Şək. 20.3. 1 milyonluq şəhərin metdolizmi sxemi (sutka ərzində)
(Q.V. Stadniski və A.İ.Rodionova görə).
İnkişaf etmiş ölkələrin ekoloji vəziyyətinin bir qədər yaxşılaşması onların sakinləri üçün əlverişlidir. Bununla belə
bu şəhərlər kontinent və ya bütün dünya səviyyəsində ekosferin vəziyyətinə əlverişsiz təsir göstərir. İnkişaf etmiş öl-
kələrin bir nəfərinə düşən təbii resursların istifadəsi və parnik qazlarının emissiyası inkişaf etməkdə olan ölkələrin ka-
sıb şəhərləri üçün bu göstəricini xeyli ötüb keçir, son nəticədə isə inkişaf etmiş ölkələrin sakinləri qlobal ekoloji prob-
lemlərin güclənməsinə olduqca nəzərə çarpan təsir göstərir.
Şəhərlərin ekoloji problemləri ətraf ərazilərin antropogen transformasiyasına böyük təsir göstərir. Bunun şəraiti
və səbəbləri müxtəlif ola bilər. Məsələn, Afrikanın ayrı-ayrı ölkələrinin əhalisinin 90%-i hələ də yeməyi odunla hazır-
layır, ona görə də iri şəhərlərin 50-80 km radiusunda yararlı meşə sərvətləri deqradasiyaya uğramışdır. Odunun çatış-
mazlığı üzündən çox kasıb ailələr gündə yalnız bir dəfə isti yemək hazırlaya bilir.
Sənaye müəssisələrinin və ya energetikanın fəaliyyəti nəticəsində havanın yüksək dərəcədə çirkləndiyi zonalarda
şəhərlər ətrafında on kilometrlərlə məsafədə və ya hakim küləklər istiqaməti boyu bitki örtüyü transformasiyaya
uğramış və ya tamamilə məhv edilmişdir. Mədən-metallurgiya mərkəzi olan Norilski şəhəri və onun ətrafında sənaye
müəssisələrindən 100 km məsafədə təbii bitki örtüyü praktiki olaraq məhv edilmişdir.
Çaylar üzərində yerləşən bütün iri şəhərlər bu çayların çirklənməsinə səbəb olaraq çay axını boyu neçə kilometr-
lərlə məsafədə suda həyatın tamamilə məhv olmasına səbəb olur. Tropik ölkələrdə iri şəhərləri kəsib keçən çaylarda
patogen bakteriyaların qatılığı dəfələrlə yüksək olur.
Dünyanın yüzlərlə iri şəhərləri və minlərlə bir qədər kiçik şəhərləri ətraf mühitin vəziyyətinin lokal pisləşməsinə
səbəb olur. Bütövlükdə onlar qlobal vəziyyətə nəzərə çarpacaq dərəcədə təsir göstərir.
Əhalinin artımı Yerin təbii sistemlərinə antropogen təzyiqi artırır. Daim artmaqda olan əhalini ərzaqla təmin et-
mək üçün məhsul istehsalını artırmaq tələb olunur, bunun üçün kənd təsərrüfatı istehsalına yeni (xam) torpaqlar daxil
etmək, yaxüd mövcud torpaqları hədsiz istismar etmək lazımdır, bu isə torpaqların eroziyasına, səhralaşmasına və
çirklənməsinə (toksifikasiyasına) səbəb olur.
Dünyada sənaye istehsalı da durmadan yüksəlir və əhali tərəfindən onun məhsullarından istifadənin miqyası da ar-
tır. Bu isə təsərrüfat dövriyyəsinə daha çox yanacaq, enerji, xammal və geosferin digər resurslarını daxil etməyi tələb
edir. Ətraf mühitə atılan antropogen fəaliyyətin tullantılarının həcmi də artır. Əhalinin sayı artdıqca su və maye tul-
lantıların miqdarı çoxalır, bu isə ya ətraf mühiti çirkləndirir, yaxud da lazımi texnoloji tədbirlər və əlavə investisiya
tələb edir.
Sosial-iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq əhəli sayının artımını azaltmaq bütün ölkələrin mühüm vəzi-
fəsi sayılır. Lakin bu zaman müxtəlif ölkələrdə adət-ənənə, dini qadağalar və əhalinin bu problemə olan münasibəti
nəzərə alınmalıdır. Bu məsələnin aktuallığı və onun həyata keçirilməsinə demoqrafik problemlərə həsr olunmuş bey-
nəlxalq forumlarda baxılmışdır. Orada qeyd olunmuşdur ki, demoqrafik problemin həlli dayanaqlı inkişafın milli stra-
tegiyasının bir hissəsi olmalıdır və bütün ölkələr demoqrafik proqramlar işləyib hazırlamalıdır.
Dostları ilə paylaş: |