20.6. Nüvə müharibəsi bəşəriyyət üçün təhlükəlidir
Bəşəriyyət tarixində müharibələr çox olmuşdur. Təxmini hesablamalara görə yalnız son 5,5 min il ərzində
Yer kürəsində 15 min müharibə və hərbi konflikt olmuş, (onlardan yarısından çoxu Avropada), xalqlar böyük
müsibət və iztirablar keçirmişlər. Özünün bütün tarixi boyu bəşəriyyət 292 il müharibə görməmişdir. XX əsrin
birinci yarısında bəşəriyyət iki dəfə zülmətli müharibəyə düçar olmuş, bu müharibələr qanlı və dağıdıcı xarakter
almışdır.
Müharibə aparılmasında texnika yüksəldikcə dinc əhalinin məhv edilməsi də artır. Dinc əhalinin ölüm
miqdarı ilə hərbçilərin ölümü arasında nisbət aşağıdakı kimi olmuşdur: birinci dünya müharibəsində – 1:20;
ikinci dünya müharibəsində –1:1; Koreyadakı müharibədə (1950-1953-cü illər) – 5:1; Vyetnamdakı müharibədə
(1964-1968-ci illər) – 20:1. Müasir silahlanma vasitələrindən istifadə edib, hətta lokal müharibə başlayarsa ölən
dinc əhalinin sayı ölən hərbçilərdən 100 dəfə çox olacaqdır (yəni 100:1). Bu müharibə əslində dinc əhaliyə qarşı
müharibə olacaq. Bununla da müasir müharibə bütün bəşəriyyətin qlobal probleminə çevrilir.
Müharibə probleminin qloballığı dünyada silahların güclü artması ilə əlaqədardır. Hazırda yalnız toplanan
nüvə silahlarının partlayış gücü indiyə qədər olan müharibələrdə istifadə olunan döyüş sursatlarının ümumi
gücündən bir neçə min dəfə çoxdur.
Hazırda dünyada müxtəlif ölkələrin arsenalında olduqca çoxlu miqdarda nüvə silahları vardır. Bu silahların
ümumi gücü 1945-ci ilin avqustunda Xirosima və Naqasakiyə atılan bombaların gücündən bir neçə milyon dəfə
güclüdür.Xirosimaya atılan bomba nəticəsində 200 mindən artıq insan həlak olmuş, şəhərin 40%-i külə dönmüş,
qalan ərazi isə tanınmayan dərəcədə eybəcərləşmişdir. Atılan atom bombalarının faciəli nəticələri Yaponiyada
hələ indi də müşahidə edilir.
Müasir silahlarla Yer üzərində bütün həyatı dəfələrlə məhv etmək mümkündür. Hətta adi vasitələrlə belə bu
gün müharibə aparılarsa bəşəriyyətə və təbiətə qlobal zərər yetirər.
Beynəlxalq humanitar məsələlər üzrə Müstəqil komissyanın məruzəsində qeyd edilir ki, silah istehsalı
bəşəriyyəti yaşatmaq ideyası ilə aparılır. Lakin hər il bir milyard dollara qədər hərbi məqsədlərə xərclənir, bu isə
inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrə olan borcu ilə müqayisə edilə bilər.
Hazırda dünya öz varını – dövlətini ağlasığmaz heç bir qiyməti olmayan silah istehsalına sərf edir. Bu isə
zəngin resursları bəşəriyyətin ehtiyacını ödəməyə yönəltməyə imkan vermir.
Hər bir ölkənin silahlı qüvvələrinin fəaliyyəti müxtəlif silah növlərini sınaqdan keçirdikdə həmçinin
köhnəlmiş silahları və döyüş sursatlarını məhv etdikdə torpaqdan, akvatoriyadan, hava boşluğundan istifadə
edərkən ekoloji problemlər yaranır.
Hərbi sənaye kompleksi (HSK) müəssisələrinin tullantıları ilə biosfer elementlərinin çirklənməsi problemi ilə
yanaşı, radioaktiv tullantıların (RAT) basdırılması və utilləşdirilməsi də həll olunmamış problem kimi qalır.
HSK-ya malik olan inkişaf etmiş ölkələr RAT-ı saxlamaq üçün inkişaf etməkdə olan ölkələrə ötürməyə və ya
Dünya okeanının yaşayış olmayan adalarında dənizin dibində basdırmağa çalışır. Məsələn, «Yeni Torpağın»
yanında 11 mindən artıq RAT konteyneri, 15 qəzaya uğramış reaktorlar və «Lenin» buzqıranı basdırılmışdır. Bu
zaman mütləq təhlükəsizliyə nail olunmur, belə ki, konteynerlərin materialı korroziyaya uğrayır: metal
konteynerlər 10 ildən sonra, beton konteynerlər isə 30 il ərzində dağılır.
Nüvə silahlarının sınaqdan keçirilməsi nəticəsində ətraf mühit radioaktiv maddələrlə (xüsusən sezium – 137
və stronsium -90) çirklənəcək və orta temperatur dəfələrlə aşağı düşəcəkdir. Bu zaman kənd təsərrüfatının əsas
ekosistemləri qlobal ekoloji fəlakətə məruz qalacaqdır.
Atom bombası atıldıqda müəyyən iqlim dəyişkənliklərilə bərabər yanğın və radioaktiv yağışlar nəticəsində
geniş miqyasda səhralaşma baş verəcək, enerji və rabitə sistemləri sıradan çıxacaq, atmosferin ozon qatının
qalınlığı azalacaq, su və hava zəhərli maddələrlə və qazlarla zəhərlənəcəkdir.
Nüvə müharibəsi nəticəsində təbii mühitin və cəmiyyətin sosial-iqtisadi strukturlarında qlobal dağılma baş
verəcək və müharibədən əvvəlki ilkin vəziyyətə qayıtmaq mümkün olmayacaqdır. Bu zaman radioaktiv
çirklənmə, kəskin ultrabənövşəyi şüalanma, aşağı temperatur, aclıq və digər mənfi faktorlar insanların məhvinə
səbəb olacaqdır. Bu nəticələr göstərir ki, qlobal nüvə müharibəsində qalib tərəf olmayacaq və müharibənin
faciəli nəticələrindən kənarda qalan olmayacaqdır.
403
Müasir şəraitdə silahsızlaşma problemi ilə sosial-iqtisadi inkişaf arasında sıxı əlaqə vardır. Bütün xalqların
həyatı marağı silah istehsalını dayandırmağı, hazırda hərbi məqsədlər üçün istifadə edilən böyük resurslardan
dinc yaşayış ehtiyaclarını, bütün ölkələrin sosial-iqtisadi inkişafını, ətraf mühitin mühafizəsini tələb edir.
Mütəxəssislərin fikrincə bu halda dünyada təsərrüfatın inkişafı əlavə olaraq 1-2 % yüksələr.
BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya) özlərinin hərbi
xərclərini 10% azaldarsa digər problemləri də həll etmək olar. Mütəxəssislərin hesablamalarına əsasən 100
mlrd. dollara 100 mln əhalini təmin etmək üçün 20 mln. mənzil və ya 6 mln çarpayılıq yeri olan 100 min
xəstəxana tikmək olar. 1,2 mlrd. əhalisi olan Asiya, Afrika və Latın Amerikası əhalisini içməli su ilə təmin
etmək üçün 3 mlrd. dollar lazımdır.Bütün dünyada malyariyanın qarşısını almaq proqramını yerinə yetirmək
üçün isə cəmi 450 mln. dollar tələb olunur.
Lakin dünyada toplanan çoxlu miqdarda silahları mərhələli yox etmək üçün həm uzun dövr lazımdır, həm də
olduqca çoxlu pul vəsaitləri tələb olunur. Dövlətlərin rəhbərləri bir çox beynəlxalq müqavilələr bağlayaraq nüvə
silahlarını sınaqdan keçirməyi və ondan istifadəni məhdudlaşdırmaq üzrə razılaşmalar əldə etmişlər. Bu
müqavilələrdə nüvə silahlarını atmosferdə, kosmosda və su altında sınaqdan keçirilməsini və yayılmasını
qadağan etmək, strateji – hücum silahlarını azaltmaq, orta və yaxın məsafəli və digər raket silahlarını azaltmaq
və məhv etmək məsələləri irəli sürülür.
Dostları ilə paylaş: |