverişli mövqedə yerləşməsi, imzalanmış beynəlxalq neft müqavilələrini xa-

rici iş adamlarının son zamanlar respublikamıza axınının artmasına  şərait yaratmışdır. Dünyanın onlarla iri 

şirkətləri öz kommersiya və sənaye fəaliyyətlərini respublikamızın iqtisadiyyatında tətbiq etmək istəyir. Ölkədə 

ictimai-siyasi vəziyyətin sabitləşməsi, investisiyaların artmasını stimullaşdırır. Bu investisiyalardan otellərin, 

işgüzar mərkəzlərin, yaşayış binalarının, sosial-mədəni istiqamətli və turizm obyektlərinin tikintisinə istifadə 

olunur. 


Xarici  şirkətlərin köməkliyi ilə Bakıda yenidən qurulan ilk obyektlərdən biri «Naxçıvan» mehmanxanası 

olmuşdur. Türkiyə firması «Remko-Əmlakın» və ABŞ firması «Hyatt İnterneşnl» investisiyaları hesabına 

«Naxçıvan» mehmanxanası modernləşdirilərək «Naxçıvan-Hyatt Recensi» beş ulduzlu otelinə çevrildi. 

Türkiyənin «Ferko» firmasının köməyi ilə yüksək dərəcəli «Qrand otel Avropa» mehmanxanası tikilib 

istifadəyə verilmişdir. Bunlardan başqa Bakıda «Redisson SAS Plaza», «Park-Hyatt», «Kresent-Biç», «Qazis», 

«İrşad», «Old-Siti», «İçəri-şəhər» və digər otellər də tikilmişdir. Bu otellər təklif olunan xidmətin keyfiyyətinin 

yüksək olması şərtilə xarici turistlərin qəbulu üçün nəzərdə tutulmuşdur. 

Əylənmək və «bəh-bəhlə» istirahət etmək istəyənlər üçün təmtəraqlı Bakı Əyləncə Mərkəzi tikilmişdir. Bu-

rada böyük üzgüçülük hovuzu (şəlalə, cakazi, sürətli sualtı axını var), respublikada yeganə boulinq-klub 

(avadanlıq «AME» ingilis şirkəti tərəfindən istehsal edilmişdir), trenajor zalı, mağazalar (dünyanın məşhur 

firmalarının malları satılır), sauna, türk hamamı, restoran, kafe və barlar fəaliyyət göstərir. (Məmmədov, Solta-

nova, Rəhimov, 2002). 

2001-ci il sentyabrın 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turist 

Təşkilatının XIV Baş Assambleyasında Azərbayxan Respublikası bu beynəlxalq turist təşkilatına üzv oldu. Bu, 

respublikamıza turizm üzrə tövsiyyələr və praktiki kömək edilməsinə imkan yaradacaqdır. 2001-ci ildə 

«Azərbaycan Reviyw» jurnalı ilə «Turizm yenilikləri» qəzeti nəfis şəkildə nəşr edilməyə başlanıldı. Həmin ilin 




 

379


dekabrında Bakıda turizmin qarşısında duran problemləri araşdıran I Ümumrespublika konfransı keçirilmişdir. 

Bütün bunlar respublikamızda turizmin inkişafına təkan verə biləcək amillərdəndir. 




 

380



Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   647   648   649   650   651   652   653   654   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin