MəMMƏdov qəRİb xəLİlov mahmud


 Energetikanın ekoloji aspektləri



Yüklə 4,78 Mb.
səhifə665/751
tarix28.12.2021
ölçüsü4,78 Mb.
#16756
1   ...   661   662   663   664   665   666   667   668   ...   751
 

20.3. Energetikanın ekoloji aspektləri 

Energetika insan fəaliyyətinin mühüm hissəsidir. Enerjidən istifadə etmədən insanın digər fəaliyyətləri prak-

tiki olaraq qeyri mümkündür: təbii resursların çıxarılması və istehsalı, sənaye məhsulunun istehsalı, nəqliyyat, 

kənd təsərrüfatı, isitmə, səhiyyə və s. cəmiyyətin təkamülü və sivilizasiyası energetikanın inkişafı ilə sıx qarşı-

lıqlı əlaqədə keçmiş və keçməkdədir. 

Tanınmış ekoloq D.Bruksu demişdir: «Fiziki dünyanın» (aləm) mövcudluğu enerjisiz mümkün deyil, belə ol-

duqda enerji axınlarının miqyasını və ya xarakterini dəyişmədən inkişafı təsəffür edə bilmərik. Enerji bu qədər 

fundamental əhəmiyyət kəsb etdiyindən bu dəyişgənliyin hər biri ekoloji nəticə ilə tamamlanır. 

İntensiv inkişaf edən dünya iqtisadiyyatı getdikcə çox enerji ixracını, dünya ölkələrinin təsərrüfatlarının 

enerji ilə təminatının durmadan inkişafını, istehsalatın mexanikləşdirilməsi və avtomatlaşdırılmasının yüksəldil-

məsini tələb edir. Ənənəvi enerji resursları – daş kömür, neft, təbii qaz tükənir. Onların yeni yataqlarının aşkar 

edilməsi və istifadəsi baha başa gəlir və xeyli vaxt tələb edir.  

Dünyada son onilliklərdə enerjinin istehsalı və istifadəsi durmadan artmışdır. 20 il  ərzində (1971-1991) dün-

yada enerjinin istifadəsi 45% artmışdır. 

Mütəxəssislərin hesablamalarına görə müasir (indiki) həcmdə enerjidən istifadə edilərsə Yer kürəsində kəşf 

olunan yanacaq 150 ilə, o cümlədən neft – 35 ilə, təbii qaz – 50 ilə, daş kömür – 425 ilə çatar. Neft və təbii qaz 

həmişə olduğu kimi dünyada enerji balansının əsasını təşkil edir (60 %-dən artıq inkişaf etmiş, 40 %- inkişaf et-

məkdə  olan). 

Enerji – beynəlxalq iqtisadiyyatda mühüm məhsul sayılır, ölkələrin enerji mənbələri ilə etibarlı təmin olun-

ması XX-XXI əsrlərin mühüm strateji problemi olmuşdur. Qlobal enerji strategiyası və problemləri sistemli ola-

raq əsas ümumdünya məsələlərilə qarşılıqlı əlaqədədir. Bunlar aşağıdakılardır: əhalinin sayının artımı, yoxsullu-

ğun yayılması,  ərzağın və suyun defisitliyi, insanların sağlamlığı  və  səhiyyənin vəziyyəti,  şəhərlərdə havanın 

keyfiyyətinin əlverişsizliyi, iqlimin dəyişməsi, ekosistemlərin deqradasiyası, onların asidifikasiyası, nüvə silah-

larının yayılması və s. Odur ki, energetikanın məsələləri elə həll edilməlidir ki, digər qlobal problemlərin vəziy-

yəti pisləşməsin. 

Dünya energetikası inkişafının tarixi ibrətamiz olmuşdur.  İnsanın hər bir fəaliyyət növünün ilkin mənbəyi 

özü, onun əzələ enerjisi olmuşdur. Sonralar odunu yandırmaq üsullarını kəşf etdikdən sonra insan isti yemək, 

məskunlaşdığı yeri isitmək, tunc və dəmir kimi yeni materiallar əl-

də etmək imkanına malik oldu. Ev heyvanlarının enerjisindən isti-

fadə edilməsi kənd təsərrüfatı, nəqliyyat və sənaye sahələrində yeni 

bir inkişaf oldu. Buxarın işçi qüvvəsi kimi kəşf edilməsi sənaye in-

qilabının texnoloji faktoruna çevrildi və daş kömür, neft və  təbii 

qaz kimi enerji ehtiyatlarının mənimsənilməsinə  şərait yaratdı. O 

vaxtdan indiyə kimi sivilizasiya qazıntı yanacaqlarına əsaslanır.  

Dünyada istehsal olunan və ya istifadə edilən enerjinin ümumi 

gücü 10 teravat və ya 10

10

 vt təşkil edir və getdikcə artır. Bunun 90 



%-ə  qədər enerji daş kömür, neft və  təbii qazın yandırılmasından 

alınır. Yəqin ki, bu göstərici yaxın onilliklərdə qalacaq, istehsal 

olunan enerji isə artmaqda davam edəcəkdir. 

Atom enerjisinin həcmi və payı ehtimal ki, yaxın vaxtlarda o 

qədər də dəyişməyəcəkdir. Hidroelektrik enerji istehsalının ümumi 

ölçüsü artacaq, lakin onun istehsalatda payı və istifadəsi bir qədər 

azalacaqdır. 

Günəş, külək, dəniz qabarmaları, su dalğaları  enerjisi, geoter-

mal enerji və başqa bərpa olunan enerji mənbələrinin bəzi optimist 

proqnozlarına baxmayaraq o qədər yüksək yer tutmur. Bərpa olu-

nan məsələlərdən istehsal edilən (alınan) enerjiyə  çəkilən iqtisadi 

və ekoloji xərclər durmadan azalır və onların praktiki istifadəsində xeyli nailyyətlərin olmasına baxmayaraq 

dünya enerji balansında bu mənbələrin payı 1%-ə çatmır. 

Əsas istilik enerjisi mənbələrinin istehsalı və istifadəsi müvafik fəsildə qeyd etdiyimiz kimi praktiki olaraq 

həmişə əlverişsiz nəticələrə səbəb olaraq ekosferə və insanların sağlamlığına mənfi təsir göstərir.  Enerjinin göz-

lənilən sonrakı istehsalının və istifadəsinin artması ekoloji problemlərin daha da gərginləşməsinə səbəb olacaq-

dır.  

Üç əsas mənbədən (neft, daş kömür və təbii qaz) atmosferi ən çox çirkləndirən istilik elektrik stansiyalarıdır. 



Müasir energetika atmosferdə parnik qazlarının toplanmasında mühüm faktor sayılır və iqlimin antropogen də-

yişməsində əsas rol oynayır.  

Hazırda Fransada əldə olunan elektroenerjinin 70 %-i atom enerjisidir. 2030-cu ilə  qədər Yaponiyada 120 

nüvə reaktorlarının tikilməsi nəzərdə tutulur. 

 

 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   661   662   663   664   665   666   667   668   ...   751




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin