Abşeron yarımadasından kənarda təbii sərvətlərin istifadəyə verilməsi şəhər əhalisinin coğrafiyasının dəyiş-
məsinə səbəb oldu. 7-ci və 8-ci beşilliklərdə artıq 121 iri və nəhəng sənaye müəssisəsi tikilib istifadəyə verildi.
Bu da bütün sovet hakimiyyəti illərində istismara verilən sənaye müəssisələrinin 26%-ə qədərini təşkil edirdi.
(Əyyubov, 1999) Məhz bu dövrdə Mingəçevir SES-in istifadəyə verilməsi Gəncə- Daşkəsən sənaye qovşağının
enerji tələbatını ödəməklə onun inkişafına təkan verdi. Abşeron neft-kimya sənaye kompleksi daha geniş inkişaf
etməyə başladı, respublika sənayesinin bir hissəsi olan Sumqayıt şəhəri meydana gəldi və s. Belə bir iqtisadi –
sosial inkişaf fonunda Azərbaycanın şəhər əhalisi daha yüksək templə artmağa başladı və respublika tarixində
ilk dəfə şəhər əhalisinin orta illik artım tempi müvafiq ittifaq göstəricisindən üstün oldu.1959-cu ildən 1970-ci
ilə kimi olan dövrdə ittifaqda şəhər əhalisinin orta illik artımı 3,27% idisə, respublikada bu göstərici 4,1%-ə çat-
394
dı. Həmin müddətdə ümumi şəhər əhalisi ölkə üzrə 36% artdığı halda, respublikada 45% çoxaldı. Lakin 70-ci il-
lərdə şəhər yaradıcı istehsal və qeyri-istehsal sahələri, respublikanın sosial-iqtisadi inkişafına yönəldilən kapital
qoyuluşunun ölkə ilə müqayisədə az mənimsənilməsi və bu məbləğin tədricən azaldılması ilə əlaqədar olaraq
zəif inkişaf etdi. Məsələn, təkcə 1979-cu ildə Azərbaycanın xalq təsərrüfatına hər min nəfər hesabı ilə sərf edi-
lən kapital qoyuluşunun səviyyəsi, bütün müvafiq respublikaların müvafiq göstəricilərindən xeyli az olaraq,
ümumittifaq səviyyəsindən 67,7% geri qalmışdır. Hər 1000 nəfər əhaliyə düşən fəhlə və qulluqçuların orta illik
miqdarı respublikada ittifaqdakından 31,6% və elmi kadrların sayı isə 40% az olmuşdu. Ümumiyyətlə, respublika-
da 1970-79-cu illərdə əsas şəhər yaradıcı təsərrüfat sahələri olan sənaye və tikintidə əhalinin məşğuliyyəti 25%
yüksəlmişdi. Halbuki xalq təsərrüfatında əhalinin ümumi məşğuliyyəti bu müddətdə 2 dəfəyə qədər artmışdı. Bu
da hər şeydən əvvəl öz əksini şəhər əhalisinin artım tempində tapdı. Belə ki, 1970-1979-cu illər ittifaqda şəhər əha-
lisi 20,3% çoxaldısa, Azərbaycanda müvafiq göstərici 24,8%-ə bərabər oldu. Orta illik artım isə müvafiq surətdə
2,25 və 2,9% təşkil etmişdi. Halbuki, respublikada əhalinin sayca artımı ittifaq əhalisinin müvafiq artımından
9,2% çox olmuşdu. Bu isə respublika şəhər əhalisinin artım tempinin nəinki ümumittifaq səviyyəsindən geri qal-
mamasını, hətta ötüb keçməsini tələb edirdi.
Rəqəmlərin təhlili göstərir ki, şəhəryaradıcı təsərrüfat sahələrinin nisbətən sürətli inkişafı ilə əlaqədar olaraq
80-ci illərin başlanğıcında cüzi də olsa respublikada şəhər əhalisinin artım tempi ümumittifaq göstəricisindən
üstün olsa da, erməni separatçılığı ilə başlanan millətlərarası müharibə qeyri-sabit ictimai-siyasi həyat, böyük
dövlət mənafelərinin Azərbaycan üzərində cəmlənməsi ümumiyyətlə urbanizasiya prosesinə ağır zərbə vurdu.
Əgər 1979-1989-cu illərdə Sovet İttifaqında şəhər əhalisi artımı cəmi 15%, orta illik artım isə 1,5% olmuşsa,
respublikada bu rəqəmlər müvafiq olaraq 11,8 və 1,18% təşkil edirdi. Halbuki, həmin dövrdə respublikada ümu-
mi əhalinin sayca artımı ittifaq üzrə əhali artımından 7,5% çox olmuşdu.
Dostları ilə paylaş: