Cəmi 30 il əvvəl 1975-ci ildə təxminən dünya əhalisinin üçdə biri şəhərlərdə yaşamışdır. 2000-ci ildən
387
Hazırda inkişaf etmiş ölkələrdə şəhər əhalisinin sürətlə artımı təxminən yüz il əvvəl qeyd olunmuşdur. Cari
50 il ərzində isə (1975-2025) bu ölkələrin şəhər əhalisi az artacaq. Lakin şəhər əhalisinin sayının artımının 90%-
ə qədəri inkişaf etməkdə olan ölkələrin hesabına gedir. Afrika və
Asiyanın əhalisinin üçdə biri hazırda şəhərlərdə yaşayır, 2025-ci ildə
bu rəqəm 50%-ə çatacaqdır.
Şəhər əhalisinin artımı şəhərdən-şəhərə və ölkədən-ölkəyə doğru daha
güclü gedir. Bu vaxtdan, ən yüksək göstərici (təxminən ildə 5 %) ən kasıb,
az inkişaf etmiş ölkələr üçün səciyyəvidir. Bəzi ölkələrdə (Birkina-Faso,
Mozambik, Nepal, Əfqanıstan və b.) şəhər əhalisinin artımı hətta ildə 7%-ə
çatır.
İnkişaf etməkdə olan ölkələrdə əhalinin sayı çox olduğundan
əhalinin artım göstəricisi (%-lə) az olduqda belə ümumi əhali artımı
xeyli çox olur.
Dostları ilə paylaş: