386
Fəsil XX
BƏŞƏRİYYƏTİN SOSİAL PROBLEMLƏRİNİN
EKOLOJİ ASPEKTLƏRİ
20.1. Urbanizasiyanın ekoloji aspektləri
Urbanizasiya və ya şəhərlərin və şəhər əhalisinin çürətlə artması mühüm ümümdünya problemlərindən biri
sayılır. Bu proses mühüm qlobal dəyişgənlik kateqoriyasına aid edilir. 1966-cı ildə dünyanın şəhər əhalisi 2,64
mlrd, yaxud ymumi əhali sayının 46% -ni təşkil edirdi. Dünya əhalisinin ümumi artması fonunda 1990-91 -ci il-
lərdə şəhər əhalisinin artımı ildə 2,5% idisə, kənd əhalisinin il ərzində artımı yalnız 0,8% olmuşdur. Yer əhalisi
dəqiqə ərzində 150 adam, hər gün – 220 min, il ərzində isə – 80 milyon adam artır. Dünyanın inkişaf etməkdə
olan ölkələrinin əhalisinə gün ərzində 150 minə yaxın adam əlavə olunur.
Demoqrafik partlayışın və urbanizasiyanın səbəbləri ayrı-ayrı ölkələrdə müxtəlif olmuşdur. XVIII əsrin orta-
larından başlayaraq və XIX əsrin başlanğığına kimi Yer əhalisinin sayının artması hazırda inkişaf etmiş kateqo-
riyasına aid edilən ölkələrdə, yəni ABŞ və Böyük Britaniyada olmuşdur. Lakin XX əsrin ortalarından etibarən
dünyada əhalinin sayının artmasını inkişaf etməkdə olan ölkələr təyin edir, bunun əsas səbəbi bu ölkələrdə sosial
inkişafla bağlı olmuşdur. Belə ki, ölüm hadisəsi nisbətən sürətlə aşağı düşmüş, doğum isə əhalinin sağlamlığının
yüksəlməsilə əlaqədar çoxalmışdır. Bununla yanaşı dünya cəmiyyətinin inkişaf etməkdə olan ölkələrinə hərtə-
rəfli yardım göstərilməsi epidemiyanın azalmasına və bütövlüklə tibbi xidmətin yaxşılaşmasına şərait yaratmış-
dır.
Hazırda əhalinin yüksək artım tempi Afrika və Mərkəzi Amerikada- ildə 3% -ə yaxın, Cənubi Amerikada –
2,2%, Asiyada 1,8% təşkil edir. Milyarddan artıq əhalisi olan Çində isə demoqrafiq siyasətin
keçirilməsi nəticə-
sində əhali artımı kəsgin aşağı düşmüşdür.
Əhalinin artımı digər mühüm proses olan urbanizasiya – əhalinin şəhərlərdə cəmləşməsi və meqalopolisin
əmələ gəlməsidir. Urbanizasiya cəmiyyətin inkişafının bütün sahələrində mütərəqqi rol oynayır. Bu prosesdə
əhalinin artımı üçün müsbət şərait yaranır, kənd yerlərində yaranan əhali artımı işçi qüvvəsi kimi şəhərlərdə
cəmləşir, müxtəlif peşələrə yiyələnərək daha məhsuldar əməklə məşğul olur. Ona görə belə ölkələrdə əhalinin
ümumi artımı əsasən şəhər əhalisinin hesabına gedir. Belə ölkələrdə urbanizasiya demoqrafik proseslərin tən-
zimləyicisi rolunu oynayır. Ürbanizasiyanın bilavasitə iki əsas səbəbi vardır: 1) Şəhərlərə kənd yerlərindən,
həmçinin digər ölkələrdən əhalinin miqrasiyası; 2) Şəhərlərdə doğum hadisəsinin ölümdən çox olması.
Şəhər əhalisinin sayının yaxın keçmişdə və yaxın gələcəkdə artımı 20.1. saylı cədvəldə göstərilir:
Cədvəl 20.1.
Dostları ilə paylaş: