Øÿêèë 20.7. Çÿðÿðëè ìàääÿëÿðèí îðãàíèçìÿ äàõèë îëìàñûíûí âÿ
÷ûõìàñûíûí ÿñàñ éîëëàðû
Nyu-Yorkun Bronks, Qarlem rayonları evsizlərin, gizli mirrantların (mühacirlərin) sığınacağı olmuşdur,
burada vərəm, salmonellezom, hepatit, zöhrəvi xəstəliklər, SPİD, narkomaniya, alkoqolizm hadisələri çoxalmış,
əhali psixi pozğunluqlardan əziyyət çəkir.
Şəhər mühiti, bir qayda olaraq müxtəlif kommunal-məişət, sənaye tullantıları ilə güclü çirklənmişdir. Ətraf
mühiti burada ən çox çirkləndirən mənbə nəqliyyat sayılır. Şəhərlərdə fiziki çirklənmə, elektromaqnit, radiasiya,
istilik çirklənmələri də yüksək həddə çatmışdır.
Şəhər mühitinin çirklənməsi şəhərlərin sağlamlığına neqativ təsir göstərir və allergiya, ürək-damar, onkoloji,
nəfəs orqanları xəstəliklərinin artmasına səbəb olur.
BMT –in məlumatına görə dünyada olduqca yoxsul yaşayan əhalinin sayı 1 milyardı keçmişdir. ABŞ-ın çox
zəngin ailələri (illik gəlir 2,5 milyon dollardan artıq) 0,5 % təşkil edib, ölkə car –dövlətinin 35 %-nin (on il
əvvəl bu rəqəm 25 %- idi) sahibi sayılır. Yoxsulluq həddindən aşağı olan ailələr bütün ailələrin 13 %-i qədərdir.
ABŞ-da hər beş uşaqdan biri belə ailələrdə yaşayır.
Cəmiyyətin sağlamlığının həlli tapılmayan problemindən biri də onun ölkələr arasında və ölkə daxilində
qeyri bərabər olmasıdır. İnkişaf etməkdə olan ölkələrdə əhalinin 2/3-dən çoxu tibbi: - sanitar xidmətindən
məhrumdur. İnkişaf etmiş ölkələrdə əhalinin sağlamlığını təmin etmək üçün elm və texnikanın yeni
naliyyətlərindən istifadə olunur, lakin bu tibbi xidmətlərin bahalaşmasına səbəb olur. Buna görə də aşağı gəliri
olan adamların ölüm hadisəsi yüksək gəlirli adamlara nisbətən 2 dəfə yüksək olur.
Ərzaq problemi (əhalinin qida ilə təmin olunması) insanların sağlamlığında mühüm faktor sayılır. Əgər
1960-cı illərdə yalnız 100 milyonluq əhalisi olan 5 inkişaf etməkdə olan ölkədə adambaşına qidanın orta
kaloriliyi 2500-dən artıq idisə, 1980-cı illərdə belə ölkələr 35-ə, əhalinin sayı isə 1,9 milyarda çatırdı. İnkişaf
etmiş ölkələrdə adambaşına orta kalorilik 3400-3500 kalori təşkil edir, bu isə qidanın zəruri rasionunu təmin
edərək bütövlükdə əhalinin sağlamlığına yaxşı təsir göstərir.
Əhalinin savadlılıq dərəcəsi sağlam həyat tərzini saxlamaq, əlverişsiz ekoloji faktorlardan qorunmaq və
təkmilləşmiş tibbi yardımdan istifadə etməkdə mühüm şərait hesab olunur.
1985-ci ildə 15 yaşından yuxarı 3,2 milyard adamdan 0,9 milyardı savadsız idi. Bu yaşlı əhalinin 25% -ni
təşkil edir, ondan 330 milyonu (hər beşdə biri) kişi, 560 milyonu (hər üçüncü) qadın olmuşdur.
Tibbi aspekt
Cəmiyyətin sağlamlığının tibbi istiqaməti xəstəlik dərəcəsi, ölüm və strukturu, əmək qabiliyyətini itirmək,
əlillik, həmçinin az çəkili uşaqların doğulması kimi göstəricilərlə səciyyələnir.
Yuxarıda qeyd etdiyimiz kimi inkişaf etmiş ölkələrdə xəstəlik strukturunda birinci yeri qeyri infeksion,
inkişaf etməkdə olan ölkələrdə isə əksinə infeksion xəstəliklər (hazırda azalmağa doğru gedir) tutur. Onlardan
bir qismi (məs, çiçək) tamamilə yox edilmiş, digərləri isə hər il 50 milyon uşağın poliomıyelitə, tetanusa,
406
qızılcaya, difteriyaya, göyöskürəyə, vərəmə və başqa xəstəliklərə qarşı peyvənd edilməməsi səbəbindən
yayılmışdır.
Lakin SPİD, zöhrəvi xəstəliklər, narkomaniya, SARÇ pnevmaniyası, alkoqolizm,quş qripi artmağa doğru
gedir. Hazırda dünyada SPİD xəstələrinin sayı 400 min nəfər, SPİD virusu sirayət edənlərin sayı isə 5-10
milyon nəfərə çatır. Dünyada yeniyetmələrin 20-sindən biri hər il zöhrəvi xəstəliklərə tutulur.
Körpə uşaqların ölüm dərəcəsi də arzu olunmaz haldır. Dünyada 1000 doğulan uşaqdan 70-i 1 yaşına qədər
yaşamır. Uşaqların 15%-ə qədəri aşağı çəkidə doğulur.
Dünya əhalisinin işqabiliyyətini itirənlərin, (o cümlədən psixi pozğunluqla və xəstəliklərlə əlaqədar) sayı
(10%-ə yaxın) həyacan doğurur.
Fərdi əhval-ruhiyyə (hal-əhval)
Dünya əhalisinin sağlamlığının demoqrafik, sosial-iqtisadi və tibbi aspektləri əhalinin sağlamlığında obyektiv əks
olunur. Fərdi əhval-ruhiyyə –sağlamlığın vəziyyətinin subyektiv inikasıdır. O, şəxsi hisslərlə (duyğularla) – xoşbəxtlik,
həyatından razılıq, hal-əhval və s. ilə ölçülür. Fərdi əhval – ruhiyyədə mühüm anlayış – «həyatın keyfiyyəti» sayılır.
Hazırda həyatın keyfiyyət indeksi və onun xəstəliklə əlaqəsi öyrənilir. Onların arasında aşağıdakılar ayrılır: ailə,
narahatlıq hissi, maddi təhlükəsizlik, sağlamlığa şəxsi münasibət, faydalı iş, istirahət, inam və ideallar (ən yüksək arzu,
məqsəd).
Fərdi əhval-ruhiyyə – insanın mənəvi sağlamlığının əksi-inikasıdır. Mənəvi sağlamlıq sahəsinə özünə inam,
düşüncə tərzi, vərdişlər, hissiyyat, bütövlüklə – sağlam psixika (ruhi - aləm) aiddir. Qeyd etmək lazımdır ki,
dünyada, xüsusən inkişaf etmiş ölkələrdə mənəvi sağlamlıq böhranı – özünə qəsdin çoxalması, SPİD-in
yayılması, alkoqol, narkotiklər, müxtəlif stimulyatorlardan istifadəni göstərmək olar.
Dostları ilə paylaş: |